185
bələdiyyə orqanlannm səlahiyyət dairəsinin müəyyən olunması ilə bağlıdır. İngilis-
sakson tipli yerli özünüidarəetmə modelinə malik ölkələrdə yerli orqanlar yalnız
qanunla birbaşa onlann səlahiyyətlərinə aid edilən məsələlərlə məşğul ola bilər.
Bunlardan kənarda hər hansı bir fəaliyyət səlahiyyət həddini aşma kimi
qiymətləndirilir və məhkəmələr tərəfindən qanunsuz elan olunur.
Fransız modelini qəbul edən ölkələrdə isə əksinə, yerli özünüidarə orqanlanmn
onlarm səlahiyyət dairəsindən çıxanimayan və başqa orqanlann səlahiyyət dairəsinə
aid edilməyən hər cür fəaliyyəti qanunauyğun hesab olunur. Əsas etibarilə
mərkəzləşdirməni qəbul edən ölkələrdə yerli özünüidarəetmənin fransız modeli,
qeyri- mərkəzləşdiıməni qəbul edən ölkələrdə (ABŞ, Böyük Britaniya) isə ingilis-
sakson modeli tətbiq edilir. Bir sıra ölkələrdə isə (Almaniya, Yaponiya) yerli
idarəetmə sistemi bəzi xüsusiyyətlərinə görə ingilis- sakson, digər xüsusiyyətlərinə
görə isə fransız modelini xatırladır. Dünya dövlətləri arasında ən geniş yayılan
fransız modelinin təcrübəsindən müəyyən qədər istifadə edilməsi hazırkı dövrdə
daha əhəmiyyətlidir. Bələdiyyələrin mövcud olduğu illər ərzində bütün ölkələrdə bu
proses özünəməxsus və qanşıq modellərdə təşkil edildiyindən Azərbaycanda da hər
üç modelin hazırkı inkişaf dövrünə zərüri olan xüsusiyyətlərindən istifadə edilməsi
vacibdir. Fransız modelində inzibati nəzarətin olması və dövlətin marağına uyğun
yerli problemlərin həlli istiqamətinin əsas götürülməsi hazırkı mərhələdə müsbət rol
oynaya bilər. Ayrı-ayn ölkələrin büdcələrarası münasibətlər sahəsində təcrüİDəsinin
təhlili göstərir ki, yerli büdcələrə ayırmalar müxtəlif formalarda həyata keçirilə,
həmçinin bu və ya digər forma bir sıra müsbət və mənfi nəticələrlə müşayiət oluna
bilər. Bıi səbəbdən ölkənin xüsusiyyətlərindən, yerli özünüidarə orqanımn
imkanlarmdan və digər bu kimi faktorlardan asılı olaraq bu və ya digər transfert
növünün seçilməsi məqsədəuyğundur. Dövlətin və yerli özünüidarə orqanlarmın
transfertlərdən maksimum yararlanmaları üçün transfert sisteminin düzgün
qurulması və idarə edilməsi zəruridir.
Dostları ilə paylaş: