Fəsil 1. Dolayı vergilərin uçot və auditinin məqsəd və vəzifələri
Dolayı vergilərin uçotunun məqsəd və vəzifələri
Mövcud qanunvericiliyə uyğun olaraq tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq heç bir müəssisə mühasibat (maliyyə) uçotu aparmadan fəaliyyət göstərə bilməz. Mühasibat uçotu müəssisənin idarəetmə və informasiya sisteminin tərkib hissəsidir. Belə ki, mühasibat uçotu göstəriciləri müəssisənin əmlak və maliyyə resurslarının vəziyyəti, investisiya və kredit siyasətinin nəticəliliyi, məsrəflər və istehsalın səmərəliliyi haqqında tam informasiyanı təmin edir. Bununla yanaşı, uçot məlumatları təsərrüfat fəaliyyətini idarə və mənfəət üzrə planın yerinə yetirilməsinə nəzarət etmək, perspektiv istehsal proqramları hazırlamaq imkanı verir.
Digər tərəfdən dolayı maliyyə marağı olan vergi orqanları, auditor firmaları, investorlar, eləcə də digər müəssisələr mühasibat uçotunun kənar istifadəçilərinə aid edilir. Vergi orqanları digər kənar informasiya istifadəçilərindən fərqli olaraq nəinki yalnız hesabat, eləcə də dövlət (bələdiyyə) vergilərinin ödənilməsinin düzgünlüyünün yoxlanması üçün lazım olan bütün digər uçot informasiyası ilə tanış ola bilər. Vergi Məcəlləsinin 16-cı maddəsinə uyğun olaraq vergi ödəyicisi aşağıdakıları etməyə, yəni vergi orqanları və onun vəzifəli şəxslərinə məcəllədə müəyyən edilmiş hallarda və qaydada lazımi sənəd və məlumatları təqdim etməyə, qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vergilərin hesablanması və ödənilməsi üçün lazım olan bütün mühasibat və digər sənədləri, eləcə də gəlirlərin alınmasını, hüquqi şəxslər üçün isə xərclərin çəkilməsini və vergilərin ödənilməsini (tutulmasını) təsdiq edən sənədlərin qorunub saxlanmasını təmin etməyə borcludur[1]3.
Vergi orqanları qanunvericilikdə müəyyən edilmiş qaydada vergi öhdəçiliyində mühasibat kitablarını, hesabatları, sxemləri, nağd pul vəsaitlərini, qiymətli kağızları və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri yoxlaya, eləcə də səyyar yoxlama zamanı vergi ödəyicilərindən və onun vəzifəli şəxslərindən məlumatları, arayışları və yoxlama ilə əlaqədar lazımi izahatları ala bilər.
Vergi ödəyiciləri “Mühasibat uçotu haqqında” qanuna əsasən müəyyən edilmiş qaydada uçot sənədlərini aparmağa borcludur. Belə ki, vergi ödəyicisi olan istənilən şəxs onda vergi öhdəliyi, vergilərin tutulması, Vergi Məcəlləsinə uyğun olaraq məlumatların verilməsi üzrə öhdəliklərin yaranmasına səbəb olan əməliyyatları mütləq sənədlərlə rəsmiyyətə salmalıdır.
Bazar iqtisadiyyatının mühasibat uçotunun qarşısında qoyduğu tələblər olduqca sərt və onun əhatəsi genişdir. Bu isə hər şeydən əvvəl idarəetmənin əsas məqsədinin müəssisə fəaliyyətinin son nəticəsi olan mənfəətin alınmasına yönəldilməsi ilə əlaqədardır.
Müasir uçot sistemi elmi nailiyyətlərə və praktikaya, eləcə də dünya standartlarına əsaslanmalıdır. Müəssisəınin mühasibat uçotu sistemində həm daxili, həm də kənar istifadəçilər üçün lazım olan etibarlı informasiya formalaşmalıdır.
Hal-hazırda müəssisələr özünün istehsal, kommersiya, vasitəçilik və digər fəaliyyəti prosesi zamanı çoxsaylı hesablaşmalar həyata keçirirlər ki, bunların da arasında ən önəmli yeri büdcə ilə hesablaşmalar tutur. Belə ki, qanunvericiliyə uyğun olaraq müəyyən fəaliyyət növü ilə məşğul olan və qanunla nəzərədə tutulmuş qaydada gəlir əldə edən istənilən şəxs vergi ödəməli və müvafiq surətdə vergi öhdəlikləri üzrə büdcə ilə hesablaşmalar aparmalıdır.
Mühasibat uçotunun ən mühüm sahəsi dolayı vergilər üzrə vergi öhdəliklərinin hesablanması və büdcəyə köçürülməsidir. Müəssisə tərəfindən bütün öhdəliklərin yerinə yetirilməsi, satılmış malların (işləırin, xidmətlərin) dəyərinin alıcılar (sifarişçilər) tərəfindən ardıcıl və tam şəkildə ödənilməsi həm təsərrüfat subyektinə, həm də bütövlükdə iqtisadiyyata münasibətdə effektiv təsərrüfatçılığın ayrılmaz və mühüm şərtidir. Büdcə qarşısında vergi öhdəliklərinin tam və vaxtında ödənilməsi vergi ödəyicisinin birinci dərəcəli vəzifəsidir[32]4.
Vergilərin hesablanmasının düzgünlüyünə və büdcəyə vaxtında köçürülməsinə görə şəxsən baş mühasib məsuliyyət daşıyır. Mühasibat uçotunda formalaşan bəzi göstəricilərin vergiqoyma məqsədləri üçün korrektə olunmasına baxmayaraq, vergilərin hesablanması və ödənilməsi prosesi mühasibat uçotunun bütün sahələrini əhatə edir.
Bazar iqtisadiyyatının mühasibat uçotunun qarşısında qoyduğu tələblər olduqca sərtdir və onun əhatəsi genişdir. Bu isə hər şeydən əvvəl idarəetmənin əsas məqsədinin müəssisə fəaliyyətinin son nəticəsi olan mənfəətin alınmasına yönəldilməsi ilə əlaqədardır. Müasir uçot sistemi elmi nailiyyətlərə, praktikaya və dünya standartlarına əsaslanmalıdır. Müəssisənin mühasibat uçotu sistemində həm daxili, həm də kənar istifadəçilər üçün lazım olan etibarlı informasiya formalaşmalıdır.
Düzgün təşkil olunmuş və vaxtında aparılmış hesablaşmalar (o cümlədən büdcə ilə) son nəticədə geniş təkrar istehsalının fasiləsizliyini, dövriyyə vəsaitlərinin, təsərrüfat subyektlərinin müstəqilliyini təmin edir.
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək büdcə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakıları göstərmək olar:
pul vəsaitlərinin hərəkəti və hesablaşmalar üzrə əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi;
dolayı vergilər üzrə büdcə ilə hesablaşmaların tamlığı, düzgünlüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi;
dolayı vergilər üzrə büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməısi;
vaxtı keçmiş borcların olmaması məqsədilə büdcə ilə hesablaşmaların vaxtında yoxlanılması;
dolayı vergilər üzrə vergi bazasının tam və düzgün müəyyən edilməsi;
dolayı vergilər üzrə vergi dərəcələrinin düzgün tətbiq edilməsi, ödəmələr hesablanarkın cəbri hesablaşmaların və onların uçotda əks etdirilməsi üzərində nəzarətin gücləndirilməsi;
müvafiq hesabat formalarının düzgün tərtib və vergi orqanlarına vaxtında təqdim edilməsi;
68 “Büdcə ilə hesablaşmalar” hesabı üzrə sintetik və analitik hesabın düzgün aparılması.
Dolayı vergilər üzrə büdcə ilə hesablaşmaların başlıca məqsədi qanunvericiliyin tələblərinə müvafiq olaraq müəssisənin büdcə qarşısında olan vergi öhdəliklərinin vaxtında və tam həcmdə ödənilmısinin təmin edilməsindən ibarətdir.
Dostları ilə paylaş: |