239) Hansı variant çıxmayan protez hazırlanmasının klinik mərhələsinə aiddir?
A) Ştamplama
B) Dişləm hündürlüyünün təyini
C) Pardaxlama
D) Modelin tökülməsi
E) Cilalama
Çıxmayan protezlərin hazırlanmasının bir sıra klinik və laborator mərhələsi vardır. Dişlərin yonulması, ölçünün alınması, mərkəzi okklüziyanın təyini və dişləm hündürlüyünün təyini klinik mərhələlərə aiddir. Digər variantlar laborator mərhələlərə aiddir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137
240) Süni qapağa aid olan tələblər hansılardır?
A) Qapaqlar diş cərgələrinin qapanmasına mane olmamalıdır
B) Diş əti cibinə 0,3 mm-dən çox keçməlidir
C) Diş əti cibinə keçməməlidir
D) Qonşu dişlərlə intaktlığı bərpa etməməlidir
E) Diş tacının formasını tam əks etdirməməlidir
Süni qapaqlara bir sıra tələblər irəli sürülür:
-
Bərpa edilən dişin anatomik formasına tam uyğun olmalıdır.
-
Aydın bilinən ekvatoru olmalıdır.
-
Diş boynunu tam əhatə etməli və diş əti cibinə 0,2 mm-dən artıq girməməli.
-
Qonşu dişlərdə kontakt nöqtələri bərpa etməlidir.
-
Alt çənənin hərəkətinə mane olmamalı, dişləmi qaldırmamalıdır.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 136
Dostları ilə paylaş: |