İcra və nümayəndəli orqanın səlahiyyətlərini həyata keçirən komissiyalar
bilavasitə əhali tərəfindən seçilir. Bu modelə görə bələdiyyələrdə idarəçilik
səlahiyyətləri bir qayda olaraq şura tərəfindən deyil, ayrı-ayrı komissialar
tərəfindənb həyata keçirilir.
• Üstünlüklər:
- Bu modelə görə bələdiyyə məmurlarının fəaliyyətinə daha sərt nəzarət
sistemi mövcuddur.
• Nöqsanlar:
- Komissiaların fəaliyyətinin nəzarətdən kənarda qalması
- Komissiyalar tərəfindən ziddiyətli maraqların müdafiə edilməsi
- Komissia üzvlərinin idarəçilik təcrübəsinin olmaması.
Məsəslən hazırda ABŞ-da qraflıqların idarə olunması üzrə şuraların işinin
təşkilinin formaların biri Komission formadır ki, bu halda qraflıqda inzibati aparata
başçılıq edən ali vəzifəli şəxs olmur. Şuradan ayrılıqda qraflığın bir sıra nüfuzlu
vəzifəli şəxsləri (şerif, prokuror, xəzinədar, klerk, məktəblərin superintendantı və s.)
seçilir. Onların səlahiyyətləri ştatın qanunvericiliyi ilə tənzimlənir və qraflıqlar
şurasının (QŞ) onların işinə müdaxilə etməyə hüququ olmur.
İdarəetmənin komission forması bir orqanda qanunverici və icraedici
hakimiyyəti birləşdirir.
Bələdiyyə komissiyasının hər bir üzvü həm də şəhər idarəsi şöbəsinin başçısı
olur. Şəhər komissiyası 5 nəfərdən ibarətdir. İdarəçiliyin bu formasının məziyyəti
ondan ibarətdir ki, şəhər idarəsi siyasətini müəyyən edən şəxslərin özləri də həmin
siyasəti həyata keçirirlər.
Bu formanın nöqsanı isə ondan ibarətdir ki, komissiya üzvləri çox vaxt şəhər
idarəsi şöbəsinin başçısı üçün zəruri olan ixtisasa malik olmurlar.