Frame→Change Frame Order→Move Frame Backward Frame→Change Frame Order→ Move Frame Forward .
Belə ki, Frame→Change Frame Order→ Assign as First Name əmri qeyd olunmuş kadrı animasiyanın ilk, Frame→Change Frame Order→ Assign as Last Name əmri qeyd olunmuş kadrı animasiyanın son kadrı olmasını, Frame→Change Frame Order→ Move Frame Backward əmri qeyd olunmuş kadrı bir kadr sağa, Frame → Change Frame Order→ Move Frame Forward əmri qeyd olunmuş kadrı bir kadr sola yerdəyişməsini təmini edir.
-
Yeni kadr əlavə etmək; Animasiyaya yeni kadr əlavə etmək üçün Frame→Add Frame əmrini yerinə yetirmək lazımdır.
-
Cari kadrın surətini əlavə etmək; Animasiyaya cari kadrın və ya qeyd olunmuş kadrların surətini əlavə etmək üçün Frame
→ Duplicate Frame(s) əmrini yerinə yetirmək lazımdır.
-
Cari və ya qeyd olunmuş kadrları ləğv etmək; Animasiyadan cari və ya qeyd olunmuş kadrları ləğv etmək üçün Frame→ Delete Frame(s) əmrini yerinə yetirmək lazımdır.
-
Obyektə kölgə effekti vermək; Qeyd olunmuş obyektə- şəkilə və ya mətnə kölgə effekti vermək üçün Object→Shadow əmrini yerinə yetirmək və açılan dialoq pəncərəsində (şək.14) Shadow qeydetmə sahəsini aktivləşdirmək, kölgə üçün rəng və müxtəlif kölgə parametrlərini müəyyən etmək lazımdır.
-
Kölgəni obyektdən ayırmaq; Kölgə effektinə malik şəkil və mətndən kölgəni ayırmaq üçün Object→Split Shadow əmrini yerinə yetirmək lazımdır. Ayrılmış kölgə müstəqil rəsm obyektinə çevrilir.
Şək.14.
-
Mətni redaktə etmək; Kadra daxil edilmiş mətni redaktə etmək üçün ilk öncə onu qeyd etmək, Object→Text→Edit Text əmrini yerinə yetirmək və açılan dialoq pəncərəsində (şək.15) mətni yenisi ilə əvəz etmək, mətnin şriftini, rəngini, şrift üçün stilləri dəyişmək, mətnin istiqamətini, şriftlər arasında intervalı və s. parametrləri müəyyən etmək olar.
Şək.15.
-
İşıqlandırma effektini dəyişdirmək; Kadra daxil edilmiş işıqlandırma effektinə malik mətndə işıqlandırma effektini dəyişmək üçün ilk öncə onu qeyd etmək, Object→Text→Neon əmrini yerinə yetirmək və açılan dialoq pəncərəsində (şək.16) işıqlandırma effekti üçün yeni parametrləri müəyyən etmək lazımdır.
Şək.16.
-
Mətni hərflər üzrə ayırmaq; Kadra daxil edilmiş və qeyd olunmuş mətnin hərflər üzrə ayrılışına nail olmaq üçün Object → Text → Splite Text əmrini yerinə yetirmək kifayətdir. Bu zaman hər bir hərf müstəqil obyektə çevrilir.
-
Mətni şəkilə çevirmək; Kadra daxil edilmiş və qeyd olunmuş mətni şəkilə çevirmək üçün Object → Convert to Image əmrini yerinə yetirmək lazımdır.
-
Rəsmin ölçüsünü dəyişdirmək; Kadra daxil edilmiş rəsmin ölçüsünü dəyişdirmək üçün Edit →Resize İmage əmrini yerinə yetirmək və açılan dialoq pəncərəsində şəkilin yeni ölçülərini müəyyən etmək lazımdır (şək.17).
-
Kadr sahəsini rəsmin ölçüsünə görə tənzimləmək; Kadr sahəsini rəsmin ölçüsünə görə tənzimləmək üçün Edit → Crop Canvas əmrini yerinə yetirmək kifayətdir.
-
Kadr sahəsinin ölçüsünü dəyişmək; Kadr sahəsinin ölçüsünü dəyişmək üçün Edit→Canvas Size əmrini yerinə yetirmək və açılan dialoq pəncərəsində (şək.18) kadr sahəsi üçün yeni ölçülər və obyektin kadrda yerləşmə istiqamtini müəyyən etmək lazımdır.
Şək.17. Şək.18.
-
Kadra daxil edilmiş rəsm üzərində dəyişikliklər aparmaq; Bu əməliyyatlar Tool Panel panelinin alətləri vasitəsilə asanlıqla yerinə yetirilir.
-
Kadra daxil edilmiş qeyd olunmuş obyektlərin və ya rəsm hissəsinin yerinin dəyişdirilməsi; Bunun üçün obyekti və ya rəsm hissəsini qeyd etmək, ardıcıl olaraq Edit→Cut və Edit→Paste əmrlərini yerinə yetirmək və onu tələb olunan yerə sürüşdürmək lazımdır.
-
Kadra daxil edilmiş qeyd olunmuş obyektlərin və ya rəsm hissəsinin surətinin daxil edilməsi; Bunun üçün obyekti və ya rəsm hissəsini qeyd etmək, ardıcıl olaraq Edit→Copy və
Edit→Paste əmrlərini yerinə yetirmək və surəti tələb olunan yerə sürüşdürmək lazımdır.
-
Kadra daxil edilmiş qeyd olunmuş obyektləri bir obyekt kimi qruplaşdırmaq; Bunun üçün obyektləri qeyd etmək, ardıcıl olaraq Object→Combine as Single Object əmrini yerinə yetirmək lazımdır.
Animasiya üzərində redaktə əməliyyatlarından imtina etmək tələb olunduqda File→Restore əmrini yerinə yetirmək lazımdır.
Rəsmi optimallaşdırmaqla animasiya və ya rəsm faylının ölçüsünü mümkün qədər kiçiltmək olur. Rəsmi optimallaşdırmaq üçün kadra rəsmi əlavə etdikdən sonra işçi sahənin Optimize bölməsinə daxil olmaq lazımdır. Proqramda avtomatik nəzərdə tutulmuş üsul əsasında şəklin optimallaşması baş verir1. Optimallaşma əməliyyatı başa çatdıqda, müqayisə aparmaq üçün şəklin optimallaşmadan əvvəl və sonrakı təsvirləri əks olunur (şək.19).
Şək.19.
1 Avtomatik təyin olunan optimallaşma üsulunu dəyişmək də olar. Bunun üçün File→References əmrini yerinə yetirmək və açılan eyni adlı dialoq pəncərəsinin Optimize bölməsində siyahıdan tələb olunan üsulu seçmək və Set Selection As Default düyməsini sıxmaq lazımdır.
Nəticə istifadəçini qane edərsə o, Save düyməsini sıxmaqla rəsmi yaddaşda saxlaya bilər. Optimallaşmanın nəticəsi kifayət qədər müvəffəqiyyətli olmadıqda, istifadəçi Atribute Tollbar panelinin Preset açılan siyahısından digər üsulu seçə bilər (şək.20).
Şək.20.
İstifadəçi həmçinin Atribute Tollbar panelinin sonuncu düyməsini - Show/Hide the Color Palette düyməsini sıxmaqla əks olunan və rəsmin rənglərini özündə saxlayan Color Palette rəng palitrası vasitəsilə rəsmdən müəyyən rəngi ləğv edə bilər, digər rəng ilə əvəz edə bilər. Bunun üçün palitradan tələb olunan rəngi seçmək və müvafiq olaraq Delete Color və Edit Current Cell düymələrini sıxmaq lazımdır.
Rəsmi həmçinin File→ Optimization Wizard əmrini yerinə yetirməklə optimallaşdırmaq olar. Əmri yerinə yetirdikdə açılan Optimization Wizard dialoq pəncərəsində optimallaşma üsulunu seçmək və Finish düyməsini sıxmaq lazımdır (şək.21).
Proqram paket formasında - bir neçə rəsmin eyni zamanda optimallaşmasını da təmin edir. Bunun üçün File→Batch Process əmrini yerinə yetirmək lazımdır. Açılan eyni adlı dialoq pəncərəsində By folder variantını seçməklə şəkil qovluğunu müəyyən etmək və ya By files variantını seçmək və Select düyməsini sıxmaqla optimallaşmalı rəsmləri
müəyyən etmək, Optimization preset siahısından optimallaşma üsulunu seçmək və OK düyməsini sıxmaq lazımdır (şək.22).
Şək.21.
Şək.22.
Paket formasında optimallaşdıqdan sonra optimalaşmış rəsmləri digər qovluqda saxlamaq üçün Create New Files: sahəsini aktivləşdirmək və qovluğun ünvanını müəyyən etmək lazımdır. Əlavə olaraq Delete original files sahəsini aktivləşdirdikdə rəsmlər optimallaşdıqdan və yeni qovluqda yaddaşda saxlandıqdan sonra ləğv olunur.
Dostları ilə paylaş: |