254) Aşağıdakılardan hansı patolojı sürtülmə zamanı istifadə olunur?
A) Taxmalardan
B) Plastmas qapaqlardan
C) Ştiftli dişlərdən
D) Yarım qapaqdan
E) Metal qapaqlardan
Taxmaların hazırlanmasına göstərişlər:
-
Dişin sərt toxumalarının qüsurlarını bərpa edir.
-
Dişin sərt toxumalarının sürtülməsinin profilaktikası üçün istifadə edilir.
-
Körpüvari və bügel protezlərinə dayaq elementi kimi istifadəsi mümkündür.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57-59
255) Ştamplamanın ilkin mərhələsində dişin ekvatorla boynunun arasına nəyə görə çəkic zərbəsi vurmaq olmaz?
A) Qapaq əzilə bilər
B) Metal sütunu qırıla bilər
C) Qapaq deşilə bilər
D) Qapaqda qırışlar əmələ gələr
E) Ştamplamadan sonra qapağın çıxarılması asanlaşsın
Ştamplanmanın iki mərhələsi var:ilkin və yekun. İlkin ştamplama zamanı çəkicin zərbələri çeynəmə səthindən ekvator doğru yönəlməlidir. Əks halda gilizin üzərində qatlar əmələ gəlir. Daha sonrakı mərhələdə bu daha da böyük nöqsanlar yaradır. Yekun ştamplanmada bu qatlar ştampın işində aradan qaldırıla bilməz, bir az da sıxlaşar.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 142-145
Dostları ilə paylaş: |