Dolayı vergilərin uçot və auditinin təkmilləşdirilməsi yolları


Vergi ödəyicisinin statusunun



Yüklə 0,95 Mb.
səhifə25/44
tarix01.01.2022
ölçüsü0,95 Mb.
#104181
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
Vergi ödəyicisinin statusunun yoxlanması. Əlavə dəyər vergisinin auditi zamana yoxlamanı apararan auditor ilk növbədə vergi ödəyicisinin statusunu müəyyən etməlidir. Əgər təsərrüfat subyekti (sahibkar) yoxlama ilə əhatə olunan dövr üzrə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmişdirsə, onda yoxlama aktında “ƏDV məqsədləri üçün qeydiyyat haqqında” ərizənin vergi orqanına verilmə tarixi, “ƏDV ödəyicisinin qeydiyyat bildirişi”nin nömrəsi və qeydiyyatın qüvvəyə mindiyi tarix göstərilməlidir. Qeydiyyat vergi orqanının təşəbbüsü ilə aparıldığı hallarda isə yoxlama aktına vergi orqanının əsas götürdüyü səbəblər açıqlanmalıdır.

Auditor yoxlama aparılan təsərrüfat subyektinin yoxlanılan dövr çərçivəsində malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən və vergi tutulan idxaldan olan gəlirinin həcmini təhlil etməlidir. Əgər yoxlanılan təsərrüfat subyekti sadələşdirilmiş verginin ödəyicisidirsə, onda həmin təsərrüfat subyektinin ƏDV qeydiyyatına alınma öhdəliklərinin yaranıb-yaranmaması diqqətlə araşdırılmalıdır. Əgər yoxlama zamanı sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicisinin (sərnişin və yük daşımalarını həyata keçirən şəxslər istisna olmaqla) ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 000 manatdan artıq olduğu aşkar edilərsə, onda auditor bu barədə yoxlama aktında müvafiq qeyd etməli və Vergi Məcəlləsinin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu olduğunu müəssisə rəhbərinin nəzərinə çatdırmalıdır.

Əgər yoxlama ilə əhatə olunmuş dövr ərzində yoxlanılan müəssisənin (sahibkarın) ƏDV ödəyicisi qeydiyyatı ləğv olunmuşdursa, bu zaman yoxlama aktında qeydiyyatın ləğv olunmasının səbəbləri (vergi tutulan əməliyyatların aparılmasının dayandırılması, əvvəlki tam 12 təqvim ayı ərzində 100000 manatdan az olması və qanunvericilikdə nəzərdə tutulmuş digər səbəblər) və tarixi göstərilməli, həmçinin qeydiyyat bildirişinin geri alınması barədə qeydlər aparılmalıdır. Qeydiyyat bildirişi vergi orqanına təhvil verilməmişdirsə, onun vergi orqanına təhvil verilməsi təmin edilməlidir.

Əgər təsərrüfat subyekti hesabat dövrü ərzində bir vergi ödəyicisi statusundan digər vergi ödəyicisi statusuna keçmişdirsə, onda auditor keçid dövrünün düzgünlüyünə diqqət yetirməlidir. Əgər təsərrüfat subyekti ƏDV ödəyicisidirsə və ona hesabat ili ərzində sadələşdirilmiş vergi ödəyicisi hüququnu şamil etmək mümkündürsə, onda auditor bunu öz hesabatında göstərməlidir. Bununla yanaşı, audit aparılan təşkilatda yoxlanılan dövr ərzində aşağıdakı əməliyyatların mövcudluğu yoxlanılmalıdır:



      • vergi tutulan idxal əməliyyatı;

      • əmlakın icarəyə verilməsi;

      • ƏDV məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxsə ödəmələr;

      • Vergi Məcəlləsinin 137-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti;

      • aksizli malların istehsalı.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin