Direktoru: A. Y. Məmmədov



Yüklə 165,5 Kb.
tarix22.10.2017
ölçüsü165,5 Kb.
#9873

“Təsdiq edirəm”

Qəbələ Peşə məktəbinin

Direktoru: A.Y.Məmmədov

Azərbaycan Respublikası

Təhsil Nazirliyi

Qəbələ Peşə məktəbi

Tam orta təhsil bazasından

“Çilingər-santexnik” peşəsi üzrə kadrların hazırlanması üçün

İxtisas fənlərindən və istehsalat təlimindən

TEMATİK PLAN

PROQRAM
İxtisas kodu: 030905



Təhsil müddəti: 1 il

Təlim kursu:

İxtisas dərəcəsi: III
Qəbələ Peşə məktəbi üzrə ixtisas və ümumtexniki fənlər üzrə metodiki komissiyanın “__” “___________________” 2013-cü il tarixli iclasında baxılmış və bəyənilmişdir.

Metodiki komissiyanın sədri: ___________________________________

Tərtib edənlər:


  1. Tİİ üzrə direktor müavini: C.Q.Rəsulov

  2. İstehsalat təlimi ustası: R.A.Bayramov

İzahat vərəqi


“Çilingər-santexnik” peşəsi üzrə bu tədris planı və ixtisas fənləri və istehsalat təlimi üzrə proqram Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 iyul 2008-ci il tarixli 840 saylı əmri ilə təsdiq olunmuş nümunəvi tədris planı əsasında tərtib edilmişdir.

Tədris plan və proqramının tərtib edilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 №-li qərarı ilə təsdiq olunmuş “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 №-li qərarı ilə təsdiq olunmuş “ilk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı” əsas götürülmüşdür. Məktəbdə tədris həftəsi 5 günlükdür. Bu peşə üzrə şagirdlərin dərs yükü gündə 7 saat olaraq həftədə 35 saat təşkil edir.

Bu sənədə daxil olan “xüsusi texnologiya”, “materialşünaslıq” fənləri və istehsalat təlimi üzrə tematik plan və proqramlar yerli şərait nəzərə alınmaqla tərtib edilmişdir.

Tədris planına görə bu peşə üzrə dərs saatları “Xüsusi texnologiya” fənnindən-85 saat, “Materialşünaslıq” fənnindən-35 saat, İstehsalat təlimi -385 saat nəzərdə tutulmuşdur. İstehsalat təcrübəsi-320 saat təşkil edir. Tədris planına əsasən “Xüsusi texnologiya” fənnindən nəzəri imtahan keçirilir. Bu fəndən təxmini imtahan sualları bu sənədə daxil edilmişdir. Bundan əlavə olaraq bu sənədə buraxılış imtahan sualları, ixtisas (sınaq) işlərinin təxmini siyahısı salınmışdır. Məsləhətlər gərdi və qrup halında keçirilir. İxtisas (sınaq) işləri istehsalat təliminə ayrılmış saatlar hesabına məktəbdə və ya şagirdin istehsalat təcrübəsi keçdiyi müəssisədə yerinə yetirilməlidir.

Məzunlara kursu bitirmək haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ-hüquqi aktlarına əsasən müvafiq sənəd verilir.
.

İxtisas xarakteristikası


Çilingər-santexnik bilməlidir:
 -Sanitar-texniki material və avadanlıqların növlərini və təyinatını;

- Boruların, fitinqlərin və armaturanın sortamentini və diametrinin ölçülməsini;

- Əl alətlərinin təyinatını və istifadə qaydalarını;

-Əməyin sanitar-gigyenik metodlarının və təhlükəsiz iş qaydalarını;

- Siqnalizasiya, qaldırıcı-nəqledici maşınların idarəedilməsini, yükqaldırma və yükboşaltma işlərini;

- Peşə təlimatını və daxili iş qaydalarının;

- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını;

- Mexanikləşdirilmiş alətlərin iş prinsipini və quruluşunu;

- Deşmə işlərinin yerinə yetirilməsini;
Çilingər-santexnik bacarmalıdır:
 - Mərkəzi isitmə sisteminin, su təchizatı sisteminin, kanalizasiya sisteminin sanitar-texniki qovşaq və detallarının sökülməsini, təmirini və yığılmasını;

- Boru, fitinq, fasonlu hissələrin, armatura və bərkidici hissələrin növlərə ayırmağı;

- Köməkçi materialların hazırlanmasını;

- Sanitar-texniki cihazların, boru kəməri detallarının və yüklərin daşınmasını;

- Mufta və kontqaykaların, bolt və qaykaların komplektləşdirilməsini;

- Borulara yivlərin açılmasını;

- Plastik borulardan istifadə etməyi;

- elektrik –qaz qaynağı işlərini yerinə yetirməyi;

İxtisas dərəcəsi: III

Xüsusi texnologiya” fənnindən



Tematik plan




Mövzuların adı




Cəmi saat




Giriş

2

1.

İnşaat və tikinti istehsalatının əsasları

6

2.

Çilingərlik işləri

10

3.

Sanitar-texniki sistemin və qaz təchizatı sisteminin quruluşu haqqında anlayışlar

15

4.

İstehsal-Hazırlıq işləri

9

5.

Sanitar-texniki sistemin və qaz təchizatı sisteminin montajı

24

6.

Sanitar-texniki qurğulara xidmət və təmiri

10

7.

Sanitar texniki işlərlə həyata keçirilən digər xidmətlər

7

8.

Standartlaşdırma və işin keyfiyyətinə nəzarət

2



Cəmi

85

Xüsusi texnologiya” fənninin



Proqramı

Giriş.

Fənnin strukturu. Sahənin inkişaf istiqamətləri. Əməyin gigyenası, istehsalat sanitariyası. Əməyin mühafizəsi, iş yerlərində elektrik və yanöın təhlükəsizliyi.


Mövzu 1. İnşaat və tikinti istehsalatının əsasları

İnşaat texnologiyası haqqında anlayış. İnşaatda işlərin yerinə yetirilmə ardıcıllığı. Sanitar-texniki işlərin paralel olaraq aparılması. Sanitar-texniki işlərin tikinti mərhələlərindən asılılğı

Binaların daxilində sanitar-texniki qurğuların montajı. Sanitar-texniki işlərin ümumi inşaat işləri ilə uzlaşdırılması.
Mövzu 2. Çilingərlik işləri

Çilingər-santexnikin iş yeriinin təşkili və avadanlığı. Sanitar-texniki sistemlərin və qaz təcnizatı sisteminin montajı zamanı aparılan çilingərlik işləri.Nişanlama və onun növləri. Metalın çapılması,çapma alətləri. Təbəqə metalın əyilməsi və düzəldilməsi. Boruların və metalların kəsilməsi. Metalın mişarla kəsilməsi. Deşiklərin açılması. Yivlərin açılması. Pərçimləmə, qalaylama, ypışdırma. Elektrik-qaz qaynağı işləri ilə tanışlıq. Çilingər işlərinin yerinə yetirilməsi zamanı texniki təhlükəsizlik.


Mövzu 3. Sanitar-texniki sistemin və qaz təchizatı sisteminin quruluşu haqqında anlayışlar

Sanitar-texniki sistemin və qaz təchizatı sisteminin növləri. Mərkəzi isitmə sistemi və onun sxemi. Su təchizatı sistemləri və sxemləri. Nasos stansiyaları, rezervuarlar, su təzyiq qüllələri. Daxili su xətlərinin sistemi və sxemi. Yanğından mühafizə qurğuları. İsti su təchizatının vəzifəsi və sistemi. Kanalizasiya sistemi. Binaların kanalizasiya sistemlərinin əsas elementləri. Daxili kanalizasiyanın maillikləri. Sanitariya cihazları və onların əsas qovşaqlara qoşulması. Qaz təchizatı. Daxili qaz təchizatı qurğularının sxemi. Qaz paylayıcı boru xəttlərinin qurulması. Qaz armaturasının quruluşu və onun quraşdırma üsulları.

Sanitar –texniki sistemin qurulması zamanı texniki təhlükəsizlik.
Mövzu 4. İstehsal-Hazırlıq işləri

Sanitariya qurğularının tədarükü avadanlıqları. Sanitar –texniki sistemin detal və qovşaqlarının hazırlanması. Qaz təchizatı sisteminin detal və qovşaqlarının hazırlanması. Detal və qovşaqların hazırlanması qaydaları və markirovkası. Texnoloji xəritələr. Sanitar –texniki sistemə verilən texniki şərtlər. Boruların bükülməsi və birləşdirilməsi. Armaturanın sürtülüb uyğunlaşdırılması. Sürtüb uyğunlaşdırma üsulları.

İstehsal-hazırlıq işləri zamanı texniki təhlükəsizlik.
Mövzu 5. Sanitar-texniki sistemin və qaz təchizatı sisteminin montajı

Mərkəzi isitmə sistemi haqqında anlayış. İsitmə qurğularının qurulması. Magistral boruların montajı. Nasos, ventilyator və elektrik mühərriklərinin quraşdırılması. Mərkəzi isitmə sisteminin nizamlanması və sınağı. Mərkəzi isitmə sisteminin montajı zamanı əmək təhlükəsizliyi. İsti su təchizatı sisteminin montajı. Su qızdırıcılarının quraşdırılması. Boruların mailliklərinin qurulması. Boru xətlərinin montajı. Həyət su qovşaqlarının qurulması. Yanğından mühafizə və suvarma sisteminin montajı. Kanalizasiya sisteminin montajı. Sanitariya cihazlarının quraşdırılması. Daxili və xarici su axarlarının qurulması. Qaz təshizatı sistemi. Daxili qaz xtlərinin montajı. Qaz cihazlarının qurulması.

Qaz təchizatı sisteminin quraşdırılması zamanı təhlükəsiz iş şəraiti.

Laborator-təcrübə məşğələsi 1: isitmə sisteminin montajı

Laborator-təcrübə məşğələsi 2: qaz təchizatı sisteminin montajı

Laborator-təcrübə məşğələsi 3: su borularının quraşdırılması


Mövzu 6. Sanitar-texniki qurğulara xidmət və təmiri

Mərkəzi isitmə sisteminin əsas nasazlıqları. Boru kəmərlərinin təmiri. Qızdırıcı cihazların təmiri. Su təchizatı sisteminin nasazlıqları və təmiri. Kanalizasiya sisteminin nasazlıqları və onların aradan qaldırılması. Qaz xətləri, əsas nasazlıqları. Qaz axını yerlərinin müəyyənləşdirilməsi. Qaz cihazlarına xidmət. Sanitar-texniki sistemin istismarı. Sanitar-texniki sistemin təmiri üsulları.

Sanitar –texniki qurğuları təmiri və xidməti zamanı texniki təhlükəsizlik.
Mövzu 7. Sanitar texniki işlərlə həyata keçirilən digər xidmətlər

Duşların quraşdırılması. Cakuzilərin quraşdırılması. Paltaryuyan maşınların quraşdırılması. Mətbəx kombaynlarının quraşdırılması. İdxal sanitariya qurğularının qurulması


Mövzu 8. Standartlaşdırma və işin keyfiyyətinə nəzarət

Standartlaşdırma. Standartlaşdırma üzrə Milli qurumlar. Standartların növləri və xarateristikalarış İşlərin keyfiyyətinə nəzarət.



.

“Xususi texnologiya” fənnindən

Təxmini imtahan sualları.

1.İnşaat texnologiyası nə deməkdir?
2.Cılıngər-santexnikin iş yeri neçə təşkil olunmalıdır?
3.Sanitar-texniki sistemin hansı növlkəri var?
4.Qaz təçhızatı nədir?
5.Qaz təçhizatı sisteminin hansı növlərini bilirsiniz?
6.Binaların kanalizasiya sistemlərinin əsas elementləri hansılardır?
7.Sanitariya qurqularının tədaruku, avadanlıqı nə deməkdir?
8.Mərkəzi isitmə sistemi.
9.Mərkəzi isitmə sisteminin quraşdırılması zamanı təhlukəsizlik qaydaları.
10.Su boruları neçə quraşdırılır?
11.Mərkəzi isitmə sisteminin əsas nasazlıqları hansı hissələrində ola bilir?
12.Qaz axını yerlərini neçə muəyyənləşdirmək olar?
13.Duşların quraşdırılması neçə aparılmalıdır?
14.İnşaatda işlər hansı ardıçıllıqla yerinə yetıtilir?
15.Sanitar-texniki sistemlərin və qaz təçhızatı sistemlərinin montajı zamanı
hansı cilingərlik işləri aparılır?
16.Mərkəzi isitmə sisteminin qurulişu neçədir?
17.Su təçhızatı sistemləri və sxemləri haqqında məlumat.
18.Sanitar-texniki sistemlərin detal və qovşaqları neçə hazırlanır?
19.İsitmə qurquları neçə qurukur?
20.Boru kəmərləri neçə təmir olunur?
21.Qaz təçhizatı sisteminin montajı neçə aparılır?
22.Cakuzilər neçə quraşdırılır?
23.Sanitar-texniki işlər paralel olaraq neçə aparılır?
24.Nişanlamanın hansı növləri var?
25.Metalın capılması zamanı hansı capqı alətlərindən istifadə olunur?
26.Nasos stansiyaları, rezervuarlar və su təzyiq qullələri.
27.Qaz təçhizatı sistemlərinin detal və qovşaqları neçə hazırlanır?
28.Maqistral boruların montajı neçə aparılır?
29.Sanitar-texniki işlərlə tikinti işləri arasında asılılıq.
30.Təbəqə metalın əyilməsi və duzəlməsi.
31.Deşik və yivlərin acılması.
32.Kanalizasiya sistemi dedikdə nə başa duşulur?
33.Texnoloji xəritələt nədir?
34.Borular nə çur bukulur?
35.Su qızdırılmasının quraşdırılması işləri.
36.Sanitar-texniki sistem nə çur təmir olunmalıdır?
37.Binadaxili sanitar-texniki qurquların montajı.
38.Boru və metalların kəsilməsi.
39.Cilingər işlərini içrası zamanı təhlukəsizlik tıdbirləri.
40.Qaz paylayıçı boru xətləri neçə qurulur?
41.Sanitar-texniki sistemə verilən texniki şərtlər.
42.Boruların birləşdirilməsi.
43.Həyət su qovşaqının qurulması.
44.Qaz çihazlarına xidmət dedikdə nə başa diçulur?
45.Sanitar-texniki işlərin umumi inşaat işləri ilə uzlaşdırılması.
46.Metalın mişarla kəsilməsi.
47.Daxili kanalizasiyanın mailliyinin yoxlanılması.
48.Qızdırıçı çi8hazların təmiri.
49.Mətbax kanalizasiyasının quraşdırılması.
50.Su təçhizatı sistemindıki nasazlıqların aradan qaldırılması.
51.Daxili qaz xəttlərinin montajı.
52.Surtub uyqunlaşdırma usulları hansılardır?
53.İstisu təçhizatının əsas prinsipləri.
54.Pərcimləmə, qalaylama və yapışdırma.
55.Elektrik-qaz qaynaqı işləri neçə aparılır?
56.Sanitar-texniki sistemin qurulması zamanı hansı texniki təhlukəsizlik
prinsiplərinə əməl olunmalıdır?
57.Qaz çihazları neçə quraşdırılmalıdır?
58.Mərkəzi isıtmə sisteminin nizamlanması və sınaqdan kecirilməsi.
59.Detal və qovşaqların hazırlanması və maskirovkası.
60.Yanqından muhafizə qurquları hansılardır?

61.Metalın capılmasında istifadə olunan alətlər.


62.Daxili su xəttləri və sistemləri.
63.Armaturun surtulub uyqunlaşdırılması.
64.Boru xəttlərinin montajı.
65.Nasos muhərriklərinin quraşdırılması.
66.Qaz təçhizatı sisteminin özunəməxsusluqu.
67.Sanitar-texniki sistemin istismarına qoyulan tələblər.
68.Yanqından muhafizə sisteminin montajı zamanı əsas prinsiplər.
69.Qaz təçhizatı sisteminin quraşdırılması zamnanı iş yerinin təhlukə-
sizliyinin təmini.
70.Ventilyator muhərriklərinin quraşdırılması.
71.İstisu təçhizatı sisteminin izolyasiyası.
72.Qaz armaturasının quruluşu neçədir?
73.Daxili su xəttlərinin sxeminin tərtibi zamanı əsas prinsiplər.
74.Sanitariya çihazlarının qoşulması.
75.Qaz armaturasının quraşdırma usulları hansılardır?
76.Surtub uyqunlaşdırma işlərinin yerinə yetirilməsi.
77.Elektrik muhərrikinin quraşdırılması.
78.Yanqından muhafizə və suvarma sisteminin montajı.
79.İdxal sanitariya qurqularının quraşdırılması.
80.İsitmə sisteminin quraşdırılması zamanı estetik qaydalar.
81.Daxili su axarlarının görunməzliyinin təmini.
82.Biruların maillik prinsipləri.
83.Daxili qaz təçhizatınin montajı zamanı estetikliyin qorunması.
84.Yivlərin acılması.
85.Kanalizasiya sisteminin montajı zamanı yerin relyefinin nəzərə alinması.
86.Qaz xəttlərindəki nasazlıqlara qarşı mubarizə usulları.
87.Boruların birləşdirilməsində istifadə olunan köməkci materiallar.
88.Sanitar-texniki sistemlər ucun dəqiqlik dərəçələri.

89.Keyfiyyətə nəzarət hansı yollarla aparılır?.


90.Kanalizasiya sistemində təmirqabaqı tədbirlər.
91.Paltaryuyan maşının quraşdırılması.
92.Sanitar-texniki qurqulara qoyulan standartlar.
93.Sanitar-texniki sahədə calışan işcilərin əmək dərəçələri.
94.Sanitariya çihazlarının dövlət yoxlanışının təşkili.

95.Cilingər-santexnikin iş dəzgahı neçə olmalıdır?


96.Texnoloji xəritə nədir?
97.Əməyin briqada usulu.
98.Birborulu mərkəzi isitmə sisteminin qurulması.
99.Monometrlər.
100.Qaz cəkilişi zamanı qaynaq tikişinin keyfiyyətinin yoxlanması.
Materialşünaslıq” fənnindən

Tematik plan




Mövzuların adı




Cəmi saat




Giriş

1



Metallar və ərintilər haqqında ümumi anlayışlar

3



Borular və birləşdirici hissələr

13



Bərkidici materiallar

8



Araqatı materialları

3



İstilik və hidroizoləedici materiallar

7



Cəmi

35

Materialşünaslıq” fənninin



Proqramı
Giriş. Fənnin əsas məqsədi və xüsusiyyətləri.
Mövzu 1. Metallar və ərintilər haqqında ümumi anlayışlar

Metallar və ərintilər haqqında ümumi anlayışlar. Metalların fiziki və kimyəvi xassələri. Dəmir filizi, polad və çuqun. Metalların növləri. Qara metallar. Əlvan metallar.


Mövzu 2. Borular və birləşdirici hissələr

Materialına görə boruların markaları və təyinatı. Polad borular. Borular üçün birləşdirici hissələr, fitinqlər. Birləşdirici hissələrin təsnifatı. Polad flyanslar. Çuqun boruların xarakteristikası və markaları . Çuqun su boruları. Çuqun kanalizasiya boruları. Keramik kanalizasiya boruları. Asbest borular. Beton və dəmir beton borular. Plastmass borular. Boruların seçilmə üsulları


Mövzu 3. Bərkidici materiallar

Bərkidici materialların vəzifəsi, xarakteristikaları. Prokladka üçün materiallar.Rezin məmulatlar. Yivli birləşmələr üçün materiallar. Salnik, sap və jqutlar. Sanitariya boruları üçün bərkidici materiallar. İstiyə və soyuqa davamlı materiallar. Asbest kartonlar.


Mövzu 4. Araqatı materialları

Araqatı materialları haqqında məlumatlar. Araqatı materiallarından istifadənin əhəmiyyəti. Araqatı materiallarının növləri. Abraziv materiallar. Abraziv şlifovka (cilalama) alətləri. Poroşoklar.


Mövzu 5. İstilik və hidroizoləedici materiallar

İstilik izolyasiyanın növləri və vəzifəsi. İstilik izolyasiya materiallarının xarakteristikası. İstilik izolyasiya materialları. Hidroizoləedici materialların növləri və vəzifəsi. Hidroizoləedici materialların xarakteristikası. Bitum materiallar. Mastikalar və rulon materiallar.


İSTEHSALAT TƏLİMİNDƏN

TEMATİK PLAN

S№

MÖVZULAR

Verilmiş saat



Giriş məşğələsi.Əməyin mühafizəsi və yanğından mühafizə tədbirləri

7

2

İstehsalatla tanışlıq

7

3.

Çilingərlik işləri

252

4

Hazırlıq-istehsal işləri

119




Cəmi

385


PROQRAM

Mövzu 1. Giriş məşğələsi.

Əməyin mühafizəsi və yanğından mühafizə tədbirləri. Çilingər-santexnikin əməyinin məzmunu.Kurs üzrə əldə edilmiş bilik və bacarıqların istifadə sferası. Şagirdləri iş rejimi, əməyin təşkili formaları və daxili intizam qaydaları ilə tanış etmək. İxtisas xarakteristikası və istehsalat təliminin proqramı ilə şagirdləri tanış etmək.

Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğından mühafizə tədbirləri üzrə təlimat.
Mövzu 2. İstehsalatla tanışlıq

Müəssisənin ümumi xarakteristikası. İşin xarakteri ilə tanışlıq. Müəssisədə daxili intizam qaydaları, alət və avadanlıqların alınması və təhvil verilməsi qaydaları ilə tanışlıq.


Mövzu 3. Çilingərlik işləri

Çilingərlik işlərinin növləri.Çilingərin iş yeri.Çilingərin işçi və nəzarət-ölçü cihazları və onların saxlanması.

Müstəvi nişanlanması. Metalın düzəldilməsi. Metalın çapılması. Metalın çapılması .Metal və boruların kəsilməsi. Metalların kəsilməsi üçün alətlər və avadanlıqlar. Təbəqə metalın qayçı ilə kəsilməsi. Metalın mişarla kəsilməsi. Borukəsn mexanizmlərlə iş. Plastmass boruların kəsilməsi. Metalın mişarlanması. Təbəqələrin mişarlanması. Deşmə,zenkovlama, zenkerləmə.

Deşici dəzgah və avadanlıqlar. Yivin açılması. Yiv açan alətlər. Xarici yivlərin açılması. Daxili yivlərin açılması. Qalaylama və lehimləmə. Lehimləmə . Armaturanın sökülməsi, sürtülməsi və yığılması. Boruların əyilməsi və birləşdirilməsi. Boruların genəldilməsi və sıxılması. (Отбортовка) .

Ölçülər haqqında anlayışlar, ölçü cihazları və yoxlayıcı alətlərdən istifadə.
Mövzu 3. İstehsal –hazırlıq işləri

İstehsal müəssisəsi və sənədləşmə ilə tanışlıq. Mərkəzi isitmə sistemi üçün detal və ötürücü boru qovşaqlarının hazırlanması. Su təchizatı sistemi üçün detal və ötürücü boru qovşaqlarının hazırlanması . Kanalizasiya sistemi üçün detal və ötürücü boru qovşaqlarının hazırlanması. Qaz verilişi sistemi üçün detal və ötürücü boru qovşaqlarının hazırlanması. Detal və qovşaqların sınağı. Məhsulun markirovkası, bükülməsi və saxlanması. İstehsal müəssisəsinin müxtəlif sexlərində ilkin vərdişlərə və işə yiyələnmək.



İstehsalat təcrübəsinin

tematik planı


S №

Mövzu adı

Verilmiş saat

1.

Müəssisə ilə tanışlıq.Müəssisədə əməyin mühafizəsi və yanğın əleyhinə tədbirlər haqqında təlimat

8

2..

Daxili sanitar-texniki sistemlərin və qurğuların təmiri üzrə sadə işlərin yerinə yetirilməsi

144

3.

3-cü dərəcəli çilingər-santexnik işlərinin müstəqil yerinə yetirilməsi

152




İxtisas (sınaq) işlərinin yerinə yetirilməsi

8




Buraxılış ixtisas imtahanlarına hazırlıq

8




CƏMİ

320



İstehsalat təcrübəsinin

proqramı
Mövzu 1. Müəssisə ilə tanışlıq.Müəssisədə əməyin mühafizəsi və yanğın əleyhinə tədbirlər haqqında təlimat

Əməyin mühafizəsi, elektrik və yanğın təhlükəsizliyi üzrə təlimatla tanışlıq. Müəssisədə əməyin təhlükəsizliyi xidmətinin təşkili ilə tanışlıq.


Mövzu 2. Daxili sanitar-texniki sistemlərin və qurğuların təmiri üzrə sadə işlərin yerinə yetirilməsi

Mürəkkəb olmayan sanitar-texniki sistemlərin boru kəmərlərinin qüsur və nasazlıqlarının aradan qaldırılması işlərinin yerinə yetirilməsi. İstilik, su təchizatı, kanalizasiya və qaz təchizatı üzrə sanitar-texniki sistemlərində baş verən qüsur və nasazlıqlarının aradan qaldırılması işlərinin yerinə yetirilməsi. Boru kəməri detallarının, material və avadanlıqların, oksigen və asetilen balonlarının təhlükəsiz daşınması üzrə işlərinin yerinə yetirilməsi. Polad, çuqun və plastik boru kəmərlərində axıntıların qarşısının alınması. Boru kəmərlərində zədələnmiş hissələrin təmiri . Boru kəməri birləşmələrinin təmiri. Boru kəməri armaturunun dəyişdirilməsi və təmiri. Sanitar-texniki sistemlərin sadə detallarını hazırlanması. Tikinti konstruksiyalarında deşmə işlərinin yerinə yetirilməsi. Təmir olunmuş boru kəmərlərinin sınağında iştirak etmək


Mövzu 3. 3-cü dərəcəli çilingər-santexnik işlərinin müstəqil yerinə yetirilməsi
Sanitar-texniki sistemlərin istismarı və təmiri üzrə briqadanın tərkibində çilingər-santexnikin ixtisas xarakteistikasında nəzərdə tutulmuş işlərin müstəqil yerinə yetirilməsi.

Yüksək ixtisas dərəcəli fəhlələrlə birlikdə sanitar-texniki işlərin yerinə yetirilməsi.


İxtisas (sınaq) işlərinin təxmini siyahısı

  1. Çilingər hazırlıq işlərinin yerinə yetirilməsi

  2. Su borularından ibarət müxtəlif kəmər qovşaqlarının işlənməsi

  3. Qaz təchizatı üçün müxtəlif boru kəməri qovşaqlarının işlənməsi

  4. Çuqun və plastik borulardan ibarət kanalizasiya qovşağının işlənməsi

  5. Mərkəzi isitmə sistemi layihəsinə uyğun qovşaqların işlənməsi

  6. Daxili soyuq və isti su kəməri qovşağının işlənməsi

  7. Daxili kanalizasiya qovşağının işlənməsi

  8. Isitmə sistemləri dik borularının və birləşdirici xətlərin işlənməsi

  9. Qızdırıcı cihazların quraşdırılması

  10. Yuxarıdan paylanan verici boru kəmərlərin işlənməsi

  11. Əks magistral boru kəmərinin işlənməsi

  12. Qazanxana boru kəmərlərinin işlənməsi

  13. Isitmə sistemi qovşaqlarının işlənməsi

  14. Sanitariya qovşağının işlənməsi

  15. Binanın daxili kanalizasiya qovşaqlarının işlənməsi

  16. Daxili qaz təchizatı qovşaqlarının işlənməsi

  17. Polietilen və plastik borularla daxili su təchizatının işlənməsi

  18. Su sayğaclarının quraşdırılması

  19. Qaz sayğacı və plitəsinin quraşdılması

  20. Istilik-izolyasiya işlərinin yerinə yetirilməsi

  21. Daxili sanitariya cihazlarının quraşdırılması

  22. Vanna otaqlarının su və kanalizasiya sisteminin quraşdırılması


Buraxılış ixtisas imtahanlarına hazırlıq.
Yüklə 165,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin