996) Sinir hüceyrələrində ion kanallarını (natrium, kalium) blokadaya almaqla təsir göstərən epilepsiyaəleyhinə dərman maddələri hansılardır?
A) Kalium-bromid, ammonium-bromid
B) Fenitoin, karbamazepin
C) Lamotricin, natrium-bromid
D) Valproy turşusu, natrium-valproat
E) Fenobarbital, nitrazepam
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
997) Hazırda mövcud olan epilepsiyaəleyhinə dərman maddələri hansı müalicə məqsədilə istifadə olunur?
A) Simptomatik
B) Əvəzedici
C) Etiotrop
D) Patogenetik
E) Kombinəolunmuş
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
998) Xəstə bir qıcolma tutmasından özünə gəlməmiş növbəti qıcolma tutmasının baş verməsi halı necə adlanır?
A) Böyük qıcolma tutmaları
B) Kiçik qıcolma tutmaları
C) Psixomotor ekvivalentlik
D) Mioklonus-epilepsiya
E) Epileptik status
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
999) Müxtəlif farmakoloji qruplara aid olan epilepsiyaəleyhinə dərman maddələrinin təsir xüsusiyyətlərinin ümumi cəhəti nədəni barətdir?
A) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini gücləndirir
B) Onlar mərkəsi sinir sistemində sinir impulslarının ötürülməsini gücləndirirlər
C) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini gücləndirir və ya tormozlanma proseslərini zəiflədir
D) Onlar mərkəsi sinir sistemində tormozlanma proseslərini zəiflədir
E) Onlar mərkəsi sinir sistemində oyanma proseslərini zəiflədir və ya tormozlanma proseslərini gücləndirir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
1000) Hansı hallarda fenobarbitalın istifadəsi əks göstərişdir?
A) Şəkərli diabet zamanı
B) Qaraciyərin və böyrəklərin funksional pozğunluğu zamanı
C) Mədə və 12-barmaq bağırsağın xəstəlikləri zamanı
D) Sidik ifrazının ləngidiyi hallarda
E) Yuxusuzluqdan əziyyət çəkən pasiyentlərdə
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
Dostları ilə paylaş: |