556) Yuxarı çənənin hər bir dişi normada necə antaqonistlə təmas yaradır?
A) Aşağı çənənin eyniadlı və öndə dayanan dişi
B) Aşağı çənənin eyniadlı və arxada dayanan dişi
C) Öndə dayanan diş
D) Eyniadlı diş
E) Arxada dayanan diş
Hər dişin 2 antoqanisti var.Yuxarı çənənin hər dişi aşağı çənənin eyni adlı və arxada dayanan dişlə, aşağı çənənin hər dişi yuxarı çənənin eyni adlı və öndə dayanan dişi ilə təmas yaradır.
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 40
557) Dişin tortoanomaliya vəziyyəti onun hansı vəziyyətidir?
A) Diş qövsündən arxaya
B) Diş qövsündən önə
C) Diş fırlanmışdır
D) Dişin yerdəyişməsi
E) Damaq tərəfə
Ayrı-ayrı dişlərin anomaliyalarında rast gəlmək olur.Dişin öz oxu ətrafında fırlanması tortoanomaliya adlanır.
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 438
558) Aşağıdakı fikirlərdən hansı yanlışdır?
A) Dəyişən dişləmdə həm süd, həm də daimi dişlər var
B) Daimi dişlər 6-7 yaşda çıxmağa başlayır
C) 4 növ ölçü materialı var
D) Süd dişləmi 2,5-3 yaşa qədər formalaşır
E) Süd dişləmi dövründə uşaqlarda kiçik azı dişləri böyük azılardan əvvəl çıxır
Uşaqlarda süd dişləmi dövründə 20 diş , böyüklərdə daimi dişləmdə 32 diş var.Süd dişləmin də daimi dişləmdən fərqli olaraq kiçik azı dişlər yoxdur.Ona görə də kiçik azılar böyük azılardan əvvəl çıxmır.
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991 səh 25
Dostları ilə paylaş: |