Diş texniki ixtisası üzrə nümunəvi test sualları 30. 01. 2017 IL tarixində yenilənmişdir



Yüklə 2.01 Mb.
səhifə23/23
tarix15.06.2018
ölçüsü2.01 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   23

1007)

Taxmaların dolayı üsulla hazırlanmasının bir sıra ardıcıllığı vardır. Bunlardan hansı düzdür.

1. Dişdən və diş sırasından ölçünün alınması

2. Taxmanın mum reproduksiyasının modelləşdirilməsi

3. Dişin boşluğunun formalaşdırılması

4. Kombinəedilmiş modelin alınması

5. Taxmanın mum reproduksiyasının metala və ya plastmasa keçirilməsi

A) 1, 2, 4, 3, 5

B) 1, 2, 3, 4, 5

C) 4, 3, 1, 2, 5

D) 3, 1, 4, 2, 5

E) 2, 4, 1, 3, 5

Taxmanın dolayı üsulla hazırlanması bu ardıcıllıqla aparılır:

1. Dişin boşluğunun formalaşdırılması

2. Dişdən və diş sırasından ölçünün alınması

3. Kombinəedilmiş modelin alınması

4. Taxmanın mum reproduksiyasının modelləşdirilməsi

5. Taxmanın mum reproduksiyasının metala və ya plastmasa keçirilməsi


Ədəbiyyat: Копейкин, Демнер səh 132
1008)Variantlardan hansı taxmanın dəqiq tərifini əks etdirir?

A) Yalnız körpüyəbənzər protezin dayaq elementi kimi istifadə olunan protezdir

B) Çıxan protezlərin fiksasiyası üçün hazırlanan protezdir

C) Plombu əvəz edən protezdir

D) Təbii dişin qismən dağılmış toxumalarının bərpası və körpüyəbənzər protezin dayaq elementi üçün hazırlanan protezdir

E) Ştiftlərin fiksasiyası üçün hazırlanan protezdir


Taxmalar mikroprotezdir. Təbii dişin qismən dağılmış toxumalarının bərpası və körpüyəbənzər protezin dayaq elementi kimi istifadə olunan protezdir.
Ədəbiyyat: Копейкин, Демнер səh 131
1009)Taxma hansı materiallardan hazırlanır?

A) Yalnız metal xəlitələrindən

B) Metal xəlitələrindən, çinidən və hətta kombinəedilmiş forması metal-plastmas və metal-keramikadan

C) Yalnız keramika və plastmasdan

D) Yalnız kombinəedilmiş: metal-plastmas və metal-keramikadan

E) Yalnız qızıldan

Taxmalar metal xəlitələrindən, çinidən və hətta kombinəedilmiş forması metal-plastmas və metal-keramikadanhazırlana bilər.
Ədəbiyyat: Копейкин, Демнер səh 132
1010)Dişlərin taxmalarla bərpası bir sıra ardıcıl klinik və laborator mərhələlərdən ibarətdir. Hansı ardıcıllıq daha doğrudur?

1. reproduksiyanın mumdan metala və ya çiniyə keçirilməsi

2. dişin boşluğunun formalaşdırılması

3. taxmanın mum reproduksiyasının alınması (model üzərində)

4. ölçünün, dişin və diş sırasının modelinin alınması

5. taxmanın dəqiqliyinin yoxlanması və onun ağız boşluğunda fiksasiyası

A) 1, 2, 3, 4, 5

B) 1, 2, 3, 5, 4

C) 2, 4, 3, 1, 5

D) 4, 3, 5, 1, 2

E) 2, 3, 1, 4, 5


Dişlərin taxmalarla bərpası bir sıra ardıcıl klinik və laborator mərhələlərdən ibarətdir.

  1. dişin boşluğunun formalaşdırılması

  2. ölçünün, dişin və diş sırasının modelinin alınması

  3. taxmanın mum reproduksiyasının alınması (model üzərində)

  4. reproduksiyanın mumdan metala və ya çiniyə keçirilməsi

  5. taxmanın dəqiqliyinin yoxlanması və onun ağız boşluğunda fiksasiyası

Ədəbiyyat: Копейкин, Демнер səh 131
1011)Adları çəkilən mərhələlərdən hansı diş texnikinin metal taxmanın hazırlanma mərhələsində gördüyü işə aid deyil?

A) Taxma üçün dişin yonulması

B) Tökmə ştiftinin yerləşməsinin və diametrinin dəqiqləşdirilməsi

C) Tökmə formanın alınması

D) Mumun əridilib yox edilməsi, formanın qurudulması və yandırılması

E) Taxmanın metalla doldurulması


Sadalanan bütün mərhələlər metal taxmanın hazırlanması zamanı texnikin gördüyü işlərdir. Bir tək taxma üçün dişin yonulması həkim işidir.
Ədəbiyyat: Копейкин, Демнер səh 132
1012)Adları çəkilən mərhələlərdən hansı dolayı üsulla taxma hazırlanmasına aid deyil?

A) Diş boşluğunun formalaşdırılması, dişdən və diş sırasından ölçünün alınması

B) Kombinəedilmiş modelin alınması

C) Gips sütunlarının gipsobloka basdırılması

D) Taxmanın mum reproduksiyasının modelləşdirilməsi

E) Mum reproduksiyasının metala və ya plastmasa keçirilməsi


Taxmanın dolayı üsulla hazırlanması bu ardıcıllıqla aparılır:

1. Dişin boşluğunun formalaşdırılması

2. Dişdən və diş sırasından ölçünün alınması

3. Kombinəedilmiş modelin alınması

4. Taxmanın mum reproduksiyasının modelləşdirilməsi

5. Taxmanın mum reproduksiyasının metala və ya plastmasa keçirilməsi


Ədəbiyyat: Копейкин, Демнер səh 132
1013)Yarımqapaq təbii dişin hansı səthlərini örtən çıxmayan konstruksiyaya deyilir?

A) Oral və çeynəyici

B) Bütün səthləri

C) Oral, çeynəyici, iki aproksimal

D) Çeynəyici və aproksimallar

E) Vestibulyar və aproksimallar


Yarımqapaq təbii dişin vestibulyar səthdən başqa bütün səthlərini örtən çıxmayan protezə deyilir. Onlara ¾ qapaqlar deyilir.
Ədəbiyyat: Копейкин, Демнер səh 134
1014)Aşağıda adları çəkilən mərhələlərdən hansı yarımqapağın hazırlanma mərhələsinə aid deyil?

A) gips sütunlardan metal sütunların alınması

B) təbii dişin hazırlanması

C) dişdən və diş sırasından ölçünün alınması

D) kombinəedilmiş modelin alınması, modelin işlənməsi

E) yarımqapağın mum formasının modelləşdirilməsi və onun metalla əvəz edilməsi


Gips sütunlardan metal sütunların alınması yarımqapağın hazırlanmasının mərhələlərinə aid deyil.
Ədəbiyyat: Копейкин, Демнер səh 134
@1015)Yarımqapağın fiksasiyasının dəqiqliyi nə ilə təyin edilir?

A) Ştiftlərin hazırlanması

B) Ölçünün dəqiq alınması

C) Tam paralel pazların hazırlanması və hazırlanma zamanı dəqiq olması

D) Modelin supergipsdən olması

E) Dişin dəqiq yonulması

Həkim yarımqapaq üçün dişi yonur (oral, çeynəyici və 2 aproksimal səthlərdən). Sonra yan səthlərdə tam paralel pazlar hazırlanır. Onların dərinliyi fissur burğacın (№1, №2) diametrinə bərabər olmalıdır. Yarımqapağın yaxşı fiksasiyası bu pazların və dəqiq hazırlanmasının sayəsində təmin edilir.
Ədəbiyyat: Копейкин, Демнер səh 135
1016) Hansı formalı element oksigeni daşıyır?
A) Bazofil

B) Monosit

C) Leykosit

D) Eritrosit

E) Trombosit
Eritrositin tərkibində olan tənəffüs piqmenti – hemoqlobin oksigenin və karbon qazının daşınmasında iştirak edir. Hemoqlobin 600 amin turşusundan ibarət zülal molekullu qlobindən və ona birləşmiş tərkibində dəmir olan 4 molekul hemdən təşkil olunmuşdur. Hem oksigen və karbon qazını özünə birləşdirib və ayırma qabiliyyətinə malikdir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 153
1017) 1 ml qanda leykositlərin miqdarı?
A) 5000-6000

B) 2000-5000

C) 3000-5000

D) 6000-8000

E) 3800-4800
Leykositlər 8-20 mkm rəngsiz hüceyrələr olub, nüvə və protoplazmadan ibarətdir. Sakit halda insanda 1mm3 qanda 6000-8000 leykosit olur. Leykositlər dənəli və dənəsiz olmaqla2 qrupa bölünürlər. Dənəlilərə neytrofillər, eozinofillər və bazofillər aiddirlər. Dənəsizlərə isə limfositlər və monositlər aiddirlər. Leykositlərin hər bir formasının artıb-azalması insan orqanizmi üçün müəyyən xəstəlikdən xəbər verir. Leykositlərin qanda miqdarının artmasına leykositoz, azalmasına leykopenez deyilir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 154-155
1018) II qrup qanı hansı qrupa köçürmək olar?
A) II; IV

B) I, II


C) II, III

D) I, III

E) I, IV
II qrup qan (27,5%) aqlyutinogen A və aqlyutinin ß ilə xarakterizə olunur. Aqlyutinogenlər yapışma xüsusiyyətinə malik, tərkibində karbohidrat və yağ olan mürəkkəb maddələrdir. Aqlyutininlər isə qanın qlobulin fraksiyasına aiddirlər. Müəyyən olunmuşdur ki, eyni aqlyutinogen ona uyğun aqlyutininlə birləşərək (yapışaraq) eritrositlərin parçalanmasına (hemolizə) və ölümlə nəticələnən tronfuzion (qan köçürmə) şoka səbəb olur. I qrup qanda aqlyutinogen -AB (0), aqlyutininlərin hər ikisi olur (ʆ və β) ona görədə I qrupu II qrupa köçürmək olur.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 157
1019) Qaraciyər neçə paydan ibarətdir?
A) 5

B) 8


C) 3

D) 6


E) 2
Qaraciyərin diafraqmaya söykənən, yuxarı – diaqfraqma və qarın boşluğu orqanlarına baxan aşağı – visseral səthləri vardır. Diafraqma səthi üzərində yerləşən orağabənzər bağ qaraciyəri böyük sağ və kiçik sol paylara bölür.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 96
1020) Mədə harada yerləşir?
A) 12 barmaq bağırsaqla acı bağırsaq arasında

B) Acı bağırsaqla qalça bağırsaq arasında

C) Qida borusu ilə 12 barmaq bağırsaq arasında

D) 12 barmaq bağırsaqla qalça bağırsaq arasında

E) Qalça bağırsaqla çənbər bağırsaq arasında
Mədə qarın boşluğunda qida borusu ilə 12 barmaq bağırsaq arasında yerləşir və həzm kanalının ən geniş hissəsini təşkil edir. Yaşlı insanda mədənin tutumu orta hesabla 3,0-l- dir. Mədənin forması və ölçüləri onun nə dərəcədə dolu olmasından asılıdır.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 88
1021) Qalxanabənzər vəzin hiperfunksiyasında hansı xəstəlik baş verir?
A) Bazedov xəstəliyi

B) Diabet

C) Miksedema

D) Akromeqaliya

E) Kretinizm
Qalxanabənzər vəzin yodtərkibli hormonları orqanizmdə gedən mübadilə proseslərində (oksidləşmə, yağların parçalanması, suyun və kalium ionlarının xaric olması və s) iştirak edirlər. Qalxanabənzər vəzin hiperfunksiyası zamanı Bazedov xəstəliyi əmələ gəlir. Bu zaman mübadilə prosesləri sürətlənir, sinir sisteminin funksiyası pozulur, ürək döyünmə, bədən temperaturunun qalxması, göz bəbəklərinin önə qabarması (ekzoftalm) müşahidə olunur.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 144
1022) Mədənin selikli qişasının iltihabı necə adlanır?
A) Hepatit

B) Qastrit

C) Peritonit

D) Duodenit

E) Appendisit
Mədənin selikli qişasının iltihabına qastrit deyilir. Qastritin kəskin formalarına kataral, peptiki (yüksək konsentrasiyalı mədə şirəsinin ifrazı ilə müşahidə olunur) eroziv, fibrinoz, irinli (fleqmanoz) qastritlər aiddir. Xroniki qastritlər hipertrofik, atrofik və popinoz olur.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 103
1023) Pankreasın Langerhans adacıq hissəsinin β hüceyrələrinin hormonu hansıdır?
A) Hidrokartizon

B) Tireoksin

C) Noradrenalin

D) İnsulin

E) Adrenalin

Mədəaltı vəzin endokrin funksiyası onun əsasən quyruq nahiyyəsində yerləşən Langerhans adacıqlarının hüceyrələri tərəfindən təmin olunur. Adacıqların hüceyrə tərkibi müxtəlifdir. Belə ki, onların 60-80%-ni insulin ifraz edən β hüceyrələri təşkil edir. Insulin qlyukozanı ehtiyyat halında olan qlikogenə çevirir və çatmamazlığı şəkərli diabetin əmələ gəlməsinə səbəb olur.


Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 100
1024) Ağız suyunun artması necə adlanır?
A) Tonzillit

B) Hiposalivasiya

C) Stomatit

D) Hipersalivasiya

E) Gingvit
Ağız suyu vəzilərinin sekresiyasının artması hipersalivasiya mərkəzi sinir sisteminin patologiyası, kəskin və xroniki zəhərlənmələr, ağız boşluğunun iltihabı, qurd invaziyası və s zamanı müşahidə olunur. Hipersalivasiya zamanı udma aktında pozğunluq olarsa selik ağız boşluğundan xaricə və ya tənəffüs yollarına keçə bilər.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 102
1025) Nazik bağırsaq neçə metrdir və hansı bağırsaqlardan ibarətdir?
A) 2-3 m 12 barmaq, acı, çənbər, bağ

B) 2,2-4,4 m 12 barmaq, acı, qalça, bağ

C) 6-7 m qalça, çənbər, kor bağırsaq

D) 1-2 m acı, qalça, düz bağırsaq

E) 5-8 m qalça, S-ə bənzər, düz bağırsaq
Nazik bağırsaq 2,2-4,4 m uzunluğunda olub, 12 barmaq, acı və qalça bağırsaqlardan ibarətdir. Acı və qalça bağırsaqlar peritondan əmələ gəlmiş çöz daxilində yerləşdiyi üçün bunlara bir yerdə çözlü bağırsaqda deyilir. 12 barmaq bağırsaq 25-30 sm uzunluğunda olub, mədəaltı vəzin başını nal kimi əhatə edir və yuxarı, enən horizontal və qalxan hissələrə bölünür.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 91-92
1026) Qida borusunun uzunluğu nə qədərdir?
A) 18 – 22 sm

B) 20- 25 sm

C) 20 – 35 sm

D) 25 - 30 sm

E) 17 – 21 sm
Qida borusu 25-30 sm uzunluğunda borulu orqan olub VI-VII boyun fəqərələr arası disk səviyyəsində udlaqdan başlayıb X-Xı döş fəqərələri səviyyəsində bir qədər sola mədəyə açılır. Yerləşməsinə görə 3 hissəyə bölünür. Boyun, döş və qarın hissələri ayırd edilir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 87
1027) Onurğa beyni neçə cüt sinirdən ibarətdir?
A) 31

B) 30


C) 29

D) 32


E) 18
İnsanda 31 cüt onurğa beyni siniri vardır. Bunlardan 8 boyun, 12 döş, 5 bel, 5 oma, 1 büzdüm sinirləridir. Bir cüt onurğa beyni sinirinə uyğun gələn onuğa beyni hissəsi onurğa beyni seqmenti adlanır.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 209
1028) Hissiyatın azalması necə adlanır?
A) Anesteziya

B) Hipesteziya

C) Paraplegiya

D) Hemianesteziya

E) Hemiplegiya
Sinir sisteminin müxtəlif şöbələrinin patologiyası hissiyatın bəzi növlərinin (məsələn toxunma, ağrı, hərarət) azalmasına hipesteziya deyilir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 257
1029) Uşaqda neçə ədəd süd dişi olur?
A) 12

B) 10


C) 18

D) 25


E) 20
Uşaqda süd dişləri 6-8 aydan başlayaraq 20-30 aında tam çıxırlar. Süd dişləri 20 ədəd olur. Hər yarım alveol qövsündə 2 kəsici, 1 köpək, 2 böyük azı dişi olur.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 83
1030) İşemiya nə ilə nəticələnə bilər?
A) İnfarkt

B) Endokardit

C) Perikardit

D) Pankreatit

E) Miokardit
Ürəyi qidalandıran arteriyalarda ümumi damar xəstəliklərinin (ateroskleroz) və ya mənfəzinin tromb ilə tutulmasının nəticəsi olaraq ürəkdə işemiya (qanla təchizatın azlığı) və ya nekroz (yerli toxumanın ölümü) infarkt baş verir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 170
1031) Uşaqlıq harada yerləşir?
A) Qarın boşluğunda

B) Düz bağırsağın arxasında

C) Kiçik çanaqda

D) Böyük çanaqda

E) Sidik kisəsinin önündə
Uşaqlıq kiçik çanaqda düz bağırsaqla sidiklik arxasında yerləşir. Onun ön səthinə düz bağğırsaq səthi deyilir. Uşaqlıq tək, öndən arxaya yastılaşmış boşluqlu orqandır. Onun vəzifəsi mayalanmış yumurta hüceyrələrini qəbul edib onun inkişafına, böyüməsinə şərait yaradır, hamiləliyin sonunda döyüş prosesini təmin edir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 139
1032) İfrazat funksiyasını hansı sistem yerinə yetirir?
A) Həzm sistemi

B) Tənəffüs sistemi

C) Sidik sistemi

D) Əzələ sistemi

E) Ürək-damar sistemi
Sidik orqanları ifrazat funksiyası (sidiyin əmələ gəlib xaric olunması) yerinə yetirməklə yanaşı həmçinin orqanizmin su-duz mübadiləsinin və homeostazının tənzimindədə iştirak edirlər. Sidik –ifrazat orqanlarına böyrəklər, sidik axarları, sidik kisəsi və sidik kanalı aiddir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 127
1033) Prostat vəzi necə bir orqandır?
A) Alveollu

B) Borulu

C) Əzələvi

D) Borulu alvelollu, əzələvi-vəzili

E) Vəzili
Prostat vəzi şabalıda bənzər borulu alvelollu, əzələvi-vəzili tək orqandır. Onun ifraz etdiyi şirə toxuma qarışaraq spermatazoidlərin aktivliyinə təsir edir. Bu vəzi həmçinin spermatogenizi stimulyasiya edən hormonlar da hasil edir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 136
1034) Uşaqlıq borusunun uzunluğu nə qədərdir?
A) 20-22 sm

B) 13-15 sm

C) 14-16 sm

D) 8-9 sm

E) 10-12 sm
Uşaqlıq borusu cüt borulu orqan olub, vəzifəsi yumurta hüceyrəni yumurtalıqdan uşaqlığa ötürməkdir. Yumurta hüceyrənin mayalanması, ziqotanın bölünməsinin başlanğıcı mərhələsi də uşaqlıq borusunda baş verir. Uşaqlıq borusunun uzunluğu 10-12 sm, diametri 2-4 mm-dir
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 139
1035) Dalaq harada yerləşir?
A) Xüsusi qarınüstü nahiyədə

B) Qarının orta nahiyyəsində

C) qarın boşluğunda sağ qabırğaltı nahiyyədə

D) Qarın boşluğunda xüsusi qarınüstü nahiyyədə

E) Qarın boşluğunda sol qabırğaltı nahiyyədə
Dalaq qarın boşluğunda sol qabırğaaltı nahiyyədə IX-XI qabırğalar arasında yerləşir. Dalağın uzunluğu 10-14 sm, eni 6-10 sm, qalınlığı 3-4 sm və çəkisi 1500-200 q-dır. Dalağın rəngi tünd qırmızı konsistensiyası yumşaqdır. Dalaqda limfasitlər əmələ gəlir. Vaxtı keçmiş eritrositlərin parçalanması dalaqda baş verir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 198
22## 1 1 1

Asma protezin körpüvari protezlə eyni xüsusiyyəti hansıdır?

A)) Hər ikisi diş sırası üçün çıxmayan protezdir

B) Hər ikisi gigiyenikdir

C) Hər ikisi çıxan protezdir



D) Hər ikisi bir diş protezidir

E) Hər ikisinin yalnız iki dayaq elementi olur

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə