Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Cökə – Липа – Tilia cordata Mill



Yüklə 9,53 Mb.
səhifə300/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   296   297   298   299   300   301   302   303   ...   386
Cökə – Липа – Tilia cordata Mill. Cökə (Tiliaceae) fəsiləsinə aid yabanı halda bitən 25 m-ə qədər hündürlükdə ağacdır. 50 növ kol və ağacdan Azərbaycanda yetişəni, əsasən Qafqaz cökəsi adlanır. Cökə ağacının 300-400 il ömrü olur. Uzun­saplaqlı yaşıl yarpaqları və xoşagələn ətirli, sarı-qonur rəngli çiçəkləri vardır. Cökə çiçəkləri tam açıldıqda toplanır və kölgədə qurudulur. Cökənin çiçəklərində 0,1-0,3% xoşagələn efir yağı, onun da tərkibində farnezol (C15H26O) maddəsi vardır. Likör-araq sənayesində istifadə edilir. Cökə çiçəklərində gesperidin (C28H50O15) və tiliasin tipli flavon qlükozidləri, aşı maddələri, karotin və C vitamini, saponin, üzvi turşular və s. maddələr, toxum ləpəsində isə 58% yağ var.

Cökə ağacının yarpaqlarında bakterisid xassəli maddələr də vardır. Cökə çiçəklərindən soyuqdəymədə tərlədici və həra­rətsalıcı kimi, eyni zamanda, tənəffüs yollarının iltihabı, mədə-bağırsaq xəstəliklərində çay kimi dəmlənib istifadə edilir. Cökə yarpaqlarında 131,5 mq%, çiçəyində isə 31,6 mq% C vitamini vardır. Yaz vaxtı təzə cökə yarpaqlarından cökə dolması bişirilir. Cökə çiçəkləri çay əvəzedicisi kimi də istifadə edilir.

Cökə ən yaxşı bal verən bitkidir. 1 ha cökə meşəsindən arılar 1,5 t bal hasil edə bilir. Dadına və müalicəvi əhəmiy­yətinə görə cökə balı hələ qədimdən ən yaxşı bal hesab edilir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin