Elm та rixi


lər. Başqa tələbələr kimi Arif Abbasov da belə pedaqoqlara yalnız dors j



Yüklə 0,9 Mb.
səhifə2/3
tarix05.01.2022
ölçüsü0,9 Mb.
#111281
1   2   3
1 lər. Başqa tələbələr kimi Arif Abbasov da belə pedaqoqlara yalnız dors j deyən, sadəcə olaraq bir-iki saat sinif otağında tələbələrlə təmasda olanj müəllim kimi deyil, zaman və gənclik arasında körpü yaradan, oz əxlaq vəj davranışları ilə nümunə olan, sabahm qurucularım hazırlayan, millətinl gələcəyi üçün böyük məsuliyyət daşıyan şəxsiyyət kimi baxırdı.

Arif Abbasov 1961-ci ildə bu elm ocağı və müəllimlərindən ayrılaraq Azərbaycan Elmlər Akademiyasının Tarix Institutuna təyinat aldı və ömrünüj birdəfəlik elmi-tədqiqat işinə bağladı. Ilk əmək fəaliyyətinə Akademiyanm Tarix Institutunda baş laborant kimi başlayan Arif Abbasov bir qədər keç-dikdən soma təcrübə keçmək üçün SSRl Elmlər Akademiyasının Etnoqrafı-j ya Institutuna ezam edilir.

Görkəmli rus alimlərinin zəngin təcrübəsindən bəhrələnən Arif Abba­sov Moskvada işlədiyi dövrdə özünü bacarıqlı mütəxəssis kimi göstərə bil-j mişdir. Moskvadan qayıtdıqdan soma qiyabi aspiranturada elmi axtanşlarını davam etdirməklə yanaşı inzibati-təşkilatçüıq bacarığı sayəsində Azərbaycan Həmkarlar Ittifaqları Mərkəzi Şurasma işə qəbul edilir. Əvvəlcə inspektor,] sonra isə mədənikütləvi işlər şöbəsinin müdir müavini vəzifəsində çalışır. Həmkarlar Ittifaqlarında işlədiyi dövrdə Arif Abbasov dəfələrlə xarici ölkə-lərə gedən turist qruplarının rəhbəri kimi Bolqarıstanda, Italiyada, Avstriya-da, Misirdə, Fransada doğma xalqını ləyaqətlə təm-sil etmişdir.

Arif Abbasov inzibati işlərlə yanaşı mühüm elmi-tədqiqat problemi olaır etnososioloji və etno-mədəni proseslərin araşdırılması ilə məşğul olmuşdur. Aspirantlıq dövründə elmi axtarışlarını yekunlaşdıraraq, 1974-cü ildə «Azər-baycanm dağmədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti» mövzusunda dissertasiya işini müdafiə etmiş və tarix elmləri namizədi adırıa layiq görülmüşdür. Bundan sonra bir müddət Azərbaycan Elmlər Akademi-


Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4



yası Rəyasət Heyətində Elm tarixi üzrə Elmi Şuranm elmi katibi vəzifəsində çahşdıqdan soma \91S-ci ildə yenidən doğma instituta qayıtmış, bu dəfə Azərbaycan EA Tarix Institutunun elmi işlər üzrə direktor müavini kimi işə başlamışdır.

Işlədiyi dövrdə Arif Abbasov bir sıra elmi ekspedisiyalarda iştirak etmişdir. Tərtər (keçmiş Mirbəşir), Şəmkir (keçmiş Şamxor) arxeoloji, Şa-maxı, Mingəçevir, Naxçıvan etnoqrafık ekspedisiyalarmm tərkibindəki fəa-liyyəti də uğurlu olmuşdur.

Gone alim Arif Abbasov təkcə respublikada deyil, onun hüdudlarmdan kənarda da keçirilən tədbirlərdə Azərbaycan elmini ləyaqətlə təmsil etmiş-dir. Belə ki, Arif Abbasov siyasi cəhətdən savadlı, əxlaq və mənəviyyatca möhkəm bir şəxs kimi azərbaycanlı adını hər yerdə doğrultmuş, Fransa, Türkiyə, Italiya, Rummiya, Polşa, Almaniya, ABŞ-da keçirilən tədbirlərdə, beynəlxalq konfrans və konqreslərdə maraqlı, yadda qalan məruzələrlə çıxış etmi^dir.

Rusiya Federasiyasmm Suzdal şəhərində keçirilən Avropa etnologiyası və folkloru beynəlxalq cəmiyyətinin II konqresində Arif Abbasov Azərbay-can elmi ictimaiyyətini layiqincə təmsil etmişdir.

Uzun ömürlülük probleminin öyrənilməsinə həsr olunmuş II Sovet-Amerika simpoziumunda (1982, ABŞ) Azərbaycanm uzunömürlüləri haqqm-da çıxış etmişdir. SSRl-nin türkdilli xalqlarının problemlərinə həsr olunmuş konqresdə (1988, ABŞ), Antropoloq və etnoqraflarm beynəlxalq konfransın-da (1988, Zaqreb, Yuqoslaviya), Türkiyənin sosial və iqtisadi tarixinə həsr olunmuş konqresdə (1989, Türkiyə), Azərbaycan-Ermənistan münaqişəsinin həlli yollarına həsr olunmuş konfransda (1989, Fransa), Qafqazda münaqi-şələrə həsr olunmuş konfransda (1992, Ingiltərə) və digər yığıncaqlarda müxtəlif mövzularda çıxış etmişdir.

1986-cı ildə Azərbaycan EA Tarix Institutu Ingiltərədə «Azərbaycanın maddi mədəniyyəti» mövzusunda sərgi təşkil etmişdir. Londonda nümayiş etdirilən bu sərginin təşkilində A.A.Abbasovun böyük xidməti olmuşdur.

A.A.Abbasovun fədakar elmi fəaliyyəti «Rəşadətli əməyə görə» medalı ilə qiymətləndirilmişdir.

Azərbaycan SSR EA Rəyasət Heyətinin \9S2-ci il 25 may tarixli qərarına əsasən Tarix Institutunun Arxeologiya və Etnoqrafıya sektoru nəzdində «Etnososioloji tədqiqatlar» şöbəsi yaradılmış və şöbəyə rəhbərlik Institutun direktor müavini Arif Abbasova həvalə edilmişdir. O, inzibati, təşkilatı işlərlə yanaşı elmi-tədqiqat fəaliyyətini genişləndirmiş və \995-ci ildə «Azərbaycanm yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqatlar üzrə)» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Onun gərgin elmi axtarışları nəticəsiz



Azərbaycan Arxeologiyası 2005

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4



qalmamış və 2001-ci ildə A.A.Abbasov Azərbaycan Milli Elmlər Akademi-yasinm müxbir üzvü seçilmişdir.

Professor Arif Akim oğlu Abbasovun müasir Azərbaycan etnoqrafiya-smın inkişafmda böyük xidmətləri vardır. Azərbaycan etnoqrafıyasında bir çox problemlərin tədqiqi bilavasitə onun adı ilə bağlıdır. Belə problem-lərdən biri müasir Azərbaycan şəhərlərinin formalaşmasında və inkişafında etnik xüsusiyyətlərin təsiridir. Bu problemin elmi cəhətdən həlli Azərbaycan etnoqrafıya elmində yeni bir səhifə açmışdır. A.A.Abasovun elmi araşdırma-larmdan belə bir qənaətə gəlinmişdir ki, yeni formalaşmış şəhərlərin inkişa-fında, insaıilar arasında yaranan şəxsi münasibətlərdə və s. mühüm məsələ-lərdə etnik xüsusiyyət iqtisadi, siyasi və sosial amillərlə yanaşı mühüm rol oynayır. Monoqrafıyalarmda və çoxsaylı məqalələrində A.A.Abbasov yuxa-rıda adları çəkilən etnik xüsusiyyətlərin göstərilməsi ilə kifayətlənməmiş, həm də onların müəyyən sosial-iqtisadi və siyasi şəraitdə perspektivlərini araşdıraraq müasir ictimai elmdə mühüm əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir.

«Azərbaycan arxeologiya və etnoqrafıya elmlərinin hazırki durumu və inkişäf perspektivləri» məqaləsində Respublikamızın siyasi müstəqillik əldə etməsi bütün sahələrdə olduğu kimi arxeologiya və etnoqrafrya elmlərinin inkişafı üçün yeni imkanlar, perspektivlər açılmasından, elmi tədqiqatların genişlənməsi, arxeoloji abidələrin qeydiyyatı işinin gücləndirilməsi, beynəl-xalq elmi əməkdaşlığın inkişafı, tədqiqatlann nəticələrinin nəşr edilərək icti-maiyyətə çatdırüması qarşıda duran əsas vəzifə kimi xarakterizə edilir.

Müasir Azərbaycanda etnomədəni və etnososial problemlərin öyrənil-məsi də professor A.A.Abbasovun adı ilə bağlıdır. Artıq bütün ölkədə apa-rılan elmi araşdırmalarda müasir etnoqrafıyada çox vacib məsələlərdən biri olan dəyişən sosial-siyasi şəraitdə etnik mədəniyyətin vəziyyəti və perspek-tivliyi öz əksini tapmışdır. Bu araşdırmalarda etnomədəni prosseslərə müxtə-lif amillərin təsiri göstərilir. Məlum olur ki, iqtisadi və sosial amillərlə ya-naşı etnik mədəniyyətin vəziyyətinə tarixi, təbii və coğrafı amillər də mü-hüm təsir edir. Məsələn, kənd və şəhərlərin əhalisi, həmçinin dağ və aran kəndlərin əhalisi arasında etnik mədəniyyətin saxlanılma dərəcəsi müxtə-lifdir. A.A.Abbasovun elmi araşdırmaları nəticəsində Azərbaycandakı etno-mədəni prosseslərin sistemi və strukturu müəyyənləşdirilmişdir.

Arif Abbasov «Azərbaycanm dağ-mədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti» mövzusunda namizədlik disertasiyasında, habelə 1980-ci ildə işıq üzü görmuş eyni adlı ilk monoqrafıyasında Daşkəsən dağ-mədən rayonunun materialları timsalında dağ-mədən rayonu və onun sənaye-sinin qısa tarixi-coğrafi oçerki ilə yanaşı fəhlələrin istehsalat məişətinin əsas cəhətlərindən, ev və ailə məişətindən, ictimai məişətindən və mənəvi mədə-niyyətdən bəhs edir və Respublikada yeni olan bir sıra məsələləri işıqlan­


dırır. Azərbaycanm işıqlı gələcəyi uğranda mübarizənin önündə gedən fəhlə sinifınin qabaqcd rolundan danışılır.

«Azərbaycanm yeni şəhərlərində həyat tərzi» (Bakı: Elm, 1987) monoq-rafıyası Azərbaycanın yeni salınmış şəhərlərində əhalinin mədəniyyət və məişətinin öyrənilməsinə həsr olunmuşdur. Kitabda Sumqayıt, Mingəçevir, Əli Bayramlı. və Daşkəsənin şəhər əhalisinin inkişafı, ona təsir göstərən amillər göstərilir, şəhər əhalisinin məişətində, zəhmətkeşlərin ictimai və mənəvi mədəniyyətində baş verən dəyişikliklərin perspektivləri araşdırılır. Kitabın «Azərbaycanm yeni şəhərlərinin etnomədəni tipologiyası» fəslində şəhər sosial mühitinin tipoloji təsnifı, Azərbaycanın yeni şəhərlərinin meydana gəlməsi və inkişaf tarixi, yeni şəhərlərin əsas struktur xarakteris-tikası, «Azərbaycanın yeni şəhərlərində fəhlə sinifmin milli dəstələrinin for-malaşması xüsusiyyətləri» fəslində Azərbaycanın yeni şəhərləri fəhlə sini-fınin milli dəstəsinin formalaşma mənbəi kimi, istehsalat məişəti və kadr hazırlığı sisteminin əsas cəhətləri, «Azərbaycanın yeni şəhərlərində ictimai məişət və mədəniyyətin sərfı» fəslində əhalinin ictimai-siyasi fəaliyyəti, ictimai məişətdə bayramlar və mərasimlər, mənəvi mədəniyyət və asudə vaxt, «Azərbaycanm yeni şəhərlərində ailə məişətinin etno-sosial xüsusiy-yətləri» fəslində isə ailənin əsas sosial-demoqrafik səciyyəsi, ailənin maddi təminatı və ev məişəti, ailədaxili münasibətlər və ailə mərasimləri mə-sələlərindən bəhs olunur.

Son illərdə baş verən sosial-siyasi proseslər, etnik özünüdərketmənin dirçəlişi etnoslararası münasibətlərin elmi problem kimi ön plana çəkilməsi-nə şərait yaradır. Etnik baxımdan zəngin olan Azərbaycanda müxtəlif etnik qrupların hərtərəfli öyrənilməsi məsələsini ilk dəfə A.A.Abbasov qoymuş-dur. Hər zaman olduğu kimi, Arif müəllim problemin qoyuluşu ilə yanaşı əlaqəli tədqiqatlar aparır və maraqlı nəticələr əldə edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda məskunlaşan müxtəlif etnoslarm tarixini, dinini, mədəniy-yətini tədqiq etməklə kifayətlənməyən A.Abbasov etnoslararası münasibət-lərin bir sistem şəklində öyrənilmə'sini irəli sürür.

«Qardaşlıq şəhəri (Sumqayıtm təşəkkülünün etnoqrafık xüsusiyyətləri və onun əhalisinin formalaşması)» məqaləsində (Ə.Səmədzadə ilə birlikdə) etnik və sosial prosseslərin aydın surətdə ifadə olunmuş xarakteri ilə intensiv millətlərarası ünsiyyət şəraitində Azərbaycanın gənc sənaye mərkəzi Sum-qayıtın meydana gəlməsi və təşəkkülündən söhbət açdır. Sumqayıt şəhərinin meydana gəlməsi ilə əlaqədar şərait və səbəblər işıqlandırılır, əhalinin etnik tərkibi və onun formalaşmasınm bəzi xüsusiyyətləri xarakterizə edilir, şəhər əhalisinin istehsalat məişətinin beynəlmiləlləşdirilməsinin sosial əsaslarına, millətlərarası (etnik) təmasına və onların təzahürünə baxılır.

1998-ci ildə AMEA Arxeologiya və Etnoqrafıya mstitütunda bir qrup müəllifın iştirakı ilə «Azərbaycanlılar» (Bakı: Elm, 1998,300 səh.) adlı


fundamental monoqrafıya çapdan çıxmışdır. Baş redaktoru tarix elmləri doktoru, professor A.A.Abbasov olan bu tarixi-etnoqrafik oçerk respublika-nın mərhum prezidenti, ümummilli lider Heydər Əliyevin 75 illiyinə həsr olunmuşdur. Kitabm «Azərbaycanda milli azlıqlar» adlı IV fəsli və «Müasir etm>mədəni prosseslər. Problemlər və ənənələr» adlı IX fəsli Arif Ab-basovun iştirakı ilə yazdmışdn.

Ümumiləşdirilmiş xarakter daşıyan bu kitabda Asiyanın ən böyük xalq-lanndan biri olan azərbaycanlıların etnoqrafıyasından bəhs edilir.

Kitabda qədim zamanlardan zəmanəmizə qədər Azərbaycan ərazisində baş verən tarixi hadisələrin qısa xülasəsi verilir, etnik proseslər, XIX-XX əsrlərdə azərbaycanlıların say dinamikası, onların məskunlaşma arealı, Azər-baycan xalqmın formalaşmasının mərhələlərinə baxılır. Azərbaycanhlarm ənənəvi mədəniyyətinin müxtəlif baxışlarına, yüz illər ərzində təşəkkül tapmış təsərrüfat vərdişlərinə, əkinçilik, heyvandarlıq, sənətkarlıq, ailə və ailə münasibətlərinə xüsusi yer verilmişdir.

Hər bir xalqm etnoqrafıyasmda mənəvi mədəniyyət böyük əhəmiyyət kəsb edir. Ona görə də ənənəvi etiqad, həyat fəaliyyətinin müxtəlif sahələri ilə əlaqədar olan adət və ənənələr, azərbaycanlılarm xalq bayramları kitabın müvafiq bölmələrində öz əksini tapmışdır.

Kitabın sonunda Azərbaycanda baş verən müasir sosial-mədəni' prosses-lərdən və onların Azərbaycan xalqmın etnik mədəniyyətinə təsirindən danı-şdır.

Azərbaycan etnosunun spesifıkliyini, komponentlərini öyrənən elm kimi etno-qraıiya Azərbaycanda on illər ərzində təşəkkül tapmışdır. Boyük bir pleyada təşkil edən Azərbaycan etnoqraflarmın bir neçə nəslinin səyləri ilə Azərbaycanın maddi, ənənəvi-məişət mədəniyyətinin hərtərəfli öyrənilməsi sahəsində xeyli iş görülmüşdür. Heç şübhəsiz Azərbaycan etnoqrafiyasının zəngin, şərəfli pleyadasında, kəhkəşanlar içində parlayan ulduzlardan biri də professor Arif Abbasovdur. Azərbaycanm qədim dövr tarixinin öyrənilməsi həmişə tarixçi alimlərin diqqət mərkəzində olmuşdur. Bu dövrün qaranlıq səhifələrinin açümasmda arxeologiya və etnoqrafiya elmlərinin xüsusi yeri vardır. Məhz bu zərurətdən də 1974-cü ildə Azərbaycan Elmlər Aka-demiyası Tarix Institutunun tərkibində Arxeologiya və Etnoqrafiya sektoru yaradıldı. Azərbaycanda arxeoloji və etnoqraik tədqiqatlarınm genişlənmə-sinin və qədim dövrün aktual problemlərinin araşdırılmasının vacibliyini nə-zərə alınaraq 1993-cü ildə məlum sektor əsasında Arxeologiya və Etnoq­rafiya Institutu təsis olundu. Bu müddət ərzində Institut maddi-texniki baza və kadr potensialı cəhətdən xeyli inkişaf etmiş, tədqiqat sahələri genişlən-miş, araşdırüan problemlərin sayı artmışdır.

Arxeologiya və Etnoqrafiya Institutunun fəaliyyəti Azərbaycan Dövlət müstəqilliyinin bərpası və mərhum prezident Heydər Əliyevin ikinci dəfə


hakimiyyətə qayıdışı ilə bir vaxta düşür. Bu illər respublikamızda dövlətçi-liyin möhkəmləndirilməsi məqsədyönlü islahatların aparılması ilə səciy-yələnir.

Həmin islahatlar nəticəsində lnstitutda struktur dəyişiklikləri aparılmış, fəaliyyət istiqaməti və araşdırılacaq elmi problemlər müəyyənləşdirilmişdir.

Tarix Institutu nəzdindəki kiçik bölmə A.A.Abbasovun rəhbərliyi ilə məhsuldar, yaradıcı kollektivə malik böyük bir elm mərkəzinə-Arxeologiya və Etnoqrafiya Institutuna çevrilmişdir. 2003-cü ildə Institutun on illiyi qeyd olundu. Bu müddətdə öz təşkilatçılıq qabiliyyətini nümayiş etdirən professor A.A.Abbasov «Arxeologiya və Etnoqrafiya lnstitutu-10 il (1993-2003)» adlı məqaləsi ilə Institutun, onun əməksevər kollektivinin keçdiyi yola ekskurs etdi.

Umummilli liderimiz H.Ə.Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri reallaşmaqdadır. Müvafıq olaraq Ar­xeologiya və Etnoqrafiya Institutu Arif Abbasovun rəhbərliyi ilə əsas ixrac neft kəmərinin keçəcəyi ərazilərin arxeoloji abidələrinin tədqiqi ilə bağh fəaliyyət istiqaməti müəyyənləşdirmiş və həyata keçirməkdədir.

2002-ci ilin oktyabr-noyabr aylarında Goranboy rayonunun Borsunlu kəndindəki «Dərə yeri» kurqanında, 2003-cü ilin aprel-oktyabr aylarında isə Şəmkir rayonundakı Zəyəmçay nekropolunda və qədim yaşayış yerində ge-niş miqyaslı arxeoloji tədqiqatlar xalqımızın qədim tarixinin e.ə.II-I minillik-lərə aid mərhələsini əks etdirən yüzlərlə maddi mədəniyyət nümunəsinin aşkara çıxarılması ilə nəticələnmişdir. 2004-cü ildə Samux rayonunun Seyid-lər, Goranboy rayonunun Faxralı, Yevlax rayonunun Səmədabad, Tovuz rayonunun Əlimərdanlı, Aşağı Ayıblı, Həsənsu, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndləri ərazisində yerləşən arxeoloji abidələrdə geniş tədqiqatlar aparılmış və nəticədə tariximizin e.ə. IV-e. I minillikləri əhatə edən dövrləri üçün mühüm əhəmiyyət kəsb edən arxeoloji materiallar aşkar edilmişdir.

«Bakı şəhərində Içərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında» (17 fevral 2003-cu il), «Çıraqqala tarixi abidələr kompleksinin bərpası və qoranması haqqında» (23 iyun 2003-cu il), «Şabran şəhəri tarix və mədəniyyət abidəsinin qorunması haqqmda» (27 sentyabr 2003-cü il) sərəncamlarla Arxeologiya və Etnoqrafiya Institu­tunun qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində tədbirlər planı hazırlanmasmın və həyata keçirilməsinin də rəhbəri məhz A.A.Abbasovdur.

A.A.Abbasovun Azərbaycanm arxeoloji abidələrinin beynəlxalq miqyas-da tanınması üçün fəaliyyəti də qeyd olunmalıdır. Respublikanın müxtəlif bölgələrinə beynəlxalq ekspedisiyalar təşkil edilmiş, Şəmkir qalasında, Sər-kərtəpə qədim yaşayış yerində ABŞ-Azərbaycan, Kiş məbədində Azərbay­


can-Norveç, Naxçıvan və Muğan bölgəsində Azərbaycan-Avstraliya birgəl arxeoloji ekspedisiyaları fəaliyyət göstərmişdir.

Hazırda Institutda 1


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin