13. Ferromaqnetiklər daha hansı xassəsinə görə başqa maqnetiklərlədən fərqlənir?
Ferromaqnetiklər hətta xarici sahə olmadıqda belə maqnitlənmiş olurlar. Həm də ferromaqnetiklər xarici sahəyə salındıqda həmin sahəni çox kəskin - dəfəyə qədər gücləndirə bilir.
14. Ferromaqnetik maddələrə hansı maddələri və ərintiləri misal göstərmək olar?
Onlara misal olaraq dəmiri,nikeli,kobaltı, onların ərinti və birləşmələrini, habelə bir sıra digər ərintiləri MnAlCu, CrTe və s. göstərmək olar.
Şəkil 2
15. Şəkildə göstərilən əyrini necə izah etmək olar?
Şəkildən göründüyü kimi sahənin təxminən 200 A/m - qiymətindən etibarən - maqnitlənmə özünün doyma qiymətini alır.
16. Ferromaqnetiklər üçün maqnit induksiya vektorunun sahə intensivliyindən asılılığı necədir?
Məlum olduğu kimi (11)
kimi təyin edilir. Ona görə də doyma halı alındıqdan sonra da – dan xətti asılı olaraq artır.
Yən;
Doyma halı alındıqdan sonra sahəni daimi olaraq azaltdıqda maqnit induksiyasının azalması 0-1 əyrisi ilə deyil, 1-2 əyrisi üzrə baş verir. Nəticədə xarici sahə intensivliyi sıfır olduqda belə (2-nöqtəsi) maqnitlənmə yox olmayıb, qalıq induksiyası adlanan -ə bərabər olur. Buna uyğun maqnitlənmə -də anoloji olaraq qalıq maqnitlənməsi adlanır.
Şəkil 3
Maqnitlənmə yalnız xarici sahəyə əks istiqamətdə yönəlmiş - sahəsinin təsirindən sonra (3 nöqtəsi) sıfıra bərabər olur.
Ferromaqnetik dəyişən maqnit sahəsinin təsirinə məruz qaldıqda induksiyanın dəyişməsi histerezis ilçəyi adlanan əyri xətlə 0-1-2-3-4-5-1 xətti üzrə baş verir.