DİLƏNÇİLİYN ZİLLƏTİNDƏN ÇƏKİNİN
İmam Zeynəl-Abidin (əleyhissalam) buyurur: "Başqasından hacətini istəmək, həyatda zillətin qaynağı, həyanın aradan getməsi, şəxsiyyətin yüngüləşməsi və fəqirliyin gəlməsinə səbəb olur.“1
İmam Sadiq (əleyhissalam)-da həmin hədisə oxşar bir rəvayətdə buyrur: “Başqasından hacətini istəmək, həyatda izzətin vəhəyanın aradan getməsidir. İnsanların əllərində olandan ehtiyacsızlıq hiss etmək, mö`minin dinində izzətinə səbəb olur. Tamahkarlıq fəqirlik gətirər. "2
Başqa bir rəvayətdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur ki, buyurur:
“Hər kim əhaliyə qarşı özündə dilənmək qapısı açsa, Allah-taala onun üzünə yetmiş fəqirlik qapısını açar ki, onlardan ən kiçiyi budur ki, geyinməyə bir şeyi olmaz."3
Başqa bir rəvayətdə yenə də həmin mövzuda İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Əbuzərə vəsiyyətində, buyurur:
"Ey Əbuzər! Camaatdan bir şey dilənməkdən çəkin! Çünki, bu iş, zillət və tez yetişən fəqirlikdir. Qiyamət günündə isə uzun müddət hesabı var. Ey Əbuzər! Əlini dilənmək ünvanı ilə camaata tərəf uzatma. Lakin, istəmədiyin halda sənə bir şey çatsa, onu qəbul et! “4
İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur:
"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlir və ərz edir: Mənə elə bir şey öyrət ki, Behiştə getməyimə səbəb olsun. Həzrət buyurdu: Qəzəblənmə, camaatdan dilənmə və özünə nə bəyənirsənsə onu da camaata bəyən! “5
Həzrəti Əli (əleyhissalam)-a nisbət verilən divanlardan birində buyurur:
“Əgər gecəni tam azadlıqla sübhə çatdırmaq istəyirsənsə, təlaş və çalışmağı bəndənin köləsi qərar ver.Bütün meyllərini camaatın mallarından qət et və heç bir ünvanla camaatın malına gözünü tikmə!"
Aşağadakı məzmundakı iki sətir divanda, İmam Həsən (əleyhissalam)-a nisbət verilir, buyurur:
"Bütün insanlardan, Allaha təvəkkül etməklə özünü biniyaz et. Bu vaxt yalançılıqdan doğruluğa doğru ehtiyacsız olacaqsan. Ruzi və mərhəməti Allahdan istə ki, Ondan başqa ruzi verən yoxdur!"
Yenə Həzrət Əli (əleyhissalam)-a nisbət verilən başqa divanlardan birində buyurur:
"Uca qüllələrdən ən ağır daşları həml etmək, mənim üçün camaatın yanınıda minnət çəkməkdən daha yaxşıdır. Camaat mənə deyir: Qazanmaq ardır. Halbuki, ar və xəcalət, dilənməyin zilltindədir.”
Əmirəl-mö`inin Əli (əleyhissalam), Ərəfatda camaatdan dilənən bir nəfər görür. Taziyanə ilə ona anladır, buyurur:
Vay olsun sənə! Belə bir gündə Allahdan başqasındanmı istəyirsən?
İslam Peyğəmbəri(səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
"Camaatdan bir şey istəməyin! Bu vaxt bir nəfər fəqir içəri girib Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) kömək tələb etmək istədi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu cümləni təkrarladı: Hər kim bizdən istəsə, ona əta edirik. Hər kim Allahdan ehtiyacsızlıq istəsə, Allah onu (camaata) ehtiyacsız edər.Başqa bir nəqldə buyurur:
"Hər kim bizdən dilənməsə, bizim yanımızda daha əzizdir”1
Fəqir kişi bir şey istəməyib öz evinə qayıdır. Arvadı soruşur: Nəyə görə istəmədin ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizə kömək etsin?Kişi əhvalatı arvada olduğu kimi nəql edir. Fəqir, səhra və biyabana gedir. Tikan qırmaqla dövlətləşir. Günlərin birindəİslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlir və əhvalatı olduğu kimi Həzrətə nəql edir. Həzrət buyurur:
Həmin ki, demişdim! Hər kim Allahdan ehtiyacsızlıq istəsə, Allah onu (camaatdan) ehtiyacsız edər. “
Bura qədər dilənçiliyin məzəmmət olunası barəsində bəhs olundu. Bəhs etdiyimiz rəvayətin məzmunu bu idi ki, dilənçilik, insanın vüqar və dəyərini aradan aparır. Onun ruhiyyəsini müşkülatlara salır və fəqirlik qapılarını onun üzünə tayba-tay açır. Bəs insan nə qədər ki, imkanı var camaatdan bir şey diləməkdən çəkinsin. Ancaq, əgər doğurdan da möhtac olsa və başqsına ağız açmaqdan başqa yolu yoxdursa, İslam burada da göstəriş verir ki, hər kəsə ağız açmasın, bəlkə də əhlindən istəsin.
Dostları ilə paylaş: |