1 şöbə və 8 qrup fəaliyyət göstorir. Araşdınlan elrai ■ problemlər Azərbaycan tarixinin bütün dövrlərini əhatə edir. Buraya Azər-1 baycanda ibtidai icma və ilkin sinifli cəmiyyət dövrünün arxeoloji tədqiqi; 1 orta əsrlər dövrünün arxeoloji tədqiqi; Azərbaycanda epiqrafık və numizma-1 tik tədqiqatlar; Azərbaycanda arxeoloji xidmət: tarixi-analitik tədqiqat, ar-1 xeoloji abidələrin külliyyatı, yeni tikinti sahələrinin arxeoloji tədqiqi, ö'lçü- I layihə işləri daxildir.
Hazırda Arxeologiya və Etnoqrafiya Institutunda AMEA-nm 3 həqiqjB üzvü, 4 müxbir üzvü, 20 elmlər doktoru, 85 elmlər namizədi fəaliyyət gös-1 tərir.
Arxeoloji və etnoqrafik tədqiqatlar nəticəsində Azərbaycanm qədim və orta əsrlər tarixinin qlobal problemlərinin öyrənilməsinə imkan verən və | tarix elmini zənginləşdirən olduqca mühüm nailiyyətlər əldə edilmişdir.
A.Abbasov Azərbaycan etnoqrafiyasında ilk dəfə olaraq sosioloji metod-lardan geniş istifadə etmiş və bu metodlan yerli xüsusiyyətlərə uyğunlaşdır-mışdır. Bu sintezin nəticəsində etnoqrafiyada yeni bir istiqamət-etnososiolo-giya yaranmışdır. Indi bu sahədə geniş tədqiqatlar aparüır.
Professor Arif Abbasov Azərbaycanm görkəmli etnoqrafı olmaqla bərabər, həm də elmin əvəsiz təşkilatçısı idi. A.A.Abbasov 1978-ci ildən Tarix Institutunun direk-tor müavini, 1993-cü ildən isə onun təşəbbüsü və səyi nəticəsində yaranmış Arxeologiya və Etnoqrafiya Institutunun direktoru vəzifəsində çalışmışdır. Bilavasitə onun rəhbərliyi altında çoxsaylı arxeoloji və etnoqrafik ekspedisiyalar təşkil olunmuş, Ins-titutun beynəlxalq əlaqələri genişlənmişdir. Institut Arif Abbasovun bilavasitə rəhbəriyi altında dəfələrlə beynəlxalq elmi konfranslar təşkil etmiş və öz növbəsində Institutun əmək-daşları xarici ölkələrdə keçirilən elmi yığmcaqlarda iştirak etmişlər. «Qafqaz almanları», «Qafqazın dağ yəhudiləri», «Qafqazm arxeologiyası və etnoqra-fiyası» mövzularında yüksək səviyyeli beynəlxalq elmi konfranslar keçiril-mişdir.
Professor Arif Abbasovun gərgin əməyinin nəticəsi olaraq Institutun arxeoloqları və etnoqrafları ABŞ, Ingiltərə, Almaniya, Fransa, Norveç, Tür-kiyə, Iran, Israil, Rusiya, Gürcüstan və s. dövlətlər ilə elmi əməkdaşlıq et-miş, onlarla birgə tədqiqat işləri aparmış və bu iş indi də davam etdirilir. Institut YUNESKO-nun «B6yük Ipək yolu» üzrə proqramında və INTAS-2000 proqrammda yaxından iştirak edir.
Arxeologiya və Etnoqrafiya Institutunun Içəri şəhər ərazisində müstəqil fəaliyyət göstərən Arxeoloji muzeyi vardır. Bu muzey vaxtılə hörmətli Pre-zidentimiz Heydər Əliyevin göstərişi ilə yaradılmış və açılışmda onun özü şəxsən iştirak etmişdir. Indi bu muzeydə minlərlə maddi-mədəniyyət nü
munəsi nümayiş etdirilir. Bununla yanaşı Institutun ayrıca arxeoloji fondu fəaliyyət göstərir ki, burada da 5 mindən artıq arxeoloji materiallar saxlandır.
Bütün bu nailiyyətlərin əldə edilməsi, Institurun kollektivinə, aspirant və dissertantlarına atalıq qayğısı gostərən və onlarm böyük məhəbbətini qaza-nan AMEA-nın müxbir üzvü, professor Arif Akim oğlu Abbasovun adı ilə bağlıdır.
Gözəl alim və təşkilatçı, qayğıkeş insan, ürəyi vətən sevgisi ilə döyünən Arif Akim oğlu Abbasov 21 aprel 2005-ci ildə əbədi olaraq bizləri tərk etdi. Allah rəhmət eləsin!
Dostları ilə paylaş: |