Ə sasnam ə I. ÜMumi MÜDDƏalar



Yüklə 4,11 Mb.
səhifə6/17
tarix01.06.2018
ölçüsü4,11 Mb.
#52360
1   2   3   4   5   6   7   8   9   ...   17

Bu maddə ilə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Cərrahi müalicədən sonra şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 13-cü maddəsinin «ç» bəndinə əsasən keçirilir.

Müalicənin nəticələri qeyri-qənaətbəxş olduğu hallarda və ya qonşu orqanların funksiyalarının pozulmasına səbəb olan, yaxud hərbi geyim formasının gəzdirilməsini çətinləşdirən zoba görə cərrahi əməliyyatdan imtina edildikdə, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir.

Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 13-cü maddəsi üzrə keçirilir.






Maddə


Xəstəliklərin adı,

funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə

yararlılıq kateqoriyası

I

qrafa


II

qrafa


III

qrafa



13

Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları:









a) funksiyaların mühüm dərəcədə pozulması ilə




D


D


D


b) funksiyaların mülayim dərəcədə pozulması ilə


C


C


C və ya B

RDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə


C


C


B


ç) kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla


Ç


Ç



Ç


d) zəif qidalanma, II dərəcəli alimentar piylənmə

A-3

A

A

HDQ, ÜH,

DP, XQ-də

RDİ

e) I dərəcəli alimentar piylənmə




A-2


A


A

İlkin hərbi uçota götürülərkən, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, habelə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər.



«a» bəndinə aşağıdakılar aiddir:

– hipofizin, böyrəküstü, qalxanabənzərətrafı və cinsiyyət vəzilərinin funksiylarının mühüm dərəcədə pozulmaları ilə müşayiət olunan xəstəlikləri;

– IV dərəcəli alimentar piylənmə;

– düyünlü və diffuz toksiki zobun ağır formaları ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 50 faizə qədər azalması, adinamiya, kəskin ifadə olunmuş ekzoftalm, sakit halda təngənəfəslik, nəbzin 1 dəqiqədə 120 və daha çox olması, əsas mübadilənin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar);

– şəkərli diabetin ağır forması ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (karbohidrogen mübadiləsinin kompensasiyası üçün sutkada 60 vahid və daha çox insulin tələb olunur, asetonuriya, ketoz).

Şəkərli diabetin ağır formasına, hiperqlikemiyanın səviyyəsindən və müalicənin xarakterindən asılı olmayaraq, xəstədə aşağıda qeyd olunan fəsadlardan birinin olması halları da aiddir: proliferativ retinopatiya, trofiki xoralar, ayağın qanqrenası, nefropatik ödemlər, osteoartropatiyalarla təzahür edən aşağı ətrafların kəskin dərəcədə ifadə olunmuş angiopatiyası və neyropatiyası, xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan diabetik nefropatiya, eləcə də residivləşən ketoasidotik prekomalar və komalar.



«b» bəndinə aşağıdakılar aiddir:

– endokrin vəzilərin orta ağırlıq dərəcəsində olan xəstəlikləri ilə əlaqədar yaranmış, mülayim dərəcədə ifadə olunmuş davamlı pozulmalar (orta ağırlıq dərəcəsində şəkərli diabet zamanı karbohidrat mübadiləsinin kompensasiyasına daimi pəhriz müalicəsi fonunda şəkəri aşağı salan preparatların peroral qəbulu və ya insulin yeridilməsi ilə nail olunur);

– mülayim dərəcədə ifadə olunmuş retinopatiya, nefropatiya, periferik nevropatiya və angiopatiya ilə müşayiət olunan şəkərli diabet;

– III dərəcəli alimentar piylənmə.

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar «ç» bəndi ilə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar «b» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

– diffuz toksiki zobun yüngül dönər formaları (yüngül nevrozabənzər əlamətlər, fiziki yükə dözümlülüyün azalması, nəbzin dəqiqədə 100-ə qədər olması, qalxanabənzər vəzinin I-II dərəcəli böyüməsi zamanı əsas mübadilə artımının 30 faizdən çox olmaması);

– şəkərli diabetin, qlikemiyanın səviyyəsi gün ərzində 8,9 mmol/litr-dən (160 milliqram - faiz) çox olmayan və pəhrizlə asan normallaşan formaları;

– residiv gedişli yarımkəskin tireoidit.

Bu bəndə həmçinin «Xəstəliklər cədvəli»nin I-II qrafası ilə şəhadətləndirilənlərdə endokrin vəzinin, o cümlədən vəzinin bir hissəsinin cərrahi kənar edilməsindən sonrakı hallar da aid edilir.

Xroniki fibroz və autoimmun tireoiditi olan şəxslər qalxanabənzər vəzinin funksiyasının pozulma dərəcəsindən asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə (funksiyaların pozulması olmadıqda, 12-ci maddənin «c» bəndi üzrə) şəhadətləndirilirlər.



«ç» bəndinə qalxanabənzər vəzidə, digər endokrin vəzilərdə operativ müdaxilələrdən sonrakı hallar, kəskin və yarımkəskin tireoditlərin müalicəsindən sonrakı hallar aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Belə halda onlar stasionar müayinə və müalicə olunmalıdırlar. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən çəkisi indeksinin mənfi dinamikası yoxdursa (hər ay keçirilən tibbi baxışların nəticələrinə görə) və fiziki iş qabiliyyəti saxlanmışsa (funksional yük sınaqlarının nəticələrinə görə), bədən çəkisi 45 kq və çox olan halda şəhadətləndirilmə «d» bəndi üzrə keçirilir. Bədən çəkisinin mənfi dinamikası, fiziki iş qabiliyyətinin aşağı düşməsi təkrar müşahidə olunarsa, vətəndaşlar «c» bəndi üzrə şəhadətləndirilirlər. Qidalanma çatışmazlığına səbəb olan xəstəliklər aşkar olunduqda, vətəndaşlar xəstəliklər cədvəlinin müvafiq maddələri üzrə şəhadətləndirilirlər.

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturla təyin edilən bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur:

bədən çəkisi (kq)

BÇİ= ------------------------------------------

boy ölçüsünün (m) kvadratı


Bədən çəkisinin indeksi (BÇİ) 18-25 yaşlı şəxslər üçün normada – 19,5-22,9; zəif qidalanmada – 19,4 və aşağı; yüksək qidalanmada – 23,0-27,4; I dərəcəli piylənmədə – 27,5-29,9; II dərəcəli piylənmədə – 30,0-34,9; III dərəcəli piylənmədə – 35,0-39,9; IV dərəcəli piylənmədə – 40,0 və çox sayılır.

BÇİ 26-45 yaşlı şəxslər üçün normada – 20,0-25,9; zəif qidalanmada – 19,9 və aşağı; yüksək qidalanmada – 26,0-27,9; I dərəcəli piylənmədə – 28,0-30,9; II dərəcəli piylənmədə – 31,0-35,9; III dərəcəli piylənmədə – 36,0-40,9; IV dərəcəli piylənmədə – 41,0 və çox sayılır.




Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin