ƏLİ ŞAMİL Çildirli аşiq irfani


Çıldır əyalətinin Rusiya tərəfindən işğalı



Yüklə 0,78 Mb.
səhifə7/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   2   3   4   5   6   7   8   9   10   ...   64
2.2. Çıldır əyalətinin Rusiya tərəfindən işğalı
İnzibatı vahid kimi Çıldır əyalətinin adı 200 ildən çoxdur ki, rəs­mən ləğv edilib. Lakin onu insanların yaddaşından silmək müm­kün olmayıb. Necə ki, Göyçə, Borçalı, Zəngəzur, Dərə­lə­yəz, Dərəçiçək, Ağbaba və s. inzibati vahidlər olmasa belə insan­lar göyçəliyəm, borçalıyam, zəngəzurluyam, dərələyəzdiyəm, də­rə­çiçəkliyəm, ağbabalıyam və s. dedikləri kimi, özünü çıldırlı ki­mi təqdim edənlər, çıldırlı olması ilə qürur duyanlar da var.

Çıldırın bir parçası olan Axısqa isə inzibati vahid kimi yox ol­sa da ictimai-siyasi, rəsmi sənədlərdə onun adı hələ də keçir. Çıl­dır və Axısqa inzibatı ərazi vahidlərinin sıradan çıxmasına sə­bəb Rusiyanın Qafqazı işgalı və bölgədə yeritdiyi assimlə si­ya­səti olmuşdur.

Osmanlı Dövləti gücdən düşdükcə bölgədə nəinki söz sa­hib­li­yini, hətta ərazilərini də itirirdi. Rusiya isə Kırımı, Balkanları, Qafqazı işğal etməklə kifayətlənmir, İstanbulu tutaraq Ağ Dənizə çıxmağa can atırdı. 1826-cı ildə yeni islahatlar aparan, nizami ordu yaradan İkinci Mahmud 400 ilə yaxın Osmanlı dövlətində apa­rıcı güc olan yeniçər əsgəri birliklərini ləğv etməyə çalışır. Bu zaman qarşıdurmada minlərlə döyüşçü öldürülür. Bu da öl­kə­nin müdafiə qüdrətinin zəifləməsinə səbəb olur.

1829-cu il savaşında Ərzurumadək irəliləyən Rus Ordusu Axıs­qa, Ardahan, Kars, Çıldır ve Doğu Beyaziti tutur. Edirne an­laş­masıyla (14.09.1829) Ardahan Osmanlıya, Çıldır Rusiyaya qa­lır. Beləliklə İkinci Mahmud dönəmində Osmanlı savaşda ye­ni­lincə Axısqa Ruslara təzminat olarak verilmiş olur.

Tekin Taştemir isə “Ahıskanın Osmanlı devleti zamanında Çıl­dır eyaletinin başkenti ve önemli bir kültür ve ticaret merkezi” olduğunu, 1828-ci il Rus işğalı ərəfəsində şəhərin əhalisinin 50 min nəfəri keçdiyini yazır (Taştemir 2005:33-34).



Rusiya işğal etdiyi ərazilərdə mövqeyini möhkəmlətmək üçün müstəmləkəçilərdən narazı olan müsəlmanları ata-baba yurd­­la­rın­dan köçməyə və onların yerinə Osmanlı Dövlətindən gə­ti­rilmiş xristianları yerləşdirməyə başlayar. Bu köçlərin bir qismi iki dövlət arasında bağlanmış müqavilə ilə tənzimlənirdisə, bir qis­mini də icazəsiz köçlər, Rusiyadan gizli qaçmalar təşkil edirdi.

Rusiyanın Çıldır Əyalətinə işğalçı yürüşü bölgənin türk-is­lam mədəniyyətinə ağır zərbə vurur. Bölgənin sərvəti Peterburqa daşı­nır. Ruslar xristian olmalarına baxmayaraq islam dininə dair ki­tab­lara da tamah salırlar. Rus generalı N. N. Muravyovun rəh­bər­liyi ilə Axısqa mədrəsəsinin kitabxanası müsadirə edilir. Prof. Dr. Asif Hacılı yazır ki, həmin vaxt rus ordusunda tər­cü­mə­çi olan Abbas­qulu ağa Bakıxanov kitabxanada 300-dən çox əsər ol­duğunu yazır. O, bu əsərlərdən daha dəyərlilərini, yəni St. Pe­ter­burqa göndəri­lə­cəklərinin siyahısını tutur. 148 nömrə altında qeyd edilən siyahıdan 153 cild kitab, iki nadir Quranı- Kərimi seçib və onların həm ərəb, həm də rus dillərində 14 səhifəlik təs­vi­rini veribdir. Abbasqulu ağa Bakıxanov qrammatika, ritorika, söz sənəti, riyaziyyat, astrono­mi­ya, fəlsəfə, ilahiyyat, hüquq, əd­liyyə və başqa sahələrə aid bu nadir əsərlərin Rusiyada yara­dıla­caq Asiya Tədris Müəssisəsi üçün çox gərəkli olacağını xüsusi olaraq qeyd edib. (Hacılı Asif, 2014:6).

Rus əsgər və zabitlərinin qəddarlığını qəbul etməyən əha­li­nin bir qismi Osmanlının daha güvənli bölgələrinə köçüb. Bir çox məscidlər, mədrəsələr məhv edilib, bağlanıb, zəngin kitab­xa­na­lar müsadirə edilib, dindarlar təqib olunub, əhalini xristian­laş­dır­mağa cəhdlər edilib.

Beləcə 1829-cu ildə Çıldır Əyaləti ləğv edilərək bir hissəsi iş­ğalçı Rusiyanın tərkibinə qatılıb, bir hissəsi isə Osmanlı döv­lə­tin­də qalıb. Bu bölgü də bölgəyə dinclik, əminamanlıq gə­tir­mə­yib. Ondan sonrakı yüzildə bölgə dörd dəfə savaş meydanına çevrilib. 1879-cu il fevralın 8-də İstanbulda bağlanmış an­laş­ma­da Qaf­qaz­dan müsəlmanların kütləvi köçü rəsmiləşdirilir. 1879-cu ildən 1881-ci ilədək 82 min nəfər Osmanlı dövlətinin iç böl­gə­lərinə kö­çü­rü­lür. Hökumət bu qədər insanı yerləşdirmək gü­cü­nə malik ol­madığından Kars konsulluğuna Mehmet Asim bəyi gön­dərir. İmam­lar və müftilər də köçün durdurulması yönündə təbliğat apa­rırlar. Bu köçün qarşısını tam almasa da səngitmiş olur.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin