ƏLİ ŞAMİL Çildirli аşiq irfani


Rusiyanın Axısqada türk izini silmək cəhdi



Yüklə 0,78 Mb.
səhifə8/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   4   5   6   7   8   9   10   11   ...   64
2.3. Rusiyanın Axısqada türk izini silmək cəhdi
Rusiya əsarətində qalan müsəlmanların çoxu Osmanlının ye­ni­dən bölgəni ələ alacağını, tarixi ədaləti bərpa edəcəyini səbir­siz­lik­lə gözləyirdilər. Bunu Rusiyanın hakim dairələri, dövlət qulluq­çu­ları da yaxşı bilirdilər. Ona görə də Rusiya bölgədə mü­səl­manların sayını azaltmaq, boşalmış ərazilərə erməniləri yer­ləş­dirmək siya­sə­ti yeridirdi. Bölgəyə Osmanlı Dövlətindən ki­tab­lar, qəzet-jurnallar gətirilməsi üzərində ciddi senzor nəzarəti qoymuşdu. Osmanlı Döv­lətinə gedib-gələn, ora ilə hər hansı bir əla­qəsi olan müsəl­manlar gizli izlənilirdi. Rusiya həm də yerli xalq­lardan böyük casus şəbəkəsi yaratmışdı. Casuslar nəinki Rusiya ərazisində, hətta Osmanlı Dövlətinin sərhəd bölgələrində də ciddi iş aparırdılar.

Lakin onların bölgədə möhkəmlənmək cəhdi boşa çıxırdı. Rus orduları Ərzurumadək hücum edib Doğu Anadolunun bir qis­mini işğal etsə də insanların qəlbinə yol tapıb bölgədə möh­kəm­lənə bilmirdi. Uzun müddət Kars və çevrəsi Rusiya işğalı altın­da qalsa da orada yaşayan Aşıq Şenliyə Rusiyanı təriflətmək müm­kün olmamışdı. O, qalib Rusiyanı deyil savaşda məğlub ol­muş Osmanlı dövlətini belə tərənnüm etmişdi:

Qurşannıq qılıcı, geyinnik donu,

Qovğa buludları sarır hər yanı.

Doğdu qoç iyidin şan almaq günü,

Can sağ ikən yurd vermərik düşmana!

Əsgər olan bölük-bölük bölünür,

Sandınızmı Kars qalası alınır,

Boz atlar üstündə qılınc çalınır,

Can sağ ikən yurd vermərik düşmana.


Hələ Alosmanın görməmiş zorun,

Din qeyrəti olan tədarük görün,

At təpin, baş kəsin, kazağı qırın,

Can sağ ikən yurd vermərik düşmana.


Şenlik, nə durursan atlara minin,

Sıyra qılınc düşman üstünə dönün,

Artacaqdır şanı bu Alosmanın,

Can sağ ikən yurd vermərik düşmana.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin