Elmi redaktor



Yüklə 2,06 Mb.
səhifə8/24
tarix03.06.2018
ölçüsü2,06 Mb.
#52470
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

Mətn daxilində xüsusi simvollardan: ©, ®,™, £,¥,€,“,”,— istifadə etmək üçün müvafiq olaraq Insert HTML → Special Characters → Copyright, Insert → HTML→ Special Characters → Registered, Insert → HTML→ Special Characters → Trademark, Insert → HTML→ Special Characters → Pound, Insert → HTML → Special Characters → Yen, Insert → HTML → Special Characters → Euro, Insert → HTML → Special Characters → Left Quote, Insert → HTML → Special Characters → Right Quote, Insert → HTML → Special


Characters → Em-Dash əmrlərindən birini yerinə yetirmək lazımdır. Əmr siyahısında olmayan simvolun daxil olunması üçün isə Insert → HTML Special Characters → Other əmrini yerinə yetirmək və tələb olunan simvolu açılan Insert Other Character dialoq pəncərəsində seçib OK düyməsini sıxmaq lazımdır (şək.14).

Şək.14.


Yeni abzasa keçmək üçün Enter düyməsini sıxmaq, abzas daxilində «qısa» sətrlərdən istifadə etmək üçün isə Insert → HTML → Special Characters → Line Break əmrini yerinə yetirmək və ya Shift Enter düymələrini birgə sıxmaq lazımdır. Abzas üçün səhifənin kənarlarından buraxılan boş məsafələri artırmaq üçün Text → Indent əmrini, səhifənin kənarlarından buraxılan boş məsafələri azaltmaq üçün isə Text

Outdent əmrini yerinə yetirmək lazımdır. Abzasın sola, mərkəzə, saga, hər iki tərəfə görə nizamlanması müvafiq olaraq Text → Align → Left, Text → Align → Center, Text → Align → Right, Text → Align → Justify əmrləri vasitsəilə tənzimlənir. Text → Pagraph Format → Headin1, Text → Pagraph Format → Heading2, Text → Pagraph Format → Heading3, Text → Pagraph Format → Heading4, Text


Pagraph Format → Heading5, Text → Pagraph Format → Heading6 əmrləri isə abzas üçün müvafiq yazı stillərinin müəyyən edilməsini təmin edir.

Internet brauzerləri ardıcıl daxil olunmuş probelləri qəbul etmədiyindən sözü və ya söz birləşməsini sağa sürüşdürmək üçün Insert → HTML → Special Characters→Non- Breaking Space əmrini yerinə yetirmək lazımdır.

Qeyd edək ki, proqram bir sıra mətn redaktorlarında olduğu kimi, sənədə daxil edilmiş mətnin orfoqrafik və qrammatik yazılışının yoxlanılmasını təmin edir. Bunun üçün Text → Check Spelling əmrini yerinə yetirmək lazımdır. Əmri yerinə yetirdikdə, mətndə səhv aşkar olunarsa, Check Spelling dialoq pəncərəsi açılır və bu dialoq pəncərəsində variantlar bölməsində səhv hesab olunan sözün düzgün variantları əks olunur. Bu variantlardan birini seçib Change düyməsini sıxmaqla səhv sözü həmin sözlə əvəz etmək olar. Bəzi hallarda (termin, şəxs adı, coğrafi adlar və s.) söz düzgün yazıldığına baxmayaraq, kompüter onu səhv kimi qəbul edə bilər. Bu halda Ignore düyməsini sıxmaq kifayətdir. Add to Personal düyməsini sıxmaqla isə kompüterin lüğət bazasını «səhv qəbul etdiyi» sözlə zənginləşdirmək olar (şək.15).

Şək.15.


Qeyd edək, mətnin keyfiyyətli orfoqrafik yoxlanışına nail olmaq üçün ilk öncə Edit → Proferences əmrini yerinə yetirmək və açılan eyni adlı dialoq pəncərəsinin Spelling dictionary sahəsindən dillərin siyahısından mətnin yazıldığı dilə uyğun dili seçmək lazımdır (şək.16).

Şək.16.


Səhifəyə cari tarixi Insert→Data əmrini yerinə yetirməklə daxil etmək olar. Əmri yerinə yetirdikdə açılan dialoq pəncərəsində müvafiq tarix formatını seçmək lazımdır. İstifadəçi Update Automatically variantını aktivləşdirsə Web- səhifə hər dəfə yaddaşda saxlandıqda tarix yeniləşəcək.

Siya h ı . Web səhifələrdə 3 növ siyahılardan istifadə olunur (şək. 17):

  1. Nömrəli;

  2. Nişanlı;

  3. Təyinetmə siyahıları.






Şək.17.

Nömrəli və nişanlı siyahılarda hər bir abzas müvafiq olaraq nömrələnir və ya nişanlanır. Təyinetmə siyahısından əsasən terminlər lüğətinin yaradılmasında istifadə olunur: ilk sətrdə termin, sonrakı sətrdə isə onun şərhi əks olunur. Yeni siyahı yaratmaq üçün siyahının tipinə müvafiq Text List Ordered, Text List Unordered, Text List Definition List əmrlərindən birini yerinə yetirmək, mətni daxil etmək lazımdır. Enter düyməsini sıxdıqda daxil edilmiş mətn siyahıya çevrilir. Siyahının sonunda Enter düyməsini iki dəfə sıxmaq lazımdır. Siyahını həmçinin daxil edilmiş abzasları qeyd edib, siyahının tipinə müvafiq yuxarıda qeyd olunan əmrlərdən birini yerinə yetirməklə də yaratmaq olar.



Cədvəl. Cədvəllər Web səhifədə nizamlı informasiya- ların əks edilməsi, səhifənin tərtibatı üçün istifadə olunur.

Məsələn, şəkil 18-də təsvir olunmuş səhifənin tərtibatında cədvəldən istifadə olunmuşdur.

Şək.18.

Səhifəyə yeni cədvəl daxil etmək üçün Insert→Table əmrini yerinə yetirmək və açılan dialoq pəncərəsində sətr və sütunların sayını, cədvəlin enini, cədvəlin sərhədinin qalınlığını, xanalarda informasiyanın xananın sərhədindən hansı məsafədə olmasını, xanalararası intervalı, cədvəlin sərlövhəsinin yerləşmə formasını, cədvəlin adını, sərlövhə üçün nizamlama parametrini və ehtiyac olarsa cədvəl üçün qısa şərhi daxil etmək və OK düyməsini sıxmaq lazımdır (şək.19). Bundan sonra cədvəl şablonu səhifədə əks olunacaqdır. Cədvəlin xanalarına mətn, ədəd, rəsm və multimedia tipli informasiya daxil edilir. Mətn və ədəd tipli informasiya xanalara klaviaturadan və ya mübadilə buferindən daxil olunur. Rəsm və multimedia tipli informasiya müvafiq olaraq Insert → Image, Insert → Media Flash, Insert Media Shockwave, Insert



Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin