Downloaded from KitabYurdu org


səhifə6/20
tarix03.07.2022
ölçüsü
#117336
1   2   3   4   5   6   7   8   9   ...   20
Cek-London-Ag-dish

OV QANUNU 
Canavar balası sürətlə böyüyürdü. İki gün dincəldikdən 
sonra yenə səyahətə çıxdı. Bu dəfəki səyahəti zamanı 
həmin ana gəlinciyin balasma rast gəldi. Canavar balası bu 
cumbulu gəlinciyi də parçalayıb yedi. O, artıq fəndgir 
olmuşdu. Yorulanda mağaranın yolunu tapıb ora gedir, 
uzanıb yatırdı. Beləcə, o, hər gün gəzintiyə çıxırdı, hər dəfə 
də daha uzaq-uzaq yerləri gəzib dolaşırdı. 
Canavar balası öz gücünü və zəif cəhətlərini ölçüb-
biçməyə başlamışdı. Artıq harda, necə cəsurluq 
göstərməyi, nə vaxt ehtiyatla hərəkət etməyi öyrənmişdi. 
Təcrübə öz sözünü demişdi: gərək həmişə ehtiyatını 
saxlayasan. Öz gücünə güvənmək, hiddət və ehtiras əmr 
edəndə, əlbəttə, müstəsna hallara yol vermək olar. Qalan 
bütün hallarda ehtiyatı eldən vermək olmazdı. Kəkliklərlə 
qarşılaşanda canavar balası xalis şeytana dönmüşdü. Bir 
dəfə küknar ağaclarının qurumuş kötükləri arasında 
downloaded from KitabYurdu.org


92 
sincaba rast gəldi. O, sincabın çığırtısına hiddətlənib uladı. 
Quşların yalnız bu növü onun bumunu möhkəmcə dimdik- 
ləmişdi və bu, həmişə onu qəzəbləndirir, özündən 
çıxarırdı. 
Lakin hərdən elə olurdu ki, canavar balası quşlan heç 
vecinə almırdı. Bu, çox vaxt başqa vəhşilər tərəfindən 
hücum təhlükəsi olanda baş verirdi. Axı, həmin vəhşilər də 
onun kimi şikar axtarırdılar. Canavar balası qanalı da 
unutmamışdı. Qartalın otların üstünə düşən kölgəsini 
görən kimi o dəqiqə kolluğun içinə girib gizlənirdi. Onun 
yerişi düzəlmişdi. Daha ayaqları dolaşmırdı. Canavar 
balası anasının yüngül, səssiz yerişlərini, ildırım sürətini 
götürmüşdü. Yeddi kəklik balası və cumbulu gəlincikdən 
sonra elə bil ov sandan bəxti bağlanmışdı. Qa- marladığı 
ov bunlardan ibarət olmuşdu. Vəssalam. Lakin öldürmək, 
parçalamaq ehtirası günbəgün artırdı. Onun gəlişini 
çığırtısı ilə meşənin bütün sakinlərinə bildirən sincabı necə 
olur-olsun cənginə keçirməyə çalışırdı. Amma sincab da 
sincab idi. Quş yüngüllüyü ilə ağaclara dırmaşırdı. 
Canavar balası xəlvətcə ona tərəf sürünüb, onu qəflətən 
yerdə qamarlamalı idi. 
Bala öz anasına böyük hörmət bəsləyirdi. Ana canavar 
isə cənginə ət keçirən kimi oğlunun payını da gətirməyi 
unutmurdu. Axı, o, heç nədən qorxmurdu, güclü idi. 
downloaded from KitabYurdu.org


93 
Canavar balası hardan biləydi ki, bu qorxmazlıq təcrübə ilə 
gücün məhsuludur. Ona elə gəlirdi ki, anasını qorxmaz 
edən yalnız gücdür, qüvvətdir. Bəli, anası onun üçün güc- 
qüvvət rəmzi idi. O, böyüyə-böyüyə bu gücü daha çox hiss 
etməyə başladı. Bu güc anasının cəza tədbirlərində — 
dişləklərində, burun zərbələrində getdikcə şiddətlənirdi. 
Bu cəzalar anaya hörməti təhrik edirdi. Canavar balası 
böyüdükcə ana canavarın da rəftarı sərtləşirdi. Ana 
oğlundan itaətkarlıq tələb edirdi. 
Aclıq yenə də başlandı. Sanki elə indi canavar balası 
aclığın əsl məşəqqətini dərk etdi. Ov axtarmaqdan anası 
tamam əriyib çöpə dönmüşdü. Vaxtının çoxunu uğursuz 
ovda keçirən ana canavar mağaraya çox gec-gec gəlirdi. 
Bu dəfə aclıq uzun sürmədi, amma yaman şiddətli keçdi. 
Canavar balası bir damcı da olsun ana südü əmə bilmirdi, 
yemək də yox idi. Əvvəllər belə deyildi. Canavar balası 
ova çıxanda sadəcə olaraq əylənirdi. İndi isə ova yaman 
girişmişdi. Ancaq girinə bir şey keçirə bilmirdi. Bu da 
vardı ki, bütün bu uğursuzluqlar da canavar balasına çox 
şey öyrədirdi. O, inkişaf edirdi. Əvvəlcə böyük bir cəhdlə 
vəhşi sincabın hərəkətlərini öyrəndi. Sincabı qəflətən ələ 
keçirməyə can atdı. Canavar balası səhra siçanlarını da 
yaddan çıxarmırdı, onların izinə düşüb yuvalarını qazır, 
sonra yeyirdi. İndi o, ağacdələnlər və başqa quşlar 
downloaded from KitabYurdu.org


94 
haqqında o qədər təzə şeylər bilirdi ki... 
Elə bir gün gəldi ki, canavar balası torpağın üstünə 
düşən qartal kölgəsindən daha qorxmadı. O, yekəlmişdi. 
Güclü və təcrübəli olmuşdu. Özünə inanırdı. Bundan 
başqa, aclıq onu amansız etmişdi. İndi o, düzəndə oturub 
qartalın ona tərəf enməsini gözləyirdi, yuxarıda, mavi 
səmada, onun başı üstündə ov uçurdu. Və o, bu ovu 
həsrətlə süzürdü! Qartal döyüşə girmirdi. Canavar balası 
isə cəngəlliyə girib aclıq və qüssədən yazıq-yazıq 
zingildədi. 
Nəhayət, aclıq qurtardı. Ana evə yemək gətirdi. Bu ət 
əvvəlki ətlərdən deyildi. Bu, vaşaq balasının əti idi və ətin 
hamısını oğlu üçün gətirmişdi. Ana canavar vaşaq 
balalarının hamısını təpişdirmiş, qarnını doydurmuşdu. 
Balasından xəbərsiz ana qorxulu bir iş görmüşdü. Canavar 
balası bircə şeyi bilirdi. Yumşaq dərili cavan vaşaq - ətdir. 
O, əti ləzzətlə yedi. Qamı tox olan canavar balası anası ilə 
yanaşı yuxuya getdi. Birdən anasının nəriltisi onu oyatdı. 
Canavar balası ömründə belə dəhşətli səs eşitməmişdi. 
Bəlkə də anası ömründə birinci dəfə idi ki, belə dəhşətli səs 
çıxarırdı. Əlbəttə, səbəb vardı və bu səbəbi anadan savayı 
heç kəs bilmirdi. Vaşaq balalarım məhv edib yeyən cəzasız 
qalmır. 
Mağaranın içinə düşən günəş şüalarının işığında 
downloaded from KitabYurdu.org


95 
canavar balası ana vaşağı gördü. Ana vaşaq mağarının 
ağzında oturmuşdu. Canavar balası irəli cummaq istədi. 
Amma anası onu geri itələdi, O, nərə çəkib, anasının 
yanında durdu. Mağaranın giriş yolu dar idi. Vaşaq içəri 
keçə bilmirdi. Buna görə də ana vaşaq mağaranın içinə 
tərəf süründü. Ana canavar rəqibin üstünə şığıdı, onu altına 
basdı. Bu əlbəyaxadan bala canavar duruxmuşdu. Yalnız 
nərilti, fınxırtı və qulaqbatırıcı vəngilti səsləri eşidirdi. İki 
vəhşi boğuşurdu. Vaşaq canavarı dişləri ilə, caynaqlan ilə 
yırtırdı. Ana canavar isə yalnız dişlərini işə salmışdı. 
Bunu görən canavar balası da vaşağm üstünə cumdu. 
Quduz bir nərə çəkib onun dal ayaqlarından yapışdı. Bütün 
bədəninin ağırlığını vaşağın üstünə saldı. O, bununla 
vaşağın hərəkətlərinə mane olur, anasına kömək edirdi. 
Mübarizə dəhşətli bir mənzərə almışdı. Boğuşan vəhşilər 
bala canavarın üstünə çıxmışdılar. O, isə dişləyirdi. Bu 
vaxt ana vəhşilər aralandılar. Vaşaq qüvvətli pəncəsi ilə 
canavar balasına zərbə endirdi. Canavar balasının çiyni 
sümüklərinə kimi cırıldı, o, divarın dibinə düşdü. Boğuşan 
vəhşilərin nəriltisinə məzlum bir səs də qarışdı: canavar 
balası ağlayırdı. 
Döyüş uzun çəkdi. Bu müddətdə canavar balası da 
zarıltısını kəsib cürətlənmişdi. O, döyüşün axırına yaxın 
yenə vaşağın dal ayaqlarından yapışdı. Qəzəblə 
downloaded from KitabYurdu.org


96 
nərildəməyə başladı. 
Vaşaq öldü. Elə ana canavar da aldığı dəhşətli 
yaralardan yarımcan olmuşdu. Ana balasının yaralı çiynini 
yalamaq istədi. Amma çoxlu qan itirmiş, heydən 
düşmüşdü. O, bütün günü və gecəni öldürülmüş düş-
məninin yanında uzanıb hərəkətsiz qaldı. 
Bir həftədən sonra su içmək üçün ana canavar 
mağaradan çıxdı. Ayaqlarını güclə dartırdı. Bütün bədəni 
ağrıyırdı. Vaşağı yeyib qurtardılar. Ana canavarın yaraları 
sağaldı. O, yenidən ova çıxa bilərdi. Amma canavar 
balasının çiyni hələ də incidirdi. O, uzun müddət axsaya-
axsaya gəzdi. İndi canavar balası özünə daha çox 
güvənirdi. O, bir şeyi dəqiq müəyyənləşdirmişdi: həyat 
çox sərtdir. Canavar balası dəhşətli bir döyüşdə iştirak 
etmiş, düşmən bədəninə diş vurmuş, özü isə salamat qal-
mışdı. Bu onu ürəkləndirmişdi. Vəhşi balasının içində 
əvvəllər olmayan lovğalıq əmələ gəlmişdi. Daha xırda 
vəhşilərdən qorxmurdu. Ancaq naməlum bir hiss bütün 
dəhşətləri və sirləri ilə ondan əl çəkmirdi. 
Artıq ana-bala ova birgə çıxırdılar. Canavar balası 
anasının quşları necə tutmasını dəfələrlə görmüşdü. Özü də 
ondan geri qalmırdı. Beləliklə, dumanlı da olsa, canavar 
balası ov qanununa yiyələnmişdi. Ona elə gəlirdi ki, 
həyatda iki nəsil mövcuddur. Bunlardan birincisi, öz 
downloaded from KitabYurdu.org


97 
nəslidir, o biri isə özgədir. Birincilərə, əlbəttə, anası ilə özü 
aiddir. İkincilərə isə, hərəkətdə olan, bütün yerdə qalan 
varlıqlar. Əlbəttə, ikincilərin də hamısı bir deyil. Onlar da 
iki yerə ayrılır: xırda vəhşilər və məzlumlar. Elə vəhşilər 
var ki, onları canavar nəslindən olan vəhşilər yeyir. 
Düşmənlər də mövcuddur. Onlar da canavar nəslindən 
olanları parçalayıb yeyir, yaxud da əksinə, özləri onların 
cənginə keçirlər. Dünyanın bütün canlıları iki yerə 
bölünürlər: yeyənlər və yeyilənlər. Qanun isə belə deyirdi: 
ye, yeməsən sənin özünü yeyəcəklər! Əlbəttə, canavar 
balası bu qanunu tam və dəqiq anlamırdı. Və bundan nəticə 
çıxarmağa da çalışmırdı. Qanun haqqında düşünməsə də 
qanunun hökmü ilə yaşayırdı. 
Bu qanunun hökmünü hər yerdə, hər an duyurdu. O, 
kəklik balalarını yemişdi. Qartal da ana kəkliyi yedi. Hələ 
üstəlik onu da yemək istəyirdi. Sonralar, canavar balası 
böyüdükcə qartalı qamarlamaq istəyirdi. Sonra balaca 
vaşağı yedi. Ana vaşaq öldürülməsəydi, bəlkə də canavar 
balasının özünü yeyəcəkdi. Beləcə, yehaye dünyası idi və 
canavar balasını əhatə edən canlılar bu qanunun hökmü ilə 
hərəkət edir, yaşayırdılar, O da bu qanunun xırda bir 
hissəciyi idi. O, yırtıcıydı, ət yeyirdi. Bəzən bu “ətlər” 
ondan qaçır, göyə uçur, ağaclara dırmaşır, qumun içində 
gizlənir, yaxud da çəkinmədən onunla döyüşə girirdilər. 
downloaded from KitabYurdu.org


98 
Bəzən də o, bu “ətlərdən” qorxub aradan çıxmağa məcbur 
olurdu. İnsan kimi düşünsəydi, canavar balası, yəqin ki, bu 
nəticəyə gələrdi: həyat - doyunca yemək üçün ehtirasdır, 
dünya isə səhnədir. Bu səhnədə doymağa can atan adamlar 
bir-biri ilə mübarizə aparır, vuruşur, bir-birini təqib edirlər. 
Onlar bir-birləri üçün yemək əldə edir, hətta bir-birini 
yeyirlər. Səhnədə qanlar tökülür, orada başdan-ayağadək 
amansızlıq hökm sürür. Bir sözlə, həyat meydanı 
qarmaqarışıqlıqla, təsadüflərlə doludur. 
Amma canavar balası insan kimi düşünə bilməzdi. 
Onun nəticə çıxarmaq qabiliyyəti də yox idi. O, yalnız bir 
məqsəd haqqında düşünür, bu məqsədə də nail olurdu. 
Onun həyatında ov qanunundan başqa, ikinci dərəcəli 
qanunlar da vardı. Bu qanunları da bilmək lazım idi. Bu 
qanunları öyrənmək, onlara tabe olmaq lazımdır. Dünya 
gözlənilməz şeylərlə doluydu. Canavar balasının içində 
qaynayan həyat, bütün vücudunu tərpədən qüvvələr onun 
üçün əbədi səadət mənbəyi idi. Ov təqib etmək, onu 
qamarlayıb yeməkdən ləzzətli şey ola bilməzdi. Şiddətli 
döyüşlər ona ilham verirdi. Belə vaxtlarda, hətta o 
naməlum hissin bütün dəhşətləri və sirləri də yaddan 
çıxırdı. 
Bütün bunlardan başqa, onunçün həyatda çoxlu xoş 
duyğular da vardı. Məsələn, tox qarınla günün altında 
downloaded from KitabYurdu.org


99 
tənbəl-tənbəl mürgü döymək. Bu xoş duyğu ona cəsarətinə 
və zəhmətinə görə verilən mükafat idi. O, məşəqqətli 
əməyinin sevincini dadırdı. Beləcə, canavar balası onu 
bürümüş bu ədavətli, davakar mühitlə dostcasına 
yaşayırdı. O, güclü idi, xoşbəxt idi, özünə inanırdı... 

Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin