20 Mərhəmətli olan Rəbbi çağırdılar,
Əllərini Ona tərəf uzatdılar.
Müqəddəs Olan dərhal göylərdən onları
eşitdi,
Yeşayanın vasitəsilə onlara qurtuluş verdi.
21 Rəbb Aşşurluların ordugahına zərbə
vurdu,
Onun mələyi onları məhv etdi.
22 Çünki Xizqiya Rəbbə məqbul olan işlər
etdi,
Əcdadı Davudun yollarından möhkəm
yapışdı.
Bunu böyük insan və görüntüləri həqiqi
olan
Yeşaya peyğəmbər əmr etmişdi.
Yeşaya
23 Onun peyğəmbərlik etdiyi günlərdə
günəş tərsinə hərəkət etdi,
O, padşahın ömrünü uzatdı.
24 Allahın əzəmətli Ruhu ilə gələcəyi
gördü,
Sionda yas tutanlara təsəlli verdi.
25 Əbədiyyətə qədər olacaqları göstərdi,
Gizli olanları baş verməzdən qabaq
bildirdi.
49
Yoşiya
1 Yoşiyanın xatirəsi
Ətriyyatçı tərəfindən hazırlanmış
Buxur tərkibi kimidir.
O, hər ağızda bal kimi şirindir,
Şərab ziyafətində çalınan musiqiyə
bənzəyər.
2 Yoşiya xalqı düz yola tərəf döndərdi,
Qanuna zidd olan iyrənclikləri silib atdı.
3 O, öz ürəyini Rəbbə tərəf yönəltdi,
Qanuna riayət edilmədiyi dövrdə
möminliyi möhkəmləndirdi.
Yeremya
4 Davud, Xizqiya və Yoşiyadan başqa,
Padşahların hamısı çox səhv yola düşdülər,
Çünki Uca Olanın Qanununu tərk etdilər.
Yəhuda padşahlarının hakimiyyəti sona
çatdı.
5 Çünki qüdrətlərini başqalarına,
İzzətlərini yad millətə verdilər.
6 Seçilmiş müqəddəs şəhər yandırıldı,
Küçələri boş qaldı.
7 Yeremya bunları qabaqcadan bildirmişdi.
Buna görə də onunla pis rəftar etdilər.
O, anasının bətnindən peyğəmbərliyə
təqdis edilmişdi.
Vəzifəsi həm yıxmaq, dağıtmaq və məhv
etmək,
Həm də tikmək və əkmək idi.
Dostları ilə paylaş: