2b. Kiçik və orta müəssisələrin / özəl sektorun inkişaf etdirilməsi
Kiçik və orta müəssisələrin bazarlara çıxışını asanlaşdırmaq üçün tədbirlər proqramının dəstəklənməsi və sahibkarlar hüquqlarının müdafiəsinin gücləndirilməsi
|
İqtisadiyyatda özəl sektorun payı 7.5% artıb.
Növbəti BEEPS-də nəticələr yaxşılaşıb.
|
Özəl sektorun ÜDM-də payı 2001-ci ildə 71.8%-dən 2005-ci ildə 76% qalxıb (DSK-nin məlumatlarına əsasən).
Sahibkarlığın inkişafına əsas maneələr müəyyən edilib, idxal tarifləri azaldılıb, yeni antiinhisar və investisiya qanunları tərtib edilib.
Azərbaycanın 2005 BEEPS-də “Sahibkarlıq Fəaliyyətində Problemlər” göstəriciləri 21-dən 15 təşkil edərək MDB üzrə orta göstəricidən yuxarıdır.
CPİA və BEEPS-də əks etdirilmiş işgüzar mühitdə təkmilləşdirmələrə baxmayaraq, Azərbaycanın beynəlxalq reytinqlərdə halları hələ də aşağıdır.
|
Kiçik və orta müəssisələr sektorunda struktur dəyişikliklərin və texnoloji tərəqqinin stimullaşdırılması və regionda sahibkarlığın inkişafının sürətləndirilməsi
|
Kiçik və orta müəssisələr sektorunda iş yerlərinin sayı 10% artıb.
2002 və 2005-ci illər arasında qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiyalar 60% artıb, orta hesabla illik artım 20% təşkil edib
Kiçik və orta müəssisələrin istehsal etdiyi malların ixracı 10% artıb.
Kənd ərazilərində kiçik və orta müəssisələrin istehsalın dəyəri 20% artıb.
Bakıdan kənar ərazilərdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların payı 15% artıb.
|
CAS dövründə qeyri-neft sektorunun artımı ildə 5-7% artım etalonunu əhəmiyyətli dərəcədə ötərək orta hesabla 13% təşkil etdi. Lakin, rəsmi statistik məlumatlara əsasən, kiçik və orta müəssisələr sektorunda iş yerlərinin artımı məhdud olub.
Qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiyalar 2001-ci ildə 79.3 milyon ABŞ dollarından 2004-cü ildə 322 milyon ABŞ dolları səviyyəsinədək qalxıb (DSK məlumatı).
Tikinti, nəqliyyat və kommunikasiyalar sektorunda iş yerlərinin sayı 3-5% artıb, kənd təsərrüfatında isə məşğulluğun səviyyəsi aşağı düşüb
Hökumətin hesablamalarına əsasən, Regionların İnkişafı üzrə Dövlət Proqramı son iki il ərzində 340.000-dan çox iş yerinin açılmasına gətirib.
ÜDM-də qeyri-neft məhsullarının ixraı 2002-ci ildə 4.2% səviyyəsindən 2004-cü ildə ÜDM-un 7.6% səviyyəsinədək qalxıb. 2004-2005 illərində orta hesabla illik 30% artım baş verib.
Bakıdan kənar ərazilərdə qeyri-neft sektoruna birbaşa xarici investisiyalar 10% artıb.
|
2c. Kənd təsərrüfatı və kənd sektorunun inkişaf etdirilməsi
|
Şəffaf və işlək torpaq bazarının və davamlı kənd ərazilərinin maliiyyələşdirilməsi sisteminin yaradılması, fermerlərin işgüzar və texniki bacarıqlarının yaxşılaşdırılması, əsas infrastrukturun təkmilləşdirilməsi, və aqro-emal sahəsində özəl sektorun iştirakının artırılması vasitəsilə, kənd təsərrüfatı və kənd sektorunun inkişafı üçün əlverişli şəraitin yaradılması.
|
Qeydiyyata alınmış torpaq əqdlərinin sayı ildə üç minə çatıb.
Pilot vahid daşınmaz əmlakın qeydiyyatı sistemi yaradılıb və sınaqdan keçirilib.
7.000 fermerin və kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların birgə borcalanlar və kredit ittifaqları vasitəsilə maliyyə xidmətlərinə çıxışı var.
Kənd ərazilərinin maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən 250 təşkilat yaradılıb.
Məsləhət xidmətlərindən faydalanmış fermerlərin 75% təkmilləşdirilmiş üsullardan istifadə edir və təsərrüfatın təkmilləşmiş idarə edilməsini nümayiş etdirir.
|
Regional Torpaq Kadastrı Şöbələrinin yaradılması vasitəsilə şəffaf və işlək torpaq bazarı yaradılıb.
2004-cü ildə 10.000 və 2005-ci ilin yanvar-sentyabr aylarında 12.000 torpaq əqdi daxil olmaqla, cəmi 31.5000 torpaq əqdi qeydiyyata alınıb.
KTİKL çərçivəsində pilot vahid daşınmaz əmlakın qeydiyyatı sistemi yaradılıb və sınaqdan keçirilib.
2005-ci ilin sonuna 29 kredit ittifaqı və təxminən 1.100 Birgə Borcalanlar fəaliyyət göstərib, və onların fəaliyyəti 25.000-dən çox fermeri əhatə edib. KTİKL kredit xətti ilə kredit alan demək olar ki, bütün borcalanların gəlirləri artıb və 90% qazanılmış vəsaiti biznesin genişləndirilməsinə xərcləyib.
Regional Məsləhət Mərkəzləri əhatə edilmiş regionlarda fermerlərin təxminən 55% ilə müxtəlif məsləhət xidmətləri vasitəsilə çalışıb. 65% fermerin bilikləri artıb; 54% məsləhət xidmətləri tərəfindən tövsiyə olunmuş bir çox təkmilləşdirilmiş üsulları qəbul edib; 76% fermerin ailə gəlirləri artırılıb, və 35% məsləhət xidməti almayıb. (2005-ci ilin ortasına olan məlumat)
Ümumi kredit portfeli 52 milyon ABŞ dolları və 64.000-dən çox fəal müştərisi olan 19 mikromaliyyə təşkilatı yaradılıb.
|
İrriqasiya suyunun təchizatının təkmilləşdirilməsi, fermerlərin idarə etdiyi “üçüncü dərəcəli irriqasiya” və drenaj infrastrukturu üçün şəraitin yaradılması
|
Samur-Abşeron kanalı və Əsas Mill-Muğan kollektoru üzrə işlərin başa çatdırılması
Su istifadəçiləri assosiasiyaları tərəfindən tələb olunan səviyyənin 80%-nin təmin edilməsi İDSMİP tərəfindən dəstəklənir.
Meliorasiya və irriqasiya haqqında dəyişdirilmiş qanun qüvvəyə minib.
300 su istifadəçiləri assosiasiyası hüquqi şəxs kimi yaradılıb.
Hüquqi şəxs statuslu su istifadəçiləri assosiasiyaları olan ərazilərdə məhsulun artımı 10% təşkil edib.
|
Samur Çayında tikinti işləri başa çatdırılıb və SAK kanalı üzrə iş həyata keçirilməkdədir. ƏMMK drenaj sistemi üzrə iş başa çatdırılıb.
Başa çatdırılmış ikinci dərəcəli kanallar, adekvat irriqasiya suyunun Su İstifadəçiləri Assosiasiyalarının sərhədlərinə çatması üçün imkan yaradıb.
Su istifadəçiləri assosiasiyaları tərəfindən qəza hallarında çox az texniki xidmət göstərilir, misal üçün kanal tam tutulanda.
Meliorasiya və irriqasiya haqqında qanun qüvvəyə minib.
585 su istifadəçiləri assosiasiyası hüquqi şəxs kimi qeydiyyatdan keçib.
Tələb olunan suyun 75% və daha çox faizini alan (irriqasiya rəqəmləri ilə ölçülür) fermerlərin sayı 2002-ci ildə 1%-dən 2004-cü ildə 35%-dək qalxıb.
İrriqasiyanın bərpasından faydalanmış ərazilərdə əkinçilik sahələrinin strukturunu kommersiya nöqteyi-nəzərdən daha mənfəətli əkinlərə dəyişən fermerlər: 2000 və 2004-cü illər arasında, dənli bitkilər əkilən sahə 80%-dən 51%-dək azalıb, yem bitkiləri əkilən sahələr 1%-dən 18%-dək artıb, və alma ağacları əkilən sahələr 7%-dən 16%-dək artıb.
|
|