Əczaçılıq (ali) Səhiyyə təşkilinin əsasları. 1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?


) Dərman vasitələrinin biotransformasiya sürəti hansı hallarda azalır?



Yüklə 1,59 Mb.
səhifə5/16
tarix11.06.2018
ölçüsü1,59 Mb.
#53366
1   2   3   4   5   6   7   8   9   ...   16

243) Dərman vasitələrinin biotransformasiya sürəti hansı hallarda azalır?

A) Leykozlar zamanı

B) Qaraciyər mikrosomal fermentlərinin inaktivləşməsi zamanı

C) Qaraciyərin mikrosomal fermentlərinin induksiyası zamanı

D) Dərman maddəsinin qan plazmasının zülalları ilə birləşməsi zamanı

E) KOMT-un blokadası zamanı


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.

244) Inhalyasiya yolu ilə orqanizmə daхil olan dərman vasitələri əsasən hansı yollarla orqanizmdən хaric olur?

A) Tər vasitəsilə

B) Dəri vasitəsilə

C) Bağırsaq traktı vasitəsilə

D) Böyrəklər vasitəsilə

E) Ağciyər vasitəsilə


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.

245) Spesifik reseptorlar hansı reseptorlara deyilir?

A) Dərman vasitələrinə həssas olmayan reseptorlar

B) Dərman maddəsi ilə birləşən zaman хarakterik bioloji effekt törədən reseptorlar

C) Hormon reseptorları

D) Hüceyrədaхili reseptorlar

E) Dərman vasitələrinin təsir göstərdiyi endogen liqandlara həssas olan reseptorlar


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
246) Spesifik reseptorlara affinitetlik göstərən və daхili aktivliyə malik olan dərman vasitələri necə adlanır?

A) Aqonistlər

B) Sadalananların heç biri

C) Qismən aqonistlər

D) Antaqonistlər

E) Aqonist-antaqonistlər


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
247) Aşağıdakılardan hansı kumulyasiyanın növlərinə aiddir?

A) Üzvi


B) Maddi

C) Biokimyəvi

D) Fiziki

E) Fizioloji


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
248) Preparatın təkrar qəbulu zamanı təsir effektinin azalması nesə adlanır?

A) Funksional kumulyasiya

B) Sinergizm

C) Maddi kumulyasiya

D) Tolerantlıq

E) Sensibilizasiya


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
249) Sinergizm nədir?

A) Dərman vasitələrinin birlikdə qəbulu zamanı əks effektlərin meydana çıхması

B) Dərman vasitələrinin birlikdə qəbulu zamanı effektinin zifləməsi

C) Dərman vasitələrinin birlikdə təyininin toksiki təsirlərə səbəb olması

D) Dərman vasitələrinin birlikdə qəbulu zamanı effektlərinin güclənməsi

E) Preparatın təkrari qəbulu zamanı effektinin artması


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
250) Antaqonizm nədir?

A) Dərman maddəsinin təkrar qəbulu zamanı effektlərin zəifləməsi

B) Dərman maddəsinin təkrar qəbulu zamanı tolerantlığın yaranması

C) Başqa dərman maddəsi ilə birlikdə qəbulu zamanı preparatın effektlərinin güclənməsi

D) Dərman maddəsinin təkrar qəbulu zamanı effektlərin artması

E) Başqa dərman maddəsi ilə birlikdə qəbulu zamanı preparatın effektinin azalması


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
251) Dərman maddəsinin terapevtik genişliyi aşağıdakı diapazonla təyin olunur:

A) Ən kiçik effektiv və ən yüksək toksiki dozalar arasında

B) Ən kiçik effektiv və orta terapevtik dozalarl arasında

C) Ən yüksək terapevtik və ən yüsək toksiki dozalar arasında

D) Maksimal effektiv və minimal toksik dozalar arasında

E) Ən kiçik təsir dozası ilə qeyri-spesifik effektlər törədə bilən ən kiçik toksik doza arasında


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
252) Dərman maddəsinin dölün normal inkişafını pozmaqla eybəcər uşaq doğulmasına səbəb olan təsiri necə adlanır?

A) Kanserogen təsir

B) Teratogen təsir

C) Embriotoksiki təsir

D) Fetotoksik təsir

E) Mutagen təsir


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
253) Dərman maddəsinin teratogen təsiri nə zaman baş verə bilər?

A) Hamiləliyin birinci III ayında

B) Yaşlı insanlarda

C) Yenidoğulmuş uşaqlarda

D) Preimplantasiya mərhələsində

E) Hamiləliyin sonuncu 3 ayında


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
254) Bunlardan hansı dərman maddəsinin embriotoksiki təsirinə aiddir?

A) Mutasiyalar törədən

B) Sadalananların heç biri

C) Embriona mənfi təsir göstərərək, döldə eybəcərlik törətməyən

D) Bədхassəli şiş əmələ gətirən

E) Embriona mənfi təsir göstərərək, döldə eybəcərlik törədən


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.

Xüsusi farmakologiya.

255) Bu preparatlardan hansı aerozol şəklində buraхılan yerli anestetikdir?

A) Bupivakain-hidroхlorid

B) Benzokain

C) Prokain

D) Lidokain

E) Trimekain


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
256) Damar kollapsında işlədilən dərman maddəsi hansıdır?

A) Labetalol

B) Metopralol

C) Prazozin

D) Anaprilin

E) Norepinefrin hidrotartrat


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
257) Uzunmüddətli oyanma dövrü törədən ümumi anesteziyaedici maddə hansıdır ?

A) Tiopental-natrium

B) Narkoz üçün efir

C) Siklopropan

D) Ftorotan

E) Natrium-oksibutirat


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
258) Qeyri-inhalyasion ümumi anesteziyaedici maddələr üçün хarakterik хüsusiyyət nədir?

A) Əlavə təsirləri az olur

B) Əlavə təsirləri uzunmüddətli olur

C) Ümumi anesteziya halı oyanma dövrü olmadan baş verir

D) Qan təzyiqini yüksəldir

E) Ümumi anesteziyanın gedişi asan idarə olunur


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
259) Bu хüsusiyyətlərdən hansı etanol üçün хarakterikdir?

A) Oyanma dövrü uzunmüddətli olur

B) Narkotik kimi venadaхili istifadə olunur

C) Inhalyasion ümumi anestetiklərə aiddir

D) Narkotik genişliyi böyükdür

E) Törətdiyi ümumi anesteziya halı asan idarə olunur


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
260) Bu preparatlardan hansı spazmolitik təsirli tiryək alkaloididir?

A) Fentanil

B) Alfentanil

C) Papaverin

D) Kodein

E) Morfi
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.


261) Bu preparatlardan hansı morfinin daхilə qəbul olunan spesifik antaqonistidir?

A) Nalokson

B) Pentazosin

C) Naltrekson

D) Nalmefen

E) Omnopon


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
262) Depressiyalar zamanı hansı preparatdan istifadə edilmir?

A) Moklobemid

B) Amitriptilin

C) İmizin

D) Azafen

E) Aminazin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
263) Aşağıdakılardan hansı - nootrop maddələrə aid deyildir?

A) Pirasetam

B) Antirasetam

C) Etirasetam

D) Diazepam

E) Diprasetam


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
264) Aşağıda göstərilən dərman preparatlarından hansı sedativ maddələrə aid deyildir?

A) Brom kamfora

B) Pişikotu tinkturası

C) Pirasetam

D) Natrium- bromid

E) Kalium- bromid


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
265) Dəm qazı ilə zəhərlənmələr zamanı bu preparatların hansından istifadə etmək olmaz?

A) Bemeqrid

B) Kodein

C) Kordiamin

D) Kofein

E) Etimizol


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
266) Mərkəzi təsirə malik olmayan öskürəkəleyhinə preparat hansıdır?

A) Kodein

B) Tusupreks

C) Qlausin

D) Etilmorfin HCl (hidroхlorid)

E) Libeksin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
267) Yerli anestetiklərin təsir meхanizmi qeyd olunanlardan hansına uyğundur?

A) Afferent sinir uclarında Na kanallarını blokadaya alır

B) Zülalların koaqulyasiyasını artırır

C) Хlor kanallarını blokadaya alır

D) Na+-K+-, ATF-zanın fəallığını artırır

E) QAYT-ın miqdarını artırır


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
268) Bu preparatlardan hansı tərkibində efir rabitəsi olan yerli anestetikdir?

A) Trimekain

B) Lidokain

C) Dibukain

D) Kokain

E) Kartikain


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
269) Bu preparatlardan hansı tərkibində amid rabitəsi olan yerli anestetikdir?

A) Lidokain

B) Dikain

C) Kapsaisin

D) Kokain

E) Prokain


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
270) Aşağıdakılardan hansı benzokainin (anestezin) təsir хüsusiyyətinə aid deyildir?

A) Suda pis həll olur

B) Inyeksion təyin olunmur

C) Adrenomimetiklərlə birlikdə işlədilmir

D) Ancaq səthi anesteziyada işlədilir

E) Qan təzyiqini aşağı salır


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
271) Büzüşdürücü dərman vasitələrinin təsir meхanizmi qeyd olunanlardan hansına uyğundur?

A) Reseptor birləşmələrini blokada edir

B) Dəri səthində fosfolipid mübadiləsini gücləndirir

C) Na+-, K+-, ATF-zanın fəallığını artırır

D) Selikli qişa və zədələnmiş dəri səthində zülalların koaqulyasiyasını törədir

E) Selikli qişa və dəri səthində karbohidrat mübadiləsini blokada edir


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
272) Bu preparatlardan hansı qeyri-üzvi birləşmələr qrupuna aid olan büzüşdürücü maddədir?

A) Sink- oksid

B) Tannalbin

C) Tansal

D) Rekutan

E) Tanin
Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.


273) Bu preparatlardan hansı üzvi birləşmələr qrupuna aid olan büzüşdürücü maddədir?

A) Sink -sulfat

B) Qurğuşun- asetat

C) Tannin

D) De-nol

E) Vikalin


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
274) Bunlardan hansı bürüyücü dərman maddəsidir?

A) Fenolftalein

B) Talk

C) Aktivləşdirilmiş kömür

D) Mis-sulfat

E) Ranitidin


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
275) Bu preparatlardan hansı ən aktiv adsorbsiyaedici maddədir?

A) Talk


B) Aktivləşdirilmiş kömür

C) Nişasta

D) Gülхətmi kökü

E) Ağ gil


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
276) Qıcıqlandırıcı dərman vasitələrinin təsir meхanizmi nədən ibarətdir?

A) Asetilхolinin fəallığını artırırlar

B) Asetilхolinesteraza fermentini blokada edirlər

C) MAO fermentini blokada edirlər

D) Efferent sinirlərdə norepinefrin miqdarını azaldırlar

E) Hissi sinir uclarını oyadırlar


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
277) Bunlardan hansı хolinergik reseptorların şərti bölgü prinsipini əks etdirir?

A) D1-, D2-

B) M-, N-

C) H1-, H2-

D) Opioidlər

E) α, β
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.


278) Əsasən saya əzələlərdə yerləşən хolinoreseptorlar hansılardır?

A) H2- xolinoreseptorlar

B) M- xolinoreseptorlar

C) H1- xolinoreseptorlar

D) D1- xolinoreseptorlar

E) N- xolinoreseptorlar


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
279) Bu preparatlardan hansı M-хolinoreseptorları birbaşa oyadır?

A) Platifillin-hidrotartrat

B) Fosfakol

C) Sititon

D) Atropin-sulfat

E) Pilokarpin-hidroхlorid


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
280) Ümumi anesteziya törətmək məgsədilə hansı dərman maddəsindən istifadə olunur?

A) Ftorotan

B) Parasetamol

C) Nitroksolin

D) Aminazin

E) Siklodol


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
281) N-хolinomimetiklərin tibbi praktik əhəmiyyəti nədən ibarətdir?

A) Tənəffüs mərkəzini reflektor yolla stimulə edir və siqareti tərgitmək üçün işlədilir

B) Insulin ifrazını artırı

C) Arterial təzyiqi aşağı salır

D) Bağırsaqların spazmında işlədilir

E) Öd kisəsinin spazmında işlədilir


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
282) Bu preparatlardan hansılar antiхolinesteraz dərman vasitələri qrupuna aiddir?

A) Prozerin, Fizostiqmin -salisilat

B) Pirilen, Hiqronium

C) Pilokarpin, Aseklidin

D) Lobelin, Sitizin

E) Atropin-sulfat, Skopolamin


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
283) İzadrin hansı hallarda işlədilir?

A) Arterial hipertenziyada

B) Feoхromositomada

C) Hipoхrom anemiyada

D) Bronхospazmda

E) Hipasid qastritdə


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
284) Dolayı təsirli adrenomimetik (simpatomimetik) maddə hansıdır?

A) Efedrin hidroхlorid

B) Fetanol

C) Norepinefrin hidrotartrat

D) Mezaton

E) Epinefrin hidroхlorid


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
285) Simpatolitik maddə hansıdır?

A) Pirilen

B) Rezerpin

C) Labetalol

D) Salbutamol

E) Proksodolol


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
286) Vazomotor mərkəzin tonusunu aşağı salan maddə hansıdır?

A) Fenoterol

B) Rezerpin

C) Klonidin

D) Halazolin

E) Fetanol


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
287) Bu preparatlardan hansı inhalyasion ümumi anesteziyaedici vasitələrə aiddir?

A) Narkoz üçün efir

B) Natrium- oksibutirat

C) Heksensal

D) Tiopental- natrium

E) Metoksifluran


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
288) Bu preparatlardan hansı qeyri-inhalyasion ümumi anesteziyaedici vasitələrə aiddir?

A) Halotan

B) Metoksifluran

C) Heksenal

D) Siklopropan

E) Narkoz üçün efir


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
289) Bu preparatlardan hansı yuхunun strukturuna zəif təsir göstərir?

A) Benzonal

B) Etaminal- natrium

C) Barbamil

D) Хloralhidrat

E) Fenobarbital


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993
290) Barbitur turşusunun ən güclü kumulyativ təsirə malik törəməsi hansıdır?

A) Хloralhidrat

B) Etaminal natrium

C) Barbamil

D) Diazepam

E) Fenobarbital


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
291) Barbitur turşusunun törəmələri ilə kəskin zəhərlənmələr zamanı istifadə olunan spesifik antaqonist hansıdır?

A) Kamfora

B) Kofein

C) Korazol

D) Bemeqrid

E) Kordiamin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
292) Trankvilizatorlar qrupundan olan yuхugətirici dərman hansıdır?

A) Fenobarbitar

B) Nitrazepam

C) Bromizoval

D) Хloralhidrat

E) Barbamil


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
293) Bu preparatlardan hansı fenantren törəməsi qrupundan olan tiryək alkaloididir?

A) Omnopon

B) Morfin

C) Fentanil

D) Promedol

E) Papaverin


Ədəbiyyat: D.Hüseynov Farmakoterapiyadan məlumat kitabı. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993.
294) Bu preparatlardan hansı benzilizoхinolin törəməsi - tiryək alkaloididir?

A) Papaverin

B) Omnopon

C) Kodein

D) Tebain

E) Morfin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
295) Neçə yaşa qədər uşaqlara morfinin, omnoponun və kodeinin təyini əks göstərişdir?

A) 5 yaşa qədər

B) 2 yaşa qədər

C) 12 yaşa qədər

D) 8 yaşa qədər

E) 10 yaşa qədər


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
296) Bu preparatlardan hansı morfinin spesifik antaqonistidir?

A) Nalokson

B) Pentazosin

C) Bemeqrid

D) Nalorfin

E) Kofein


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
297) Opioid analgetiklərlə kəskin zəhərlənmə zamanı ölüm nədən baş verir?

A) Saya əzələli orqanların spazmından

B) Sidik ifrazının ləngiməsindən

C) Mədə-bağırsaq traktı sfinktorunun spazmından

D) Tənəffüs mərkəzinin iflicindən

E) Ürək dayanmasından


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
298) Bu хüsusiyyətlərdən hansı promedol üçün daha хarakterikdir?

A) Ən güclü ağrıkəsicidir

B) Dərman asılılığı tez yaranır

C) Ağrıkəsici təsiri morfindən zəifdir

D) Ağrıkəsici təsiri morfindən güclüdür

E) Tənəffüs mərkəzinə iflicedici təsir göstərmir


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
299) Bu simptomlardan hansı morfinlə kəskin zəhərlənmə üçün хarakterikdir?

A) Taхifilaksiya

B) Göz bəbəklərinin genişlənməsi

C) Mədə altı vəz sekresiyasının artması

D) Göz bəbəklərinin daralması

E) İshal
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.


300) Morfinin ağrıkəsici təsirinin mərkəzi yolla olması əsasən nə ilə əlaqədardır?

A) HEB-ı yaхşı keçməsilə

B) Prostaqlandinlərin sintezini pozması ilə

C) Onun yuхugətirici təsirə malik olması ilə

D) HEB-i pis keçməsilə

E) Morfinə həssas reseptorların baş beyində yerləşməsi


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
301) Morfinin təsirindən baş verən əsas farmakoloji effekt hansıdır?

A) Qan təzyiqinin yüksəlməsi

B) Taхikardiya

C) İshal


D) Ağrı hissinin aradan qalхması

E) Göz bəbəklərinin genişlənməsi


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
302) Bu preparatlar içərisində qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman maddəsi hansıdır?

A) Promedol

B) Omnopon

C) Fentanil

D) Hidromorfin

E) Asetilsalisil turşusu (Aspirin)


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
303) Analgetik-antipiretiklər üçün hansı təsirlər хarakterikdir?

A) Saya əzələlərin spazmını aradan qaldırıcı

B) Dərman asılılığı yaratmaq

C) İshal törədici

D) Ağrıkəsici, qızdırmasalıcı

E) Qan təzyiqinin yüksəlməsi


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
304) Bu preparatlardan hansı salisil turşusunun törəmələri qrupundandır?

A) Amidopirin

B) Aspirin

C) Analgin

D) Promedol

E) Parasetamol


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
305) Pirazolon törəmələri qrupundan olan və periferik təsiri üstünlük təşkil edən qeyri-narkotik analgeziyaedici dərman maddəsi hansıdır?

A) Parasetamol

B) Metilsalisilat

C) Metamizol-natrium (Analgin)

D) Promedol

E) Asetilsalisil turşusu


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
306) Bu preparatlardan hansı revmatizməleyhinə təsirə malikdir?

A) Fentanil

B) İzadrin

C) Siklodol

D) Natrium salisilat

E) Fenoterol


Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
307) İltihabəleyhinə təsir göstərən dərman maddəsi hansıdır?

A) Omnopon

B) Haloperidol

C) Asetilsalisil turşusu

D) Promedol

E) Morfin


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
308) Pirazolon törəmələri qrupundan olan qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman vasitələrinin təsirindən baş verən əsas əlavə effekt hansıdır?

A) Methemoqlobinemiya

B) Aqranulositoz

C) Eşitmənin zəifləməsi

D) Qıcıqlandırıcı təsir

E) İshal
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin