“E-İMZA” xİdmətlərİnİn göstərİlməsİnə daİr
Müqavİlə №SXM- HŞ-00015
Bakı şəhəri
|
11.02.2013-cü il
|
Bu Müqavilə, bir tərəfdən bundan sonra “Sifarişçi” adlandırılacaq BİLƏSUVAR RİHB ƏSGƏRABAD KİƏDN, İCRA NÜMAYƏNDƏSİ ABASOV LƏTİF BÖYÜKAĞA OĞLU və digər tərəfdən bundan sonra “İcraçı” adlandırılacaq, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ MƏLUMAT HESABLAMA MƏRKƏZİNİN DİREKTORU ELNAR ƏSƏDOV şəxsində, birlikdə “Tərəflər”, ayrılıqda “Tərəf” adlandırılaraq, aşağıdakılar barədə imzalanmışdır.
1.Müqavilənin predmeti
-
Bu Müqavilə “İcraçı”nın Milli Sertifikat Xidməti Mərkəzi tərəfindən göstərilən “Elektron imza” xidmətlərindən istifadə etmək üçün “Sifarişçi”nin müvafiq əmakdaşlarının elektron imza sertifikatları (smart kart) və kart oxuyucuları ilə təmin olunmasını və elektron imza xidmətlərinin göstərilməsini nəzərdə tutur.
-
“İcraçı” tərəfindən təqdim olunan elektron imza sertifikatlarının (smart kart), kart oxuyucularının sayı və qiyməti Tərəflər arasında təsdiq olunmuş və bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələr ilə tənzimlənir.
2. Tərəflərin hüquq və vəzifələri
2.1. “İcraçı” nınhüquq və vəzifələri:
2.1.1. Bu Müqavılənin Əlavəsində (Əlavələrində) qeyd olunan işlərin və xidmətlərin razılaşdırılmış vaxt ərzində “Sifarişçi”yə təqdim edilməsi;
2.1.2. Təqdim olunmuş məlumatları yoxlamaq, səhv aşkar etdikdə bu barədə “Sifrişçi”yə məlumat vermək və ərizəni dəqiqləşdirmə aparılması üçün geri qaytarmaq;
2.1.3 “Elektron imza” xidmətlərindən istifadə qaydalarını, “Sifarişçi” tərəfindən müəyyən olunmuş əməkdaşlara izah etmək;
2.1.4. “Sifarişçi”yə standartlara uyğun 24 saat ərzində keyfiyyətli və dayanıqlı “Elektron imza” xidmətləri göstərmək və ortaya çıxan problemlərin vaxtında aradan qaldırılmasını təmin edilmək;
2.1.5. “Sifarişçi” tərəfindən təqdim olunmuş fərdi məlumatların muhafizəsini yüksək səviyyədə təşkil etmək;
2.1.6. İşin gedişatı ilə “Sifarişçi”ni məlumatlandırmaq, onun qeyd və təkliflərini nəzərə almaq;
2.1.7. Bu Müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə bağlı hər hansı dəyişikliklər barədə “Sifarişçi”yə vaxtında məlumat vermək.
2.2 “Sifarişçi”ninhüquq və vəzifələri:
2.2.1.Qanunvericiliyə müvafiq səlahiyyətli nümayəndə təyin etmək;
2.2.2 Səlahiyyətli nümayəndəyə müəssisənin adından çıxış etmək hüququnu təsdiq edən, qanunvericiliyin tələblərinə uyğun səlahiyyətli nümayəndəyə müəssisənin adından çıxış etmək hüququnu təsdiq edən “Etibarnamə” vermək;
2.2.3 Təqdim edilən bütün məlumatların doğruluğunu yoxlamaq;
2.2.4 Müqavilə ilə nəzərdə tutulmuş işləri və xidmətləri qəbul etmək və bununla bağlı xidmət haqqının vaxtında ödəmək;
2.2.5. “Elektron imza” xidmətlərindən istifadə zamanı meydana çıxan hər hansı bir problem haqda “İcraçı”ya məlumat vermək.
3. “Elektron-imza” xidmətlərinin dəyəri və hesablaşma qaydası
3.1. Müqavilə üzrə bütün işlərin və xidmətlərin ümumi dəyəri bu Müqavilənin Əlavələri ilə tənzimlənir.
3.2. Müqavilə üzrə ödəniş öhdəliyi “İcraçı” tərəfindən təqdim olunan vergi-hesab fakturaya əsasən 2013-cü il 1 apreldən gec olmayaraq “Sifarişçi” tərəfindən təmin olunur. Əks halda “İcraçı” tərəfindən təqdim olunan e-imza sertifikatı ləğv olunacaq.E-imza sertifikatının ləğvi “Sifarişçini” müqavilə üzrə öhdəliklərdən azad etmir.
4. İşlərin qəbulu və ya təhvil alınması qaydaları
4.1. “Sifarışçi” təqdim olunmuş işlərin və xidmətlərin haqqında 5 (beş) iş günü müddətində heç bir irad və təklif təqdim etməzsə, yerinə yetirilmiş işlər və xidmətlər qəbul edilmiş (təhvil alınmış) hesab edilir.
4.2. İşlərin və xidmətlərin qəbul edilməsi (təhvil alınması) ikitərəfli təhvil-təslim aktı ilə yaxud “Sifarişçi”nin “İcraçı”ya ünvanlanan “Texniki xidmət”in qəbulu haqqında məktubu (bildirişi) ilə sənədləşdirilir.
4.3. “Sifarişçi” aşkar olunmuş, əsaslandırılmış qüsurlara əsasən işi qəbul etməkdən imtina edərsə, “İcraçı”ya qüsurlar haqda məlumat verir və onların aradan qaldırılması haqqında yazılı bildiriş göndərir, “İcraçı” öz növbəsində həmin qüsurları Tərəflər arasında müəyyən edilmiş müddət ərzində aradan qaldırır.
5. Müqavilə üzrə sənədləşdirmənin aparılması
5.1 Müqavilə üzrə yazışma (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiqləməlidir. Göndərilən sənədlər (məlumatlar) digər tərəfə verildiyi tarixdən qüvvəyə minir.
6. Tərəflərin məsuliyyəti
6.1. ”Sifarişçi” təqdim edilən bütün məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
6.2. Bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə “İcraçı” və “Sifarişçi” bu Müqavilənin şərtlərinə və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
6.3. “İcraçı” birbaşa, yaxud dolayısı ilə onun nəzarət dairəsindən kənarda olan səbəb üzündən işdə baş verən gecikmələrə görə “Sifarişçi” qarşısında məsuliyyət daşımır.
6.4. «Sifarişçi» bu Müqaviləyə əsasən göstərilən xidmətin dəyərinin ödənilməsini gecikdirdikdə hər gecikdirilən bir gün üçün ödənilməmiş məbləğin 0,2%-i miqdarında cərimə ödəyir.
6.5. Dəbbə pulu məbləğinin yuxarı həddi ödənilməmiş məbləğin 10 % (on) faizindən çox ola bilməz.
7. Məxfilik
7.1. Hazırki müqavilənin icrası ilə bağlı Tərəflər onlara məlum olan məlumatları digər tərəfin dəqiq ifadə olunmuş yazılı icazəsi olmazsa, heç bir üçüncü tərəfə verməməli və müzakirə etməməlidir.
8. Fors-major (Gözlənilməyən səbəb)
8.1. Qarşısıalınmaz qüvvənin təsirinə (fors-major hallara) bu Muqavilənin iştirakçıları tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.
8.2. Əgər müqavilənin icrası qarşısıalınmaz qüvvənin (fors-major halların) təsiri nəticəsində 3 (üç) ay müddətində mümkün olmazsa, Tərəflərin qarşılıqlı razılığı ilə ona xitam verilə bilər.
9. Müqavilənin qüvvəyə minməsi
9.1. Müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir və 3(üç) il müddətində qüvvədə qalır. Müqavilənin vaxtına 1 (bir) ay qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi barədə yazılı məlumat verməzsə, müqavilənin müddəti hər dəfə növbəti 3 (üç) il üçün uzadılmış hesab olunur.
9.2. Hazırki müqavilə eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə, Azərbaycan dilində tərtib edilmişdir.Tərəflərin rekvizitləri dəyişdikdə, Müqavilə qüvvədə qalır. Tərəflərin rekvizitləri dəyişdikdə onlar 10 (on) gün ərzində bir- birinə məlumat verməlidirlər.
10. Tərəflərin rekvizitləri
“İcraçı”
RİTN MHM
BAKI Droqal dön.702-ci məhəllə
VÖEN 9900037691
HESAB N: AZ31AZPO91015461200420100045
Bank “Azərpoçt” MMC PF1
KOD 691011
VÖEN 9900037711
M/H AZ76NABZ01350100000000094944
S.W.I.F.T. AZPOAZ22
|
“Sifarişçi”
İmza _________
M.Y
|
|
“İcraçı”
İmza _________
M.Y
|
“E- İMZA” xİdmətlərİnİn göstərİlməsİnə daİr
SXM-15 saylı 11.02.2013-cÜ İl tarİXLİ müqavİləyə əlavə 1
Bakı şəhəri
|
11.02.2013-cü il
|
ƏDV daxildir
S/S
|
Mal (iş, xidmətin) adı
|
Sayı
|
Qiyməti
AZN
|
Yekun
AZN
|
1.
|
Sertifikat
|
2
|
58.00
|
116.00
|
2.
|
Kart oxuyucusu
|
1
|
22.00
|
22.00
|
Yekun
|
138.00
|
“Sifarişçi”
BİLƏSUVAR RİHB ƏSGƏRABAD KİƏDN
İCRA NÜMAYƏNDƏSİ
S.YUSUBOVA
İmza _________
M.Y
|
|
“İcraçı”
MƏLUMAT HESABLAMA MƏRKƏZİ
DİREKTOR
E. ƏSƏDOV
İmza _________
M.Y
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Məlumat Hesablama Mərkəzi
AZ1010, Bakı şəhəri, Droqal döngəsi,702-ci məhəllə.
Tel. 498-80-44; Faks: 565-14-52
E-mail: mhm@rabita.az URL: http://www.rabita.az
Keyfiyyətli xidmət və müştəri məmnunluğu müəssisəmizin əsas məqsədidir
Dostları ilə paylaş: |