118) Hazır məhsul nədir?
A) Dərman vasitələrinin biotransformasiyasının məhsulu
B) Qablaşdırılmış dərman vasitəsi
C) Fəaliyyət və ya proseslərin cismi və ya qeyri-maddi nəticəsi
D) Qablaşdırma, markirovka, keyfiyyətə nəzarət kimi ardıcıl texnoloji prosesin mərhələlərini keçmiş və realizasiya üçün hazır məhsul
E) Dərman vasitəsinin maksimal terapevtik effekti və rahat istifadəsini təmin edən halı
Ədəbiyyat: N.Ə.Əzizzadə, M.Q.Aslanov. Əczaçılıq mallarının qablaşdırılması, markalanması (metodik tövsiyə). 2006, s. 24
119) Sadə topdansatış ticarətin yayım kanalının tipini xarakterizə edən variant hansıdır?
A) Məhsulun istehsalçıdan istehlakçıya vasitəçilər sisteminin iştirakı ilə çatdırılması.
B) Məhsulun istehsalçıdan bir başa istehlakçıya çatdırılması (vasitəçinin iştirakı olmadan).
C) Məhsulun istehlakçıya mümkün qədər maksimal sayda satış təşkilatlarından istifadə etməklə çatdırılması.
D) Məhsulun istehsalçıdan istehlakçıya xırda topdansatış yolu ilə çatdırılması;
E) Məhsulun istehsalçıdan istehlakçıya pərakəndə satıcılar vasitəsilə çatdırılması;
Ədəbiyyat: Vəliyeva M., Cabbarova Ş. Əczaçılığın idarəolunması və iqtisadiyyatı. Bakı, “ Şərq-Qərb” Nəşriyyat evi, 2013, 736 s.
Dostları ilə paylaş: |