ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə45/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   41   42   43   44   45   46   47   48   ...   105
AXC MR bölgəsi

Müsavatın Bərpa Mərkəzi

Naxçıvan Şöbəsi

Xalq Azadlıq Partiyası

Naxçıvan bölgəsi

Milli Demokrat Partiyası

Azərbaycan Kəndli Partiyası

Naxçıvan MR Şurası
Güney qəzeti, 1992, 28 noyabr, 4, s. 2

NaxÇıvan niyƏ mühasirƏdƏdir?
Naxçıvan niyə mühasirədədir? Bu cümləyə gözü sataşan oxucu həmin dəqiqə təəccüblə «məgər müəllif bilmir ki, 5 ilə yaxındır ki, ermənilərlə müharibə şəraitindəyik?” - deyə xəbər alacaq.

Əlbəttə, müəllifin Naxçıvanı Azərbaycanla bağlayan şosse yollarının, dəmir yolunun, qaz, elektrik, telefon xətlərinin Er­mə­nistandan keçdiyindən xəbəri var. Hətta onu da bilir ki, ora sonuncu avtomobillər 1989-cu il aprelin 24-də gedib.

Amma oxucuya onu xatırlatmaq istəyir ki, Muxtar Respublikanın blokadaya düşməsinin günahkarları kimdir və vəziyyətdən necə çıxmaq olar? Onu da xatırlatmaq istəyir ki, 80-ci illərin orta­larında Ordubad rayonundakı M.F.Axundov adına kolxozun ərazi­sinin bir hissəsi rəhbərlərimizin qorxaqlığından və vəzifə hərisliyindən Ermənistana verilməsəydi, Xorxard yüksəkliyi bizim döyüşçülərin əlində olardı. Xorxard yeganə yüksəklikdir ki, oradan atılan mərmilər Ordubad şəhərini dağıdır.

Neçə dinc sakin evindəcə həlak olub. Həmin ərazini səxavətlə paylayanlar isə hələ də vicdan əzabı çəkmədən yaşayır və xidməti maşınlarından, yüksək vəzifədən istifadə edirdər.

Muxtar Respublikanın bu gün belə çıxılmaz vəziyyətə düşmə­si­nin əsası isə 1929-cu ildə qoyulub.

...1921-ci ilin martında Moskvada, oktyabrında isə Qarsda Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və RSFSR-in imzaladıqları beynəlxalq müqaviləyə əsasən, Zaqafqaziya respublikalarının bir-birilə, eləcə də Türkiyə ilə sərhədləri müəyyənləşdirilib. Qars müqaviləsini Türkiyə tərəfindən Kazım Qarabəkir Paşa, Vəli əy, Muxtar bəy, Azərbaycan tərəfindən Behbud bəy Şahtaxtlı, Azərbaycan SSR MİK sədri Muxtar Hacıyev, Ermənistan tərəfdən Xarici İşlər Komissarı Əsginaz Muravyan, Daxili İşlər Komissarı Poqos Makinziyan, Gürcüstan tərəfdən Hərbi və Dəniz İşləri Komissarı Şalva Elava və RSFSR tərəfdən respublikanın Latviyadakı səlahiyyətli səfiri Y.S.Qanaçvski imzalamışdılar. Həmin müqaviləyə əsasən Naxçıvanın Türkiyə ilə 11 kilometr, İranla isə 176 kilometr uzunluğunda sərhədi vardı.

Lakin bolşeviklər hakimiyyətlərini möhkəmlətdikcə beynəl­xalq müqavilələri saya salmamağa başladılar. Zaqafqaziya Mər­kəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1929-cu il fevralın 18-də keçirilən iclasının 3 nömrəli protokolunda Azərbaycanın bir sıra sərhəd bölgələrinin qonşu dövlətlərə verildiyi bil­dirildi.Həmin protokolda göstərilirdi ki, Naxçıvanın 9 kəndi - Karçevan, Qurtqulaq, Qorodiz, Oğbin, Ağxac, İtqıran, Sultanbəy və Azərbaycanın Cəbrayıl qəzasının (indiki Zəngilan rayonunun) Nüvədi, Eynadzor, Tuqut kəndləri əraziləri ilə birlikdə Ermə­nistana verilir. Beləliklə, Naxçıvanın qərbində 455,5 desyatin, şərqində isə 522 desyatin ərazi Ermənistana verildi. Bu da Naxçı­vanı Azərbaycandan ayıran 9-11 kilometrlik Meğri dəhli­zinin 42 kilometrə çatdırılması demək idi.

Protokol yuxarılarda imzalansa da, uzun illər xalqın təzyiqi ilə aşağılarda həyata keçirilə bilmədi. 1937-ci il repres­siyasından sonra nəinki qərar həyata keçirildi, hətta 1938-ci il mayın 5-də Azərbaycan MİK işçiləri Qadakçayın və İsaxanyanın imzaladığı protokolla Naxçıvanın qərbindəki — Sədərəklə Kərki arasındakı ərazi də Ermənistana verildi.

Torpaq bağışlama mərasimləri 1969-cu, 1985-ci illərdə də davam etdirilib. 1990-cı ildən sonra isə Ermənistan Naxçıvanın ərazilərini silahlı müdaxilə ilə işğal etdi.

Beynəlaxlq müqavilələr hüququ haqqında 1969-cu il Vyana kon­vensiyasının 26-cı maddəsinə görə, qüvvədə olan hər bir müqavilə onun iştirakçıları üçün məcburidir və müqaviləyə imza atan dövlətlər onu vicdanla yerinə yetirməlidir.

Köhnə rejimin tərəfdarı olan Azərbaycan rəhbərləri vəzi­fələrini itirməmək xatirinə beynəlxalq müqaviləni yada sal­mırdılar. Xalq Nərəkatının təsiri ilə iqtidara gələnlər, görə­sən niyə gözləmə mövqeyi tutur, Qars müqaviləsinə imza atmış döv­lətləri «dəyirmi stol»a dəvət etmir? Beş dövlətin iştirakı ilə keçirilən danışıqlarda beynəlxalq müqavilənin şərtlərinə əməl edilməsinə nəzarət edən komissiya yaradılarsa, Naxçıvan blokadadan çıxar.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin