DüŞMƏn nüfuzu


Birinci fəsil: Düşmən nüfuzunun mahiyyəti



Yüklə 0,61 Mb.
səhifə3/30
tarix29.06.2018
ölçüsü0,61 Mb.
#55191
1   2   3   4   5   6   7   8   9   ...   30

Birinci fəsil: Düşmən nüfuzunun mahiyyəti

Düşmən nüfuzu ölkə üçün ən böyük təhlükədir


Biz düşmən deyəndə fantastik, təxəyyüli bir mövcud nəzərdə tutmuruq. Məqsədimiz dünya imperializmidir. İmperialist qüvvələr bu sıradandır. Onların həyatı başqalarını istismar üzərində qurulub. Müdaxilə edir, təbii sərvətləri ələ keçirir, insanları əsarətə alırlar. Bunlar hegemonçu qüvvələr, imperialistlərdir. Başqa sözlə, imperialist qüvvə başçılarıdır.

Bizim siyasi ədəbiyyatda imperialist quruluş, imperializm adlı termin var. Dünyanın istismarçı və istismar olunan iki hissəyə bölünməsi imperializmin mahiyyətini təşkil edir. İmperializm sisteminin başçıları düşmənlərdir. Nümunə göstərə bilərik. Amerika Birləşmiş Ştatları bir imperialist gücdür. İmperializmin aydın nümunələrindən biri Amerikadır. İmperialist güclər sırasında başqaları da var. Amma ən aydın nümunə Amerika Birləşmiş Ştatlarıdır. Amerikanın insani dəyərlərə sayğısı yoxdur. Heç bir cinayətdən çəkinmirlər. İstənilən bir cinayəti dodaqlarında təbəssüm, çox rahatlıqla həyata keçirirlər. Öz çirkin əməllərini gözəl sözlərlə pərdələməyə çalışırlar. Düşmən deyəndə bunları nəzərdə tuturuq.1

Əzəmətli hərəkat qarşısında qəddar, bacarıqlı, iti, saxtakar, şeytansifət düşmən dayanıb. Bu düşmən imperializmdir.

Bu gün imperializmin önündə Amerika gedir. Bir zaman İngiltərə lider idi. Düşmən işsiz oturmayıb, təlaşdadır, daim çalışır.1

Bu gün dünyada imperializmlə milli istiqlal, insani dəyərlər hərəkatı arasında savaş gedir. Həmin hərəkatın bir nümunəsi İran İslam İnqilabıdır. Bu gün dünyada savaş buna görədir. Başqa qarşıdurmalar da var. İtlər də bir leş üstündə boğuşurlar. Bu da bir davadır. Amma əsas savaş insani dəyərlər hərəkatı ilədir. Düşmən var, həssas bir düşmən!

Qeyd etdik ki, imperializmin aşkar nümunəsi Amerikadır. Amerika imperializmin siyasi qurumudur. Amma imperializm təkcə siyasi qurumdan ibarət deyil. Bəzən maddiyyat, maliyyə vəsaitləri daha təsirli olur. Dünyanın böyük şirkətləri, kompaniyaları, böyük sərmayədarlar misal göstərilə bilər. Onların əksəriyyəti sionistlərdir. İmeprializmin ümumi sistemi bundan ibarətdir. Onlar daim təlaşdadır. Necə deyərlər, həm zorları, həm də zərləri var. Deyirlər zər, zor və hiylə üçbucağı var. Doğrudan da belədir. Biz zər, zor və hiylə deyəndə məqsədimiz din libası geyinməkdir. Din libası, dini maska zər və zor ordusuna yol açır. Bu gün isə hiylə deyəndə təkcə dini hiylə nəzərdə tutmuruq. Burada siyasi hiylə də var. Siyasi qurumlar, diplomatik xətlər çox ciddi şəkildə hiyləgərliklə, fitnəkarlıqla məşğuldur. Gülər üzlə, təbəssümlə səhnəyə çıxırlar, qarşıdakına qucaq açırlar, bəzi filmlərdəki kimi qarşı tərəfi qucaqlayandan sonra arxadan ürəyinə xəncər sancırlar. Bu gün siyasət və diplomatiyada hiyləyə diqqətli olmaq lazımdır. Düşmən müxtəlif şəkillərdə səhnəyə çıxır. Özümüzə bunu təkrar-təkrar deməli, bir növ məşq etməli, buna hazırlaşmalıyıq. Bilməliyik ki, bu hiylə və fitnəkarlıqlar qarşısında nə etməliyik. Hamımız, həm siyasətçilərimiz, həm məsullarımız, həm əziz bəsic - könüllülər, həm də fəaliyyətdə olan, ortaya düşüncə qoyan insanlar daim bunu diqqət mərkəzində saxlamalıdır.

Düşmənçiliyin bir növü hərbi, fiziki düşmənçilikdir. Onlar bomba atır, atəş açır, terrorçu göndərir.

Başqa bir növ düşmənçilik ideoloji, qeyri-fiziki düşmənçilikdir. Mən düşmən nüfuzu barədə danışmışam. Düşmən nüfuzu çox mühüm mövzudur. İndi bəziləri reaksiya verir ki, nüfuz məsələsi bir cərəyan kimi istifadə olunur. Qoy nüfuzdan siyasi məqsədlə istifadə etməsinlər. Nüfuzdan danışarkən onun əsl mahiyyətini ortaya qoysunlar.

Düşmən nüfuzundan danışarkən bunun bir cərəyan tərəfindən digər cərəyana qarşı ittiham kimi istifadə olunması barədə deyilənləri bir kənara qoyaq. Söhbətimizin mövzusu düşmən nüfuzunun mahiyyətidir, onun mahiyyətindən xəbərsiz qalmamalıyıq. Bilməliyik ki, düşmən nüfuz etmək istəyir. Nüfuz nədir və necədir? Mövzudan yayınmayaq. Ayrı-ayrı siyasi cinahlar, qanadlar bir-birilərini ittiham etməsinlər. Bu qarşıdurmada, mübahisələrdə düşmən nüfuzunun əsl mahiyyətindən diqqət yayınmasın. Düşmən nüfuz etmək üçün plan cızır.1

Bu gün düşmən nüfuzu ölkə üçün böyük təhlükələrdəndir. Hər yolla nüfuz etməyə çalışırlar. Nüfuz nədir? İqtisadiyyatda, təhlükəsizlik sahəsində buna cəhd etmələri mümkündür. İqtisadiyyata nüfuz, təhlükəsizlik sahəsinə nüfuz kiçik məsələ deyil. Amma bir daha vurğulayıram ki, düşüncəyə, mədəniyyətə, siyasətə nüfuzun əhəmiyyəti daha böyükdür.1


Nüfuz etmək hərbi müdaxilə əvəzinə münasib variantdır


Düşünməyin ki, düşmən yalnız silahlı hücumla müdaxilə edir. Qarşı tərəf güclü olduqda hazırki şəraitdə İslam Respublikası kimi iqtidara çatdıqda silahlı təcavüz imkanları məhdudlaşır. Başa düşürlər ki, bu xalqa qalib gələ bilməyəcəklər. Bu zaman müdaxilə üsulunu dəyişirlər, nüfuz yolu seçirlər. Çalışırlar ki, milli münasibətləri qızışdırsınlar, ölkə daxilində problem yaratsınlar.2

Biz bu fitnəkarlığın müxtəlif yönlərini yetərincə tanımalı və tanıtdırmalıyıq. Bu bizim vəzifəmizdir.3

Bu gün hamı başa düşüb ki, artıq imperialist qüvvələr İslam Respublikası ilə keçmişdəki kimi rəftar edə bilməz. İnqilabın əvvəllərində güclərini yoxladılar, məğlub oldular. Əvvəlcə hərbi yola əl atdılar. Müdaxilə etmək istədilər, alınmadı. Çevriliş yoluna əl atdılar. Yenə məğlub oldular. Milli münasibətləri qızışdırdılar, bu sahədə də uğur qazanmadılar. İran İslam Respublikasını səkkiz illik müharibəyə cəlb etdilər, bu müharibədə də məğlub oldular. Artıq bu yolları seçəcəklərini düşünmürəm. Çox zəif ehtimal olunur. Amma biz bütün sahələrdə hazırlığımızı qorumalıyıq.

Bu gün imperializmin İslam Respublikasına qarşı variantlarında hərbi variant prioritet deyil. Artıq ideoloji müharibə, informasiya müharibəsi yolunu seçiblər.1

İdeoloji müharibə silahlı müharibədən təhlükəsiz deyil. Silahlı müharibədə torpaqlar, ideoloji müharibədə mənəviyyat hədəfə alınır. İdeoloji müharibənin hədəfi cəmiyyətin imanı, inancı, əzm və iradəsi, prinsipləridir. Bu müharibədə düşmən etiqadları alt-üst etmək istəyir. Onlar bir cəmiyyətin sütunu olan etiqadları dağıtmaqla cəmiyyəti əsarətə almağa çalışırlar.2

İdeoloji müharibədə artıq müharibə vasitələri də dəyişir. Silah-sursatı mədəniyyət vasitələri ilə əvəz edirlər. Yalan, şayiə səhnəyə gəlir. Müasir informasiya texnologiyalarından bəhrələnirlər. 30 il öncə bugünkü texnologiyalar yox idi. Bu gün ideoloji müharibə imkanları genişlənib. İdeoloji müharibədə insanların qəlbində və düşüncəsində ideallara bədbinlik yaratmaq, onları etiqadlarından ayırmaq əsas məqsəddir. İdeoloji müharibə cəmiyyətdə etimadsızlıq yaradır, insanların bir-birilərinə qarşı etimadı aradan qalxır. İxtilaflar güclənir. Bir bəhanə ilə cəmiyyətdə qarşıdurma yaradırlar. Bizdə seçkilərdə bu işi görüblər. Məlum hadisələr zamanı bir bəhanə ilə xalq arasında ixtilaf yaratdılar. Xoşbəxtlikdən insanlarımız bəsirətlidir. Əgər həmin hadisələr başqa ölkədə baş versəydi ölkəyə nəzarət itirilərdi. Beləcə etimadsızlıq yaradır, insanları bədbinləşdirir və cəmiyyəti etimad sütunundan məhrum edirlər. Cəmiyyətdə əlaltılarını işə salırlar, aranı qarışdırırlar ki, ölkə məsulları yaranmış vəziyyətdən baş aça bilməsin. Bu onların planlarının bir hissəsidir. Belə bir vəziyyətdə insan üçün ən mühüm olan nədir? Bəsirət! Dəfələrlə bəsirət barədə danışmışam. Baş verən hadisələrdən baş açmaq üçün bəsirət lazımdır. Aranı qarışdıran əli görmək üçün bəsirətli olmalıyıq. Bir xain, bir əlaltı, bir təxribatçı aranı qatanda onu cəmiyyət içində görə bilməliyik. Düşmən çalışır ki, onun cəmiyyətdəki çirkin əlini görən olmasın.1

Bu sahədə onların təcrübələri var. Çox fəaliyyət göstərirlər. Əllərinin altında yüksək texnologiyalar mövcuddur. Biz düşmənin, düşmənçilik yönlərini ölçülərini görməliyik. Qələbə qazanmaq üçün bu çox zəruridir.2


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin