Hövzədə gələcəyə baxışın zəruriliyi
Hövzənin həm müdirləri, həm Ali Şurası, həm böyük alimləri, həm böyük təqlid müctəhidləri bilməlidirlər ki, biz iyirmi ildən sonrakı Qum, İsfahan, Məşhəd, yaxud digər şəhərlərin hövzələri barədə bu gün düşünməliyik. Otuz ildən sonrakı hövzələr barədə düşünməliyik. Otuz ildən sonra nə deməkdir? Yəni təsir imkanları, insanları və məmləkətləri fəth etmək imkanları baxımından güman ki, bugünkü dünya ilə heç bir oxşarlığı olmayan bir dünya. Bir əzizimiz burada informasiya texnologiyasını gözəl şəkildə izah etdi. İyirmi il öncə bu texnologiya yox idi, elə-belə bir şey idi, amma bu gün görün necədir.
Biz onda bu gün üçün fikirləşsəydik, bu gün boşluqda qalmazdıq. Bu gün hər bir evdə, hər bir məktəbdə, hər bir tərəfdə, natiqlərin birinin sözü ilə desəm, hər bir kənddə informasiya texnologiyası mövcuddur. Elm hövzəsi geri qalmaq isətyir? Gələcək otuz ili belə müqayisə edin; əlbəttə, bir qədər daha artıq sürətlə. Yəni ötən iyirmi ildə elmin sürəti gələcək iyirmi, otuz ildəki sürətindən, elm və texnologiya inkişafından dəfələrlə az olacaq.
O gün bəlkə də müxtəlif fikir sahibləri, müxtəlif ideologiyalar, azğın firqələr, pis niyyət sahibləri sizin universitetlərinizin, məktəblərinizin siniflərini, evlərinizdəki övladlarınızı asanlıqla ələ alıb istədiyini edəcək və siz heç bir iş görə bilməyəcəksiniz. Elm hövzəsində o gün barədə fikirləşmək lazımdır. Məsuliyyət daşıyan elm hövzəsidir. Xalqın dindarlığının məsuliyyəti ruhanilərin üzərinə düşür. Ruhani də elm hövzəsinin övladı və məhsuludur. Məsuliyyəti belə ölçək ki, çiynimizdə hansı yükün olduğunu bilək. Bu, gələcəyə baxış barədə.641
Dostları ilə paylaş: |