Həndəsi model haqqında anlayış və kompüterlə yerinə yetirilməsi



Yüklə 77,62 Kb.
səhifə1/3
tarix22.05.2023
ölçüsü77,62 Kb.
#127382
  1   2   3
komp mod 8


Həndəsi model haqqında anlayış və kompüterlə yerinə yetirilməsi.

Həndəsi model haqqında anlayış.


Qrafiki obyektin ümumiləşdirilmiş informativ modeli.
Kubiklərdən həcmi konstruksiyaların modelləşdirilməsi.


Bir çoxları belə düşünür ki, modellərdən istifadə yaxın dövrlərdə başlamışdır. Lakin modelləşdirmə dünyanın özü kimi qədimdir. O, bəşəriyyətin ətraf aləmdə öz yerini dərk etməsi və onun öyrənilməsi və dəyişdirilməsinə səy etdiyi vaxtlarda meydana gəlmişdir. Məişət səhnələrini əks etdirən qaya rəsmləri, ibadət qab-qacağındakı rəsmlər, büt heykəlləri və allahların təsvir olunması bunu təsdiq edir.
Həndəsi modellər modellərin sadə növüdür. Onlar obyektin zahiri əlamətlərini (ölçü, forma, rəng) verirlər. Həndəsi modellər öz prototipinə (əslinə) uyğun olur. Onlardan, əsas etibarilə, müxtəlif mexanizm və məlumatların düzəldilməsi, tikililərin layihələşdirilməsi, təlim zamanı əyanilik məqsədi üçün istifadə olunur. Belə növ sadə modellər sizi körpə və uşaq yaşlarından əhatə edir-onlar oyuncaqlardır. Məhz onlar ətraf aləmi dərk etməyə kömək edir. Böyüdükcə daha mürəkkəb həndəsi modellərlə rastlaşırsınız.
Biologiyanı öyrənmək heyvanların müqəvva və ya maketlərindən, əl və ayaqların hərəkətinin nümayiş etdirilməsi üçün oynaqlarla birlikdə şarnirli insan skeletindən istifadə edirsiniz. Coğrafiya dərslərində Yer kürəsini onun modeli-qlobus üzrə öyrənirsiniz.
Bin a, gəmi maketi, yerin relyef xəritəsi və s.-bütün bunlar həndəsi modellərdir.
Həndəsi model-real obyektin zahiri əlamətləri haqqında anlayışdır.
Həndəsi kompüter modeli-informativ modelin qrafiki vasitələrdən istifadə
etməklə təsvir edilməsidir.
İstənilən başqa modelləşdirmədə olduğu kimi həndəsi modelə başlayaraq onun obyektini ayırmaq, modelləşdirmə məqsədlərini müəyyən etmək, məsələyə uyğun olaraq informativ modeli formalaşdırmaq və modelləşdirmə alətini seçmək lazım gəlir.
Q rafiki redaktorda işləyərkən yaradılan təsvir də həndəsi modeldir. Deməli, qrafiki redaktor-modelləşdirmə alətlərindən biridir, rəssam fırçası, heykəltaraş bıçağı və ya müxbir fotoaparatı da bu qəbildəndir. Qrafiki redaktor mühitində həndəsi qurmaların yerinı yetirilməsi üzrə bəzi tövsiyyələri verək. Istənilən qrafiki redaktorda modelləşdirmə üçün lazım olan vasitələri aşağıdakı kimi qeyd edək. Bunun üçün qrafiki redaktorun cədvəl formasından istifadə edək. Qrafiki redaktorun informativ modelindən istifadə etməklə bunu göstərək.
Qrafiki redaktor mühitində modelləşdirmə üçün cədvəl 1.1-də təqdim olunmuş qrafiki obyektin ümumiləşdirilmiş informativ modelindən istifadə etmək olar.
Cədvəl 1.1. Qrafiki obyektin ümumiləşdirilmiş informativ modeli



Obyekt

Parametrlər

Fəaliyyət

Həndəsi forma
(şə kil, fraqment)

Forma
Ölçülər
Nisbətlər
Rəng

Yerdəyişmə
Təsnif etmə
Redaktəetmə
Dönmə
Əksetmə
Ölçü və nisbətlərin
dəyişdirilməsi

Orta məktəbin həndəsə kursunda siz həndəsi fiqurların xassələri ilə tanış olmusunuz. Həndəsi fiqurları verilən xassələrlə modelləşdirərək qrafiki redaktorun köməyi ilə həll reallaşdırılan məsələlərin dairəsini genişləndirmək mümkündür. Lakin qrafiki redaktorda qurma işinin yerinə yetirilmə alqoritmi kağız vərəqi üzərindəki alqoritmlərdən fərqlənir, ona görə ki, onun alətləri adət etdiyimiz alətlərlə tamamən eynilik təşkil etmir. Elə dairə alətini götürək. O, bizə fiqurun mərkəzini vermir, amma qurma işinin digər elementləri dairənin mərkəzi ilə əlaqəli ola bilər.


Sadəcə həndəsinin qanunlarını bilməklə ümumiyyətlə, dəqiqlik haqqında danışmaq mümkündür.
Həndəsənin bütün tarixi əl altında olan vasitələrin köməyilə əlçatmaz ölçmə və qurma işlərinin yerinə yetirilmə praktikası ilə əlaqəlidir. Miladdan öncə VI əsrdə yaşamış Miletli Fales üçbucaqların bərabərliyi əlamətindən istifadə etməklə dənizdə yerləşən gəmilərə qədər olan məsafənin ölçülməsi metodunu izah etmişdir. İllustrasiyadan adadakı giriş qapısına qədər olan məsafənin ölçülməsi zamanı bu metoddan necə istifadə olunduğu görünür.
Qədim Misirdə Pifaqorun məşhur teoreminin isbatından bir xeyli vaxt əvvəl tikintidə düzbucaqların alınması üçün 3:4:5 nisbətində tərəflərə malik olan üçbucaqdan istifadə etmişlər.
Beləliklə, qurma işi üzrə məsələlər uzaq keçmişdə meydana çıxmışdır və praktiki tələbatla əlaqəli olmuşdur. Lakin bu tipdən olan məsələlər təkcə təcrübi biliklərə malik olmurlar. Onlar zehni məşq etdirir, bilikləri kompleks şəkildə tətbiq etməyi öyrədir, problemlərin həllinə qeyri-standart yanaşmağı təlqin edir. Qurma işində hələ qədim dövrlərdən ortaya atılmış ilk məsələlərə parça və bucaqların iki bərabər hissəyə bölünməsi aiddir. Belə məsələlərin həlli hələ yunanlardan əvvəlki dövrlərdə də məlum idi.
Praktiki işlərdə siz qrafiki redaktor mühitində yaradılmış həndəsi modellərin müxtəlifliyi və bu modellərin bütün mümkün tətbiq olunma sferaları ilə tanış olacaqsınız. Bundan başqa digər praktiki işdə həndəsi fiqurların qurulması üzrə məsələləri həndəsi qanunları tətbiq edərək necə həll etməyi öyrənəcəksiniz.
MƏSƏLƏ: Kubiklərdən həcmi konstruksiyaların modelləşdirilməsi.

I mərhələ. Məsələnin qoyuluşu


Məsələnin təsvir edilməsi.
Siz qrafiki redaktorda səthi detallardan modelləşdirmə imkanı ilə tanış olmuş sunuz. Bəs, müstəvi səthli ekranda həcmi predmeti təsvir etmək mümkündürmü? Sizlərdən hər biriniz kağız vərəqinin üzərində həcmi kubik və ya ev şəkli çəkmi siniz. Deməli, perspektiv qanunları bilərək müstəvidə (vərəq, qum, monitor ekranında) həcmi fiqurları təsvir etmək olar. Əgər fiqur ekranda təsvir olunmuşsa, belə olan halda ona şəkil və ya fraqment ilə olan bütün əməliyyatları tətbiq etmək mümkündür. Kim uşaqlıqda həqiqi kubiklərdən saraylar və açarlar qurmamışdır?
Biz çəkilmiş kubiklərdən ekranda həcmi konstruksiyaları modelləşdirməyə çalışaq.
Modelləşdirmənin məqsədi
Qrafiki redaktorun konstruktor imkanlarının nümayiş etdirilməsi məqsədilə kubiklərdən həcmli modelləşdirmə.

Obyektin analizi


Tapşırıqlara və öz layihələrinizə uyğun olaraq kubiklərdən tərtib edilmiş həcmi konstruksiyalar qurmaq.

II mərhələ. Modelin işlənib hazırlanması


Kompüter modeli


Modelləşdirmə üçün Paint qrafiki redaktor mühitini seçin.

III mərhələ. Kompüter eksperimenti


Modelləşdirmə planı



  1. Gələcəkdə verilmiş şifahi və ya qrafiki alqoritmdən istifadə edərək şəkil 1-də təsvir edilmiş həcmi kubiki yaratmaq.






Şəkil 1
Kubikin qurulmasının şifahi alqoritmi


  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin