Əczaçılıq analizinin müasir üsulları



Yüklə 1,07 Mb.
səhifə13/14
tarix26.11.2023
ölçüsü1,07 Mb.
#135226
1   ...   6   7   8   9   10   11   12   13   14
3 dərs material

Permanqanatometriya üsulu titrant kimi istifadə olunan kalium-permanqanatın turş mühitdə oksidləşdirici xassəsinə əsaslanır:
Mn
Düzünə titrləmə zamanı indikator kimi titrantın özü istifadə olunur, nəticədə bənövşəyi rəng alınır. Əksinə titrləmədə isə titrantın artıq hissəsi yodometriya üsulu ilə müəyyən olunur.
Bromatometriya üsulu sərbəst bromun oksidləşdirici xassəsinə və yaxud əvəzetmə reaksiyalarına (mono-, di- və yaxud tribrom törəmələrinin alınması) əsaslanır:
KBrO3 + 5KBr + 6HCl→3Br2 + 6KCl + 3H2O
Düzünə titrləmə zamanı indikator kimi azoboyalardan istifadə olunur ki, onlar da ekvivalent nöqtəsində bromun təsirindən rəngsizləşir (metil-qırmızı). Əksinə titrləmə zamanı ekvivalentlik nöqtəsi titrantın artığına görə (kalium-bromat) yodometriya ilə müəyyən olunur.
Serimetriya üsulu serium (IV) duzlarının oksidləşdirici xassəsinə əsaslanır. Belə ki, turş mühitdə onlar 3 valentli seriuma qədər reduksiya olunur:
Ce4++ e-→Ce3+
İndikator kimi difenilamin və o-fenantrolin istifadə olunur. Əksinə titrləmə zamanı titrantın artığı yodometriya ilə təyin olunur:
2Ce(SO4)2 + 2KI→I2 + Ce2(SO4)3 + K2SO4


Kompleksonometriya
Bu üsul metal kationların Trilon B (etilendiamintetraasetat turşusunun dinatrium duzu) və yaxud digər kompleksonlarla davamlı və suda həll olan kompleks birləşmələr əmələ gətirməsinə əsaslanır. Metalın valentliyindən asılı olmayaraq , onların kompleksonlarla qarşılıqlı təsiri nəticəsində sadə, stexiometrik nisbətdə (1:1), sabit və suda yaxşı həll olan kompleks birləşmələr - kompleksonatlar əmələ gəlir:

Kompleksonometriyanın əsasını aminpolikarbon turşuları və onların duzları ilə titrləmə təşkil edir.
1945-ci ildə İsveçrə alimi K.Şvarsenbax öz əməkdaşları ilə aminpolikarbon turşularını dəqiq öyrənmiş və onların titrli məhlullarını həcmi analiz üçün təklif etmişdi. Aminpolikarbon turşuları məhlullarda asanlıqla sabit və demək olar ki, dissosiasiya olunmayan kompleks birləşmələr verdiyi üçün Şvarsenbax onları “kompleksonlar” adlandırmışdı.
Kompleksonometrik titrləmədə hazırda məlum kompleksonlardan olan trilon B (etilendiamintetraasetat turşusunun dinatrium duzu) geniş tətbiq edilir.
Trilon B ədəbiyyatda dinatrium-edetat, komplekson III, xelaton III adı ilə də məlumdur və şərti olaraq Na2H2Y ∙ 2H2O yazılır. Odur ki, kompleksonometriya bəzən trilonometriya və ya xelatometriya və ya kompleksometriya adlanır.
Kompleksonatlar adətən, kompleks anion tipli birləşmələr olub, metalın valentliyindən asılı olaraq müvafiq yükə malik olur. Məsələn, ikivalentli metalların əmələ gətirdikləri kompleksonatlar – MeY2-, üçvalentli metalların isə - Me olur.
Kompleksonometrik titrləmə zamanı ekvivalentlik nöqtəsində bir an içərisində ionların yox olduğunu təyin etmək üçün metal indikatorlardan istifadə olunur. Belə indikatorlar metal ionları ilə müəyyən pH-da daxili kompleks birləşmələr olan rəngli maddələr əmələ gətirir. Ekvivalent nöqtədə bu komplekslər parçalanır və əmələ gələn sərbəst indikatorun rənginə görə titrləmənin sona çatması müəyyən olunur.
Kompleksonometriyada metal-indikatorlardan turşulu xüsusi xrom qarası (erioxrom T qarası), turşulu tünd xrom göyü, sulfarsazen, 1-(2-piridilazo)-2-naftol (PAN), merkurion (piridoksin azoboyası), pirokatexin-bənövşəyisi, ksilenol-narıncısı, mureksid və başqaları müxtəlif qeyri-üzvi preparatların miqdarı analizində tətbiq olunur.
Beləliklə, kompleksonometrik titrləmənin əsas mahiyyəti ondan ibarətdir ki, müəyyən miqdar yoxlanılan kation olan məhlul üzərinə, müəyyən pH-ı yaratdıqdan sonra, müvafiq indikator əlavə olunur. Bu zaman suda həll olan və nisbətən sabit, rəngli kompleks birləşmə alınır. Həmin məhlulu trilon B ilə titrlədikdə o kationla birləşərək daha sabit, yeni kompleks birləşmə əmələ gətirir. Ekvivalentlik nöqtəsində kationun indikatorla olan kompleksi parçalanır və sərbəst indikator ayrılır. Ona görə məhlulun rəngi sərbəst indikatorun həmin pH-da olan rənginə boyanır.
Əksər kationları düzünə titrləmə ilə təyin etmək mümkündür. Bəzən isə geriyə titrləmədən istifadə edilir.
Geriyə titrləmə üsulunda əvvəl trilon B məhlulundan artıqlaması ilə əlavə edilir, sonra onun qalığının müəyyən pH-da və müvafiq indikatorun iştirakı ilə sink, maqnezium, qurğuşun duzlarının molyar məhlulları ilə təyin edirlər. Titrləmənin sonunda titrli məhluldakı metal ionları ilə indikator birləşib rəngli kompleks verir ki, ona əsasən ekvivalentlik nöqtəsini müəyyən edirlər.
Kompleksonometrik titrləmədə pH-ın müəyyən səviyyədə saxlanmasının əhəmiyyəti böyükdür. Bunun üçün müxtəlif bufer məhlullardan istifadə edirlər.



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin