DİGƏR XƏSTƏLİKLƏR
Maddə
|
Xəstəliklərin adı,
funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə
yararlılıq kateqoriyası
|
I
qrafa
|
II
qrafa
|
III
qrafa
|
87
|
Qeyri-kafi fiziki inkişaf:
|
|
|
|
a) bədən çəkisi 45 kq-dan az və boy 148 sm-dən az olduqda
|
C
|
C
|
C
|
b) həmin fiziki göstəricilər, ilkin hərbi uçota götürülərkən və ya hərbi xidmətə çağırılarkən ilk dəfə aşkar edildikdə
|
Ç
|
-
|
-
|
Yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan, «Xəstəliklər cədvəli»nin I- II qrafaları üzrə şəhadətləndirilən şəxslər hərbi xidmətə yararlı hesab edilirlər və ƏTC-yə müvafiq olaraq Silahlı Qüvvələrin növləri və qoşun növləri üzrə təyin edilirlər.
Bədən çəkisi 45 kq-dan az və (və ya) boyu 148 sm-dən az olan, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər endokrinoloq tərəfindən müayinə edilməlidirlər. Bu şəxslər «b» bəndinə əsasən 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Fiziki inkişaf çatışmazlığı saxlandıqda, şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.
Maddə
|
Xəstəliklərin adı,
funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə
yararlılıq kateqoriyası
|
I
qrafa
|
II
qrafa
|
III
qrafa
|
88
|
Enurez
|
C
|
C
|
C və ya B FƏRDİ
|
İlkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən, gecə sidik saxlaya bilməməkdən əziyyət çəkən vətəndaşların, habelə hərbi qulluqçuların müayinə və müalicəsi stasionar şəraitdə aparılır.
Müayinə kompleks olmalı, uroloqun, nevropatoloqun, dermatoveneroloqun və zərurət olduqda, psixiatrın iştirakı ilə aparılmalıdır. Psixonevroloji statusunda patoloji dəyişikliklər olan şəxslər müvafiq profilli şöbələrdə, psixonevroloji statusunda patologiya aşkar edilməyən hallarda isə urologiya şöbəsində (uroloqu olan cərrahiyyə şöbəsində) müayinə olunur və şəhadətləndirilirlər. Müayinə prosesində skeletin (türk yəhəri, onurğanın bel şöbəsi), xarici cinsiyyət orqanlarının (fimoz, fistullar, sidik kanalının inkişaf qüsurları) vəziyyətinə, sidik-cinsiyyət sisteminin inkişaf anomaliyalarının olmasına xüsusi diqqət yetirilir. Bundan başqa, mütləq diurez (gündüz, gecə), sidik kisəsinin həcmi və forması müayinə (sistoskopiya, xromosistoskopiya, sistoqrafiya) edilir.
Sidikburaxmanın müvəqqəti funksional pozulmaları ilə hərbi-həkim komissiyaları hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından qismən azad edilmələri haqqında qərar çıxarırlar.
Müşahidələrin və təkrar müayinələrin nəticələri, habelə hərbi komissarlıqdan, hərbi hissədən alınmış məlumatlar hərbi qulluqçuda gecə sidik saxlaya bilməmənin mövcudluğunu və müalicənin səmərə vermədiyini təsdiq etdiyi hallarda şəhadətləndirilmə keçirilir.
Əgər gecə sidik saxlaya bilməmək hər hansı xəstəliyin əlamətlərindən biridirsə, qərar «Xəstəliklər cədvəli»nin əsas xəstəliyi nəzərdə tutan maddəsi üzrə çıxarılır.
Gecə sidik saxlaya bilməməsi yalnız anamnezində qeyd edilən və son 3 ildə müşahidə edilməyən, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən vətəndaşlar hərbi xidmətə yararlı hesab edilirlər. Onlar HDQ-də, ÜH-də, DP-də, sərhəd qoşunlarında xidmətə yararsızdırlar.
Maddə
|
Xəstəliklərin adı,
funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə
yararlılıq kateqoriyası
|
I
qrafa
|
II
qrafa
|
III
qrafa
|
89
|
Nitq pozulmaları:
|
|
|
|
a) bütün nitq aparatını əhatə edən, tənəffüsün pozulması və nevrotik təzahürlərlə müşayiət olunan yüksək dərəcəli kəkələmə, nitqin çox çətin anlaşılmasına səbəb olan digər pozulmaları
|
C
|
C
|
C
|
b) nitqin kifayət qədər aydın olmamasına səbəb olan mülayim dərəcədə kəkələmə və digər nitq pozulmaları
|
B
|
B
|
B
|
Nitq pozulmaları ilə şəhadətləndirilənlər nevropatoloq, zəruri hallarda psixiatr və otorinolarinqoloq, imkan daxilində həm də loqoped tərəfindən dərindən müayinə edilirlər. Hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar müayinənin nəticələri və hərbi hissədən, hərbi komissarlıqdan, hərbi xidmətə daxil olana qədər təhsil və ya iş yerindən alınmış və onun sağlamlıq vəziyyətini səciyyələndirən sənədlərin müfəssəl öyrənilməsi əsasında çıxarılır.
Kəkələmənin ifadə olunma dərəcəsi müxtəlif şəraitlərdə nitq funksiyasının vəziyyətinin dinamik müşahidəsi yolu ilə təyin edilir və xəstəliyin daha çox ifadə olunma məqamları üzrə qiymətləndirilir. Hərbi xidmətə yararlıq kateqoriyası haqqında qərar kəkələmənin şəhadətləndirilənin hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinə nə dərəcədə təsir etməsi nəzərə alınmaqla çıxarılır.
Yalnız ifadənin başlanğıcında tələffüzün ləngiməsi, «büdrəməsi», çox da böyük olmayan (bir nəfəsə deyilən) ifadənin qalan sözləri sərbəst və ya azca ləngimiş, lakin sözlər təkrarlanmadan tələffüz olunduğu hallar hərbi xidmətkeçməyə mane olmayan mülayim dərəcəli kəkələmə hesab edilir.
Dostları ilə paylaş: |