İslam fəlsəfəsinin ümumi tədrisinin zəruriliyi
Digər məsələ zamandan geri qalmamaqdır. İndi dünyada tez-tez yeni düşüncələr meydana çıxır, siyasi və iqtisadi cəhətdən hakim qüvvələrlə əlaqəsinin miqdarına uyğun olaraq yayılır. Bunun oyan-buyanı yoxdur. Qərbdən baş qaldırmış fəlsəfi nəzəriyyələri - bəzi hissələr ümumiyyətlə, fəlsəfə deyil və ona fəlsəfə adı qoymaq səhvdir, bəzi hissələr isə fəlsəfədir, həm də bəzi sözləri dəqiq və düzgündür – digər cəmiyyətlərdə israrla yayırlar. İstəyirlər ki, fəlsəfə deyəndə ancaq Kantın, Hegelin, Dekartın, Spinozanın və digərlərinin fəlsəfəsi yada düşsün, öz fəlsəfələri əsla yadlarına düşməsin.
Mən sizdən soruşuram: İran xalqının elmi-mədəni inkişafının düşmənləri bu işdə müvəffəq olublar, yoxsa yox? Cavab budur: Bəli, təəssüf ki, böyük həddə müvəffəq olublar. İndi siz universitetə gedin və Ədəbiyyat institutunun Fəlsəfə departamentindən nəyi tədris etdiklərini soruşun. Görün Məşair, Əsfar, Mənzumənin şərhi, Şəvahid ər-rübubiyyə və digər bu kimi kitabları tədris edirlər? Əsla! Bunların adlarını da eşitməyiblər. Hegelin və Kantın kitablarını isə tədris edirlər. Biz indi bu işin qarşısını almaq şəraitində deyilik. Əlbəttə, əgər bir zaman bu məmləkətdə qayğıkeş və müdrik şəxslər olsaydılar və universitetlərdə çalışan xainlər imkan versəydilər, bir yolla bunu nəzarətə götürərdilər, amma bu işi görməyiblər. Biz bu gün bu işin qarşısını almırıq; nə istəyirlər gəlib desinlər.
Biz öz fəlsəfə və kəlamımızı öyrənməli və yaymalıyıq. Bunlar iki şeydir. Kimsə düşünməsin ki, biz kəlamı öyrənirik, daha fəlsəfə nədir? Xeyr, kəlam bir yerdə problemi həll edir, amma Qərb fəlsəfələri ilə güc sınamaq və savaşmaq gərəkdiyində fəlsəfə lazımdır.581
Dostları ilə paylaş: |