ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə47/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   43   44   45   46   47   48   49   50   ...   105
«Azadlıq» qəzeti,1992, 31 dekabr, 127 (227)

NAXÇIVANDA İRAN NÜMAYƏNDƏLİYİ
Repressiya illəri adlandırdığımız 30-cu illərdə yalnız ayrı-ayrı adamlar deyil, bəzən idarə və təşkilatlar da təqiblərə məruz qalırdı. Belə təşkilatlardan biri də Nax­çı­van­dakı İran konsulluğu oldu. Azərbay­can öz müstəqilliyini elan edəndən sonra ilk dəfə Bakıda İran İslam Respublikasının konsul­luğu səfirliyə çevrildi. Təbrizdə Azər­baycanın, Naxçıvanda İranın konsulluğu açıl­ması haqqında söhbətlər genişləndi. Hələ­lik bunlar reallaşmayıb. Amma Nax­çıvan şəhərində İran İslam Respubli­kası Qərbi Azərbaycan ostanının nümayəndəliyi fəaliyyət göstərir. Bu təşkilat Qərbi Azərbaycan ostanının nümayəndəliyi adlansa da əslində daha böyük səlahiyyətlərə malik­dir. Məsələləri bir başa Tehranla həll edə bilir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə belə bir nümayəndəliyin açılmasını rəsmiləşdirməyib. Nümayəndəlik nə vaxtdan fəaliyyət göstərir? Hansı missiyanı həyata keçirir, gələcəkdə nə kimi işlər görəcək? — suallarına cavab almaq və oxucuda nümayəndəliyin fəaliyyəti haqqında aydın təsəvvür yaratmaq üçün müxbirimizin İran İslam Respublikasının Qərbi Azər­baycan ostanının Naxçıvandakı nümayəndəsi Həbib Ağa Berincidən aldığı müsahibəni çap edirik.
Həbib Ağa Sizi ilk dəfə Qərbi Azərbaycandan Naxçıvana idman yarışları təşkil etməyə gəlmiş nümayəndə heyətinin tərkibində görmüşük. Bir neçə ay sonra isə Qərbi Azərbaycanın Naxçıvandakı nümayəndəliyinin rəhbəri kimi işə başladınız. Oxucularımıza aydın olsun deyə, xahiş edirəm, Naxçıvanda nə vaxtdan rəsmi fəaliyyətə başladığınızı deyəsiniz?

— Bisimillahirəhmanirrəhim. Keçən ilin martından ermənilər Sədərəyə (ermənilər Sədərəyə mayın 01-də basqın ediblər — red.) basqın edib kəndin kənarındakı yüksəkliyi tutandan sonra camaat məcbur qaldı Velidağ tərəfə, daha təhlükəsiz yerə çəkilsin. O zaman bizim fəaliyyətimiz genişləndi.

Nümayəndəliyinizin neçə işçisi var?

Hələlik cəmi 7 nəfərik. Onlardan 4 nəfəri əsasən Sədərək hüdudunda — Velidağ ətəyindəki kənddə işləyir. Orada may ayında 880 ədəd çadır qurmuşuq ki, Sədərəkdən qaçanların bir hissəsi sığınsın. Qaçqınlara ərzağı da İrandan gətiririk. Gətirdiyimiz ərzaqları öz adamlarımız paylayır. İndiyədək qənd, çay, yağ, düyü, noxud, lobya və başqa ərzaq məhsulları və eləcə də odeyal, 560 ədəd su qabı və başqa məişət əşyası və geyim paylamışıq. Südəmər uşaqları da unutmamışıq. Onlara da quru süd və beledin veririk.

Velidağın ətəyindəki kempdə nümayəndələrimizdən biri qaçqınların tələbatını öyrənir. Göndərdiyimiz məhsulları tələbata uyğun paylayır. İki nəfər Qırmızı Ayın nümayəndəsidir ki, onlar da xəstələrə, yaralılara baxırlar. Biri həkimdir, biri də həkim yardımçısı. Bir də bir ambulansımız var. Ağır xəstələri Şərur, Naxçıvan xəstəxanalara gətirir.

Naxçıvan şəhərində isə üç nəfərik. Biz də Muxtar Respublikanın müxtəlif şəhər və kəndlərinə dağılmış qaçqınlara, əlsiz-ayaqsızlara, kimsəsizlərə əl tuturuq. Naxçıvan ilə İran arasındakı əlaqələrə vasitəçilik edirik. Bu əsasən iqtisadi əlaqələrdir.

Həbib ağa, Naxçıvan blokadada olduğundan yüklərin bir çoxu Astaradan və Xudafərindən İran İslam Respublikasına keçir. Yəni İran ərazisindən yüklərimiz və sərnişinlərimiz daşınır. Kolxoz və sovxozlarımızda əkilən şəkər çuğunduru sizin fabriklərə göndərilir. Hər həftə Naxçıvandan İrana 1000-1200 adam müxtəlif iş üçün gedir. Təəssüf ki sizin nümayəndəlik kimi bizim nə Təbrizdə, nə də Ərdəbildə, nə də Urmiyədə nümayəndəliyimiz var. Bu nümayəndəliklər qarşılıqlı olsa, daha faydalı işləməzmi?

— Sizin Tehranda səfirliyiniz dünən açılıb. Dünənədək İrandan Azərbaycana gəlmək istəyənlər Rusiyanın səfirliyinə müraciət edib viza almaq məcburiyyətində idilər.

Biz siyasi və diplomatik əlaqələrdə sizdən həmişə irəli olmuşuq. Dala qalmamışıq. Bu sualı mənə yox Azərbaycan Respublikasının Xarici İşlər nazirinə versəniz, daha yaxşı olar. Mən də istərdim, Azərbaycan Respublikasının Ərdəbildə, Təbrizdə, Urmiyədə konsulluğu, Astarada, Culfada, Polşada nümayəndəliyi olsun. Konsulluqlar və nümayəndəliklər nə qədər çox olsa, iqtisadi və mədəni əlaqələrimiz də bir o qədər çox olar.
P.S. Bu günlərdə Naxçıvan şəhərində Şərqi Azərbaycan ostanının da nümayəndəliyi açılıb. Görəsən, bu, Həbib ağa Berincinin dediyi kimi, İran İslam Respub­li­kasının siyasət və diplomatiyasının Azərbaycan Respubli­ka­sından qabaqda olmasının nəticəsidir, yoxsa?..


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin