Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00



Yüklə 9,67 Mb.
səhifə27/33
tarix01.01.2022
ölçüsü9,67 Mb.
#105423
1   ...   23   24   25   26   27   28   29   30   ...   33
(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2010-ci il noyabrın 25-də efirdə səsləndirilmiş verlişin redaktə edilmiş mətni (www.trtazerbaycan.com)

 



AZADLIQ UĞRUNDA ŞƏHİD OLMUŞ ALTAY PƏLƏNGİ-OSMAN BATUR

Bu günkü Çin Xalq Res­pu-b­likasında milli azlıq olaraq ta­nınan və milli haqları uğ­run­da mübarizə aparan man­cur­ların dilini Ural-Altay dil qru­pu­nun Altay qoluna daxil edir­lər. Hazırkı Rusiya Fede­ra­siyasında yaşayan mancurlar isə tunquz adlandırılırlar. Bu ki­çik xalq 1644-1912-ci illərdə Çin imperiyasını idarə et­məklə qalmayıb, hətta Çin səddindən kənarda Doğu Türküstanda olan türk xalqlarını da əsarətləri altına almışdır. Ha­kimiyyətdə olan mancurlar çinləşmiş, Çin dövlətinin mə­na­feyini qorumuşlar. Onlar 1850-ci illərdə Doğu Türküstanı və Cunqariyanı işğal edərək oranı Sintszyan, yəni yeni xətt, ye­ni sərhəd adlandırmışlar. Hakimiyyətə qarşı bölgədə yaşa­yan xalqların dəfələrlə üsyanı olmuşdur.

1905-ci ildə Sun Yat Sen Mancur sülaləsinin devrilməsini, res­pub­lika qurulmasını, torpaqların bərabər bölüşdürülməsini qar­şıya məqsəd qoyan inqilabi Tunmenxoy partiyasını yara­dır. 1912-ci ildə Çində mancurlar sülaləsinin hakimiyyətinə son qoyulub respublika elan edilsə də, əsarətdə olan xalqlar azadlıq­larına qovuşa bilmirlər. Tunmenxoyla Qomindan partiyası birləşir. Qubernator Yan Sizen Sin Sintszyanda hərbi diktatura yaradır. 1927-ci ildə Quançjoyda üsyan baş qaldırır. Bundan istifadə edən Sovet hökuməti “dünya sosialist inqilabına kömək” adı altında bölgəni ələ keçirməyə cəhd edir.

1928-ci ildə Yan Sizen Cini Çin militaristi Şen Şitsay əvəz edir. Lakin bu da bölgədə sabitlik yaratmır. 1933-cü ilin noyabrın 12-də ayağa qalxmış xalq Doğu Türküstan İslam Cümhuriyyəti qurduğunu elan etsə də, bu hökumətin ömrü uzun olmur.

Vəziyyətdən çıxmaq üçün 1933-cü ildə Şen Şitsay başda olmaqla əyalət hökuməti SSRİ ilə mədəni və ticarət əlaqəsi yaradılması haqqında müqavilə bağlayır. Əslində bu müqavilə əyalətin şərikli idarə olunmasında SSRİ-nin iştirakını təmin etmiş olur. SSRİ xüsusi xidmət orqanlarının və hərbi hissələrinin əməkdaşları qısa bir zamanda bölgədə 60 min nəfərə yaxın insanı məhv edir. Buranı da Sovetlərdə olduğu kimi idarə etməyə çalışırlar. Dinə, imkanlı adamlara qarşı sərt tədbirlər görürlər. Bu da xalq kütlələrinin haqlı etirazına səbəb olur.

Osman Batur uzaq keçmişin adamı deyil. Onu görənlər, yaxından tanıyanlar hələ də var. Haqqında keçmiş dövr qəhrəmanları kimi bəlağətlə danışırlar. Yazılarda da bu üslub hakimdir. Həqiqətlə sevgidən doğan tərənnümü biri birindən seçmək o qədər də asan olmur. Bizə inandırıcı görünməyən hadisələri şahidlər gördüklərini və mötəbər insanlardan eşitdiklərini təkidlə bildirirlər. Söylədiklərinə görə, Osman Batur 10 yaşında at minməkdə, ov etməkdə mahir olub. 12 yaşında Böke Baturun partizan dəstəsinə qoşularaq ondan döyüş sənətinin sirlərini öyrənib. Böke Baturun ona: “Mə­nim sənə verə biləcəyim başqa bir şey qalmadı. Mə­nim işim bitdi. Artıq mənə ehtiyacın olmayacaq. Fəqət millə­ti­mi­zin sənə ehtiyacı var... Kafirlərin sayı Təkləməkan çölün­dəki qum dənələri qədər olsa belə bir gün biz yenə on­ları çöllərin o biri tərəfinə atacağıq - vəsiyyəti, eləcə də çinlilərin təyyarəsini kəməndlə yerə salması haqqında xatirələr və məqalələr dastanları yada salır.

Onun hünəri ilə yalnız doğulub boya-başa çatdığı bölgədə yaşayanlar deyil, Türk Dünyasının vətənsevərləri, dünyanın cəngavərlik eşqi ilə yaşayan gəncləri də qürur duyurlar.

Adı Osman, Ospan, atasının adı isə İslam, Silam kimi yazılan vətənsevər cəngavər 1889-cu ildə Altay vilayətinin Öndiqara bölgəsinin Göytoğay qışlağında ortabab kəndli ailəsində doğulub. Uşaqların doğum günü o dövrdə adətən ya məscidlərdə qeydə alınırdı, ya da ailədəki qiymətli və ya müqəddəs kitabların titul səhifələrindəki, səhifə kənarındakı boş yerlərə yazılırdı.

Osman Baturun atası kəndin din adamı olsa da, oğlunun doğulduğu gün və ay haqqında bilgiyə rast gəlinmir. Nəsli haqqında yazanlar isə qeyd edirlər ki, Osman İslam oğlu Altay bölgəsində yaşayan qazaxların Orta juzunun (cüz) Molki tirəsindəndir.

Qazaxlar bu gün toplu halda Qazaxıstan Respublikası ilə yanaşı, Qırğızıstanda, Özbəkistanda, Rusiya Federasiyasında, Çin Xalq Respublikasında və b. ölkələrdə yaşayırlar. Bu gün onların fərqli-fərqli ölkələrdə yaşaması təəccüblü görünə bilər. Əslində isə o yerlər vaxtilə Türküstan adlanırdı. Qazax ailələrinə də Türküstanın hər yerində rast gəlmək olurdu.

Altay bölgəsi 19-cu yüzildə Rusiya ilə Çin arasında bö­lün­düyündən Osman İslam oğlunun ailəsi Çinin işğal dairə­sin­də yaşamalı olmuşdur. İslam və Ayça xanımın nikahından Os­man və Delixan doğulur. Osman kiçik yaşlarında baba­sın­dan Quran oxumağı, şəriəti öyrənsə də, ömrünü yaylaqda və qışlaqda heyvan bəsləməyə həsr etmişdir.






Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin