Ədəbiyyat siyahısı: Knyaz Aslan. Dünya kitabxanaları tarixi (I, II hissələr). Baki



Yüklə 36,11 Kb.
səhifə1/3
tarix10.01.2022
ölçüsü36,11 Kb.
#107763
növüMühazirə
  1   2   3

İxtisas: Kitabxanaçılıq

Kurs: III

Fənn: Dünya kitabxanaları tarixi

Mövzu: Orta əsrlərdə Türkiyədə kitabxana işi (mühazirə I)

Ədəbiyyat siyahısı:

1. Knyaz Aslan. Dünya kitabxanaları tarixi (I, II hissələr). Baki. 2010

2. Knyaz Aslan. Qədim və orta əsrlər dünya kitabxanaları.Dərs vəsaiti. Bakı. 2008

Müəllim: Məmmədova Xumar e-mail: xrmemmedova@mail.ru

PLAN:


  1. Orta əsrlərdə kitabxanaların yarandığı ictimai-siyasi mühit

  2. Orta əsrlərdə Türkiyədə kitabxana işinin təşkili

Orta əsrlərdə Türkiyədə kitabxana işi

XVII əsrin II yarısı – XVIII əsrin əvvəllərində Osmanlı imperiyasında baş verən bütün çətinliklərə baxmayaraq, maarif, elm və təhsil sahəsində xeyli irəliləyiş əldə edilmişdir. Məktəb və mədrəsələr elmi biliklərin və təhsilin inkişafında mühüm rol oynayırdı. Bu təhsil ocaqlarında əsasən din tarixivə müəyyən qədər dünyəvi elmlər tədris olunurdu. Bununla belə burada fəlsəfə, tibb və riyaziyyatdan lazımi səviyyədə dərs deyə biləcək müdərrislər çatışmırdı. Bir sıra hallarda adlı-sanlı adamların mədrəsə təhsili görməmiş uşaqlarına guya hər hansı bir mədrəsənin məzmunu olması haqqında saxta sənədlər verilirdi. Bu dövrdə Osmanlı İmperiyasında riyaziyyatın, kartoqrafiyanın, Türkiyənin flora və faunasının öyrənilməsinə dair eli əsərlər yazılırdı.

Böyük türk alimi Katib Çələbi türk və ərəb dillərində tarixə, coğrafiyaya, ədəbiyyata, fiqhə (şəriət) aid müxtəlif əsərlər yaratmışdı. Katib Çələbi “Təqvim ət-təvarix” (“Tarixlərin düzəlişi”), “Fəzləkə” (“Müxtəsər məzmun”), “Cahannüma” (“Dünyanı göstərən”), “Kəşf əz-zünun an əsami əl-kütüb və əl-fünun” (“Kitab və fənn adlarında zənnlərin açılması”) adlı kitabları elm aləmində yaxşı tanınır. Katib Çələbi eyni zamanda Avropa tarixinə həsr olunmuş bu əsəri türk dilinə çevirmişdir. Ömrünün 50 ilini səyahətlərdə keçirən məşhur türk səyyahı və coğrafiyaşünası övliya Çələbi ərəb, fars,latın, yunan, tatar və başqa dilləri mükəmməl bilirdi. O, Yaxın Şərq, Afrika, Avropa ölkələrində, Moldova, Krım, Ukrayna, Volqaboyu, Qafqaz bölgələrində, o cümlədən Azərbaycanda səyahətdə olmuşdur. Övliya Çələbi 10 cildlik “Səyahətnamə” əsərində gəzdiyi ölkələr haqqında maraqlı məlumatlar vermişdir. Bu əsər Şərqi və Cənub-Şərqi Avropa, ön Asiya və Şimal-Şərqi Afrika xalqlarının coğrafiya, etnoqrafiya və tarixinin öyrənilməsində mühüm mənbədir.

1703-cü ilin avqustunda baş vermiş Ədirnə hadisəsindən sonra II Sultan Mustafanın yerinə Osmanlı İmperiyasının 26-cı sultanı III Sultan Əhməd hakimiyyətə gəldi. Həm də şair musiqiçi, xəttat və oxatan kimi tanınan III Əhməd 1730-cu ilədək hökmranlıq etmişdir. O, səltənətinin ilk illərində ölkədəki qarışıqlıqları nizama salmaqla məşğul olmuş, bir sıra müharibələr aparmışdır. Daxili siyasətdə dövlət quruluşunu möhkəmləndirməyə çalışan III Əhməd xarici siyasətdə mühüm addımlar atmışdır.

1713—1716-cı illərdə Osmanlı imperiyasının baş vəziri olmuş Əli Paşa kitaba və mütaliəyə böyük rəğbət başlayır, müxtəlif mənbələrdən qiymətli əlyazmalar toplayır, kitabxana təşkil etməyə xüsusi həvəs göstərmişdir. Yeri gəlmişkən, bu şəxs “Şəhid” ləqəbi ilə xatırlanmışdır. 1715-ci ilin fevralında yazılmış vəqfiyyədə göstərilir ki, Əli Paşa İstanbulun ayrı-ayrı məhəllələrində üç kitabxana yaratmışdır. Əli Paşanın 1-ci kitabxanası Üskübi məhəlləsindəki üçmərtəbəli binada yerləşirdi. Burada müxtəlif elm sahələrinə dair əlyazma kitablar saxlanılırdı. O, bütün kitabların kataloqunu da hazırlatdırmışdır. Əli Paşanın yaratdığı ikinci kitabxana bağ evinin bir otağında, 3-cü kitabxana isə Vəfa məhəlləsində yerləşmişdir. Əli Paşa şəhid olduqdan sonra şeyxülislam İsmayıl Əfəndinin fitvası ilə onun hər üç kitabxanasındakı kitabların bir hissəsi müsadirə edilmişdir. Qeyd etdiyimiz kimi, III Sultan Ihməd hakimiyyətə gələnə qədər də sarayda minlərlə qiymətliəlyazma kitab toplanmışdır. Ayrı-ayrı dövrlərdə sulatnalrın və saraya yaxın adamların yiğdıqları həmin kitablar müxtəlif otaqlarda və xəzinədə sistemsiz şəkildə saxlanılırdı. Lakin əlyazma kitabların qorunması və istifadəsi ürəkaçan deyildi. Bu pərakəndəliyin və dağınıqlığın qarşısını almağa çalışan Sultan Əhməd həmin kitabların hesabına yeni kitabxana yaratmağı qərara almışdır. O, hətta özünün yığdığı kitabları da buraya vermişdir. III Sultan Əhmədin Topqapı sarayında təşkil etdiyi həmin kitabxananın təməli 1719-cu ilin yanvarında qoyulmuşdur. Kitabxananın vəqfiyyəsindən məlum olur ki, Sultan Əhməd özülqoyma mərasiminə xeyir-dua verən Səfərli xocası Abdullah Əfəndiyə 190 qızıl pul bağışlamışdır. 1719-cu ilin dekabrında yazılmış bir qeydə görə isə kitabxananın inşası üçün 19.570 quruş ayrıldığı bəlli olur.

Topqapı sarayı kitabxanasının digər vəqf kitabxanalarından fərqli xüsusiyyəti ondan ibarət idi ki, buradan yalnız saray adamları istifadə edə bilərdilər. III Sultan Əhməd Yeni Camedə Turxan Validə Sultanın türbəsi yanında da bir kitabxana tikdirməyə başlayır və həmin kitabxananın inşası 1724-1725-ci illərdə başa çatdırılmışdır. 1725-1726-cı illərdə tərtib olunmuş vəqfiyyədə burada 4 kitabxanaçının işlədiyi və Sultanın əmri ilə bir kataloqun hazırlandığı haqqında məlumatlar vardır. Bundan başqa, 1720-ci ilin mayında III Sultan Əhmədin kürəkəni və sədr-əzəmi Nevşehirli İbrahim Paşa həyat yoldaşı Fatma Sultanla birlikdə İstanbulun Şahzadəbaşı məhəlləsində bir darülhədis inşa etdirmiş, onun yanında kitabxana da yaratmışdır. Damad İbrahim Paşa isə anadan olduğu Nevşehirdə 1737-1738-ci illərdə bir kompleks tikdirmiş, burada kitabxana da təşkil emişdir. Bu kitabxananın kitabəsindəki mənzuməni o dövrün məşhur şairi Nədim yazmışdır. Qeyd edək ki, Avropa ölkələrində mətbəə işi inkişaf etdiyi bir vaxtda Osmanlı İmperiyasında kitablar hələ köçürmə yolu ilə çoxaldılırdı. Fransaya səfir göndərilən Çələbi Mehmet Əfəndi oğlu Səid Əfəndini də özü ilə götürmüşdü. Səid Əfəndi Fransada mətbəə işi ilə yaxından tanış olmuş, İstanbula döndükdən sonra mətbəə işində səriştəsi olan İbrahim Mütəfərrikə mətbəə açmağı təklif etmişdi. Mətbəənin əhəmiyyətini yaxşı dərk edən baş vəzir İbrahim paşa bu ideyanı bəyənmiş və xəttatların bu işə mane olmaq cəhdlərinin qarşısını almaq üçün şeyxülislamdan icazə almışdı. Bu mətbəədə lüğət, məntiq, tarix, coğrafiya, ədəbiyyat, tibb və fəlsəfəyə aid əsərlər nəşr olunmalı idi. “Quran”, “Hədis”, “Fiqh” kimi dini kitablar yenə xəttatlar tərəfindən əl ilə yazılacaqdı. Nəhayət, 1727-ci ildə İbrahim Mütəfərrikə ilk mətbəə açmağa nail olmuşdur. Mətbəə dəzgahı və qəliblər xaricdən gətirilmişdir. Mətbəədə çap olunan ilk kitab “Vankulu lüğəti” adlı ərəbcə-türkcə lüğət idi. İbrahim Mütəfərrikə 17 kitab nəşr etmişdi ki, bunun da çoxu tarix və coğrafiyaya aid idi. Qeyd edək ki, həmçinin o dövrün alimlərindən tərcümə qrupları təşkil edilmişdir. Onlar ərəb və fars dillərində olan bəzi qiymətli əsərləri türkcəyə çevirmişlər. Həmin illərdə təkcə İstanbul şəhərində 5 yeni kitabxana açılmışdır. Qəribədir ki, İstanbulda kitabxanaların yaradılması ilə bağlı təşəbbüslərin genişləndiyi bir zamanda Osmanlı İmperiyasının digər bölgələrində bu işdə xeyli geriləmə müşahidə olunmuşdur. Bununla belə, bu dövrdə Köprülüzadə Numan Paşa, Fazil Əhməd Paşa, Nuru Paşa, İsmayıl Haqqı, Hacı Əbdürrəhman Əfəndi, Şəhid Osman Paşa və başqaları Konya, Bursa kimi şəhərlərdə mədrəsə, came və məktəblərdə kitabxanalar təşkil etməyə nail olmuşdular.

I Sultan Mahmudun İstanbulda yaratdığı kitabxanalar arasında Ayasofiya kitabxanası istər memarlıq, istərsə də zəngin fondu və işçilərinin sayca coxluğu ilə fərqlənirdi.

I Sultan Mahmud İstanbuldakı ikinci ktabxanasını Fateh camesinin qiblə divarına bitişik inşa etdirmişdir. Bu kitabxananın açılış mərasimi çox təntənəli təşkil olunmuşdur. Onun işçilərinin sayı Ayasofiya kitabxanasına nisbətən az idi.

I Sultan Mahmud eyni zamanda 1753-1754-cü illərdə Qalatasaray məktəbində bir kitabxana təsis etmişdir. Qeyd edək ki, bu məktəb II Sultan Bayazid tərəfindən qurulmuş, müxtəlif dövrlərdə açılıb-bağlanmış, III Sultan Əhmədin hökmranlığı zamanı yenidən fəaliyyət göstərməyə başlamışdır.

I Sultan Mahmud İstanbuldan başqa Belqradda (1743) və Fəthül İslamda (1748) da kitabxana təsis etmişdir. Bəzi tarixi mənbələrdə Sultan Mehmet Fateh tərəfindən Topqapı Sarayında yaradılmış saray kitabxanası fondunun I Sultan Mahmud zamanında müxtəlif yollarla zənginləşdirildiyinə dair qeydlərə rast gəlinir. O dövrün məşhur şəxslərindən olan Rəvan valisi Əli Paşanın 171 əlyazması, eləcə də İbrahim Paşa, Osman Əfəndi və Hacı Bəşir ağanın Qarağacdakı xəzinə otaqlarında saxlanılan 130 əlyazması onların ölümlərindən sonra saray kitabxanasına gətirilmişdir.

Topqapı Sarayında saxlanılan bir sənəddən aydın olur ki, bəzi dövlət xadimləri dəI sultan Mahmuda qiymətli kitablar bağışlamışlar. III Sultan Osmandan sonra taxta çıxan III Sultan Mustafa hərb və idarəetmə sahəsində apardığı bəzi islahatlarla bərabər elm xadimlərini himayəı etməsi ilə də məşhur idi. III Mustafa Lalei camesinin yanında tikdirdiyi mədrəsəsində bir kitabxana yaratmış, saraydakı Bostançılar qışlasında kitabxana binası inşa etdirmişdir. Bu zaman həm Anadolu və Rumelidə bəzi mədrəsələrin nəzdində həm də müstəqil kitabxanalar təşkil edilirdi. XVIII əsrdə Osmanlı İmperiyasının baş vəziri İbrahim Paşa doğulduğu kəndin yerində Nevşehir şəhərini saldırmış, burada çoxlu came, məktəb, kitabxana inşa etdirmişdir. Bunlardan bəziləri isə öz tikilişi və dekorativ bəzəkləri ilə türk memarlığının ıən gözəl nümunələri kimi seçilirdi.

XIX əsrdə Osmanlı imperiyasının dövlət və elm xadimi olmuş, uzun illər nazir vəzifəsində işləmiş, bir sıra dəyərli əsərlər yazmış Cövdət Paşanın təsdiqlədiyinə görə, I Sultan Əbdülhəmid taxta çıxdıqdan bir neçə il sonra ata-babalarının yolu ilə gedərək adını yaşadacaq bir came tikdirmək istəmişdir. Lakin o, bunun üçün seçilən yerlərdə çoxlu sayda came olduğundan üçündə came olmayan bir böyük mədrəsə kompleksinin inşasına qərar vermişdir. Mədrəsənin təməli 1775-ci ilin oktyabrında sədri-əzəmin və Şeyxülislamın iştirakı ilı atılmışdı. Zəngin kitab fonduna malik kitabxanası olan bu mədrəsənin inşası 1780-ci ildə başa çatdırılmışdır. “Həmdiyyə” adlanan bu kitabxana digər hökmdar kitabxanalarınan nisbətən həm işçilərinin sayı, həm də fondunun zənginliyi baxımından xeyli kasıb olmuşdur. Sənədlərdə göstərilir ki, I Sultan Əbdülhəmidin özü kitabxanaya 1552 kitab vəqf etmiş, Lalə İsmayıl Əfəndi isə 50 əsər bağışlamışdır. “Qara Vəzir” deyilən Mehmet Paşa 1780-ci ilin aprelində öz vətəni Nevşeherin Ərəbsun kəndində böyük mədrəsə kompleksi tikdirmişdir. O, mədrəsənin dərsxanasına 350 kitab qoydurmuş, burada bir kitabxana da yaratmışdır. Bu dövrdə mədrəsəyə müxtəlif bölgələrdən kitablar da hədiyyə edilmişdir.

I Əbdülhəmiddən sonra taxta çıxan III sultan Səlimin və II Sultan Mahmudun səltənəti dövründə davam edən maarifçilik hərəkatı nəticəsində ya həmin bölgələrdə doğulub yaşamış, ya da bir müddət orada vəzifə tutmuş şəxslərdən Yusif ağa, Rodoslu Əhməd ağa, Yusif Ziya Paşa, Nəcib Paşa, Təkəlioğlu , Vahid Paşa, Kavalalı Mehmet Əli Paşa və başqalarının yaratdıqları kitabxanalar daha məşhur idi. Bundan başqa, Antalyada, Manisada, İzmirdə bu dövrdə müxtəlif kitabxanalar istifadəyə verilmişdir.

“Nuru Osmaniyyə” kitabxanası və “Murad Molla” kitabxanası dövrün ən məşhur və böyük kitabxanaları kimi şöhrət qazanmışlar.

İxtisas: Kitabxanaçılıq

Kurs: III

Fənn: Dünya kitabxanaları tarixi

Mövzu: Türkiyədə kitabxanaların növləri və tipləri (muhazire II)

Ədəbiyyat siyahısı:

1. Knyaz Aslan. Dünya kitabxanaları tarixi (I, II hissələr). Baki. 2010

2. Knyaz Aslan. Qədim və orta əsrlər dünya kitabxanaları.Dərs vəsaiti. Bakı. 2008

Müəllim: Məmmədova Xumar e-mail: xrmemmedova@mail.ru

PLAN:


  1. XX əsrin əvvəllərində Türkiyədə kitabxanaların təşəkkülü

  2. Türkiyədə kitabxanaların növləri

  3. Türkiyədə kitabxanaların tipləri


Yüklə 36,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin