Ədəbiyyat VIII sinif Gəncə şəhər İ. Məmmədov adına 27 nömrəli



Yüklə 45,79 Kb.
tarix12.09.2018
ölçüsü45,79 Kb.
#81246

https://upload.wikimedia.org/wikipedia/commons/e/ed/safavid_empire_1501_1722_ad.pnghttp://www.aznews.az/photos/1364035794_10_azerbaycan8.jpg

Ədəbiyyat

VIII sinif

Gəncə şəhər İ. Məmmədov adına 27 nömrəli

məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

Zenfira Müzəffər qızı Aslan

http://azerbaijan.travel/upload/image/pages-57.jpg

GƏNCƏ-2015
Standart: 1. 1. 2http://i.ytimg.com/vi/lhfrv_e-zk8/hqdefault.jpg

  1. 1. 5

  2. 2. 1

  3. 1. 2

  1. 1. 3

Mövzu: Ş. İ. Xətainin “Bahariyyə” şeirinin məzmunu.

Təlim nəticələri: 1. Bədii nümunəni ideya-məzmununa uyğun oxuyur.

2. Əsərdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.

3. Şifahi nitq bacarıqlarını nümayiş etdirir.

4. Mövzuya və problemə münasibət bildirir.

5. Təsviri xarakterli inşa yazır.

İnteqrasiya: Azərbaycan dili, biologiya, musiqi, tarix.

İş forması: Böyük qrup, kiçik qrup.

Üsul: Əqli hücum, söz assosiyaları, müzakirə.

Resurslar: Dərslik, internet, musiqi, lüğət, ağ kağızlar, marker.
Dərsin gedişi:

Motivasiya(problemin qoyuluşu):

M. Bağırzadənin ifasında “Elimizə bahar gəlir” mahnısından bir parça səsləndirirəm. https://www.youtube.com/watch?v=FJylvLqNbks

M: Mahnıda diqqətinizi daha çox cəlb edən söz hansıdır?

Ş: Bahar.



Tədqiqat sualı:

Şair ”Bahariyyə” şeirində baharın gəlişi ilə təbiətdə baş verən oyanmanı, füsunkarlığı əks etdirmək üçün hansı lövhələri təsvir etmişdir?

Tədqiqatın aparılması:

Şagirdlər :Hər tərəfin yaşıl dona bürünməsini.

Quşların cəh-cəh vurmasını.

Yaz yağışlarının yağmasını.

Çayların bulanıb daşmasını.

Köçəri quşların qayıtmasını.

Güllərin ətir saçmasını.

Arıların, cücülərin canlanmasını.
Şeiri hissələrə bölüb qruplara ifadəli oxuduram.
Hər qrupa ayrıca tədqiqat sualları paylayıram.

1. Qrup: Əsərdən yurdumuzun zəngin flora və fauna aləmindən xəbər verən nümunələr seçin.

2. Qrup: Mətndə hansı bədii təsvir və ifadə vasitələrindən istifadə olunmuşdur?
Mey bəslədi lalə hər vərəqdə,

Tutac kitab oxur təbəqdə.


Qum-qum der idi ağacda qumri,

Məst oldu bənövşə, içdi xəmri.


Quş beççələri ünü yuvadan,

Məktəb ünü tək gəlir həvadən.


Çinar əlini çü rəqsə açdı,

Gül xırda zərin şabaşa saçdı.


Yüz dürlü qəba geyib çəmənlər,

Ağ donunu geydi yasəmənlər.


Sünbül daramış saçın beşanə

Ənbər qoxusun qılır fəşanə.


Kəklik gülər idi dağda qah-qah,

Bayquşlar oxurdu “li məallah”.


3. Qrup: Verilmiş nümunələrdən dilimizin qədim leksikasına aid arxaik sözləri seçin, lüğətdən istifadə etməklə mənalarını izah edin.
Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü.


Boyandı zəmin həzar rəngə

Övraqi-şəcər də təngə-təngə.


Yüz dürlü qəba geyib çəmənlər,

Ağ donunu geydi yasəmənlər.


Ta çalmaya dan yeli tapançə

Üzünə niqabı örtdü qönçə.


Sayrar ağac üstə yüz sığırçın,

Ahəng tutar ona göyərçin.


Durna uçub ün çəkib havadə,

Gedər ünü qırx ağac ziyadə.


4. Qrup: Əsərdən xalqımızın həyatı, məişəti və etnoqrafik xüsusiyyətləri əks olunmuş beytləri seçin.
Məlumat mübadiləsi:

Qrup liderləri hazırladıqları iş vərəqlərini lövhəyə çıxaraq təqdimat edirlər.



Məlumatın müzakirəsi və təşkili:
Yönəldici sual: Bədii əsərdə təbiət lövhələrinin təsviri nə adlanır?

  1. Qrup: Peyzaj.

Durna uçuban həvaya düşdü,

Laçın aluban ovaya düşdü.

Turac kitab oxur təbəqdə.

Kəklik gülər idi dağda qah-qah,

Bayquşlar oxurdu “li məallah”.

Bağrıqaranın qarardı bağrı,

Şahbaz ona varanda doğru.
Neylufər açıldı suya girdi.

Ağ donunu geydi yasəmənlər.

Nərgiz oturar gözündə xabi.

Lalə oturar başında tacı.

Novruz gülünün açıq dəhanı.


Yönəldici sual: Bədii əsərdə bədii təsvir və ifadə vasitələri nə məqsədlə işlədilir?


  1. Qrup: Əsəri daha canlı, təsirli, ifadəli və mənanı gücləndirmək üçün.

Əsərdə şair metafora, təşbeh, inversiya və alliterasiyadan məharətlə istifadə etmişdir.

Yönəldici sual: Arxaizmlər hansı sözlərə deyilir?

  1. Qrup: Köhnələrək ümumişləkliyini itirmiş qədim türk sözlərinə.

Əsərdə ün-səs, təngə-təngə-pul-pul, tapançə-sillə, qamusu-hamısı, dürlü

əlvan, sayramaq-oxumaq kimi arxaik sözlər işlənmişdir.


Yönəldici sual: Xalqın etnoqrafiyası deyəndə nə başa düşürsünüz?

4.Qrup: Xalqın qədim adət-ənənələri və məşğuliyyəti.

Daylar tülədi buraxdı yalı,

Kişnər çalağan qulun misalı.

Quzladı qoyun, töküldü döllər,

Yaylaq havasını qıldı ellər.

Bu misralarda xalqımızın qədim çöl-tərəkəmə, yaylaq həyatı, atçılıq və qoyunçuluq kimi etnoqrafik xüsusiyətləri öz əksini tapmışdır.


Nəticə və ümimləşdirmə:

Sual: Şairin belə gözəl “Bahariyyə” yaratmasını doğuran səbəblər hansılardır?

Şagird: 1. Gözəlliyi dərindən duyan incə zövq sahibi olması.

2. Şairin dogma yurda sonsuz məhəbbəti

3. Baharın gətirdiyi gözəlliyin şairdə xoş duygular oyatması

4. Şairin ana dilini sevməsi və onun incəliklərinə dərindən bələd olması

5. Şairin xalqin məişətinə, adət - ənənələrinə, yaşayış tərzinə yaxından bələd olması.

6. Sənətkarın həyata, gələcəyə nikbin baxışı.


M: Deməli, siz belə nəticəyə gəlirsiniz ki, baharın insanda doğurduğu fərəh, sevinc hissi gözəlliyə qovuşan təbiətlə həmahəngləşir. İnsanla təbiət vəhdətdə verilir.
Sizcə gözəllik aşiqi olan Xətainin tariximiz və dilimiz qarşısında hansı xidmətləri vardır?

Şagirdlər:

  1. İlk müstəqil Azərbaycan Səfəvi dövlətini yaratmışdır.

  2. İlk dəfə Azərbaycan türkcəsini dövlət dili elan etmişdir.

  3. Xalqı və Azərbaycan torpaqlarını bir bayraq altında birləşdirmişdir.

  4. Ana dilimizdə heca vəznində olan gözəl bədii nümunələr yaratmışdır.

Yaradıcı tətbiq etmə və ev tapşırığı:

  1. Bahar təəssüratlarınızdan doğan bir inşa yazın.

  2. Cəfər Cabbarlının “Bahar” şeirini öyrənin.

  3. Bahar fəslinə aid illustriasiyalar çəkin.


Qiymətləndirmə (Refleksiya):


Qrup

Meyar

I

II

III

IV

Ifadəli oxuyur














Məcazları müəyyənləşdirir













Şifahi nitq nümayiş etdirir













Münasibət bildirir













İnşa yazır













Əməkdaşlıq edir
















Yüklə 45,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin