Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə51/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

37. HƏMKARIN HAQQI


وَأمّا حَقُّ الخَلِيطِ فَأَنْ لا تَغُرَّهُ ولا تَغُشَّهُ ولا تُكَذِبَهُ ولا تُغَفِّلَهُ ولا تَخدَعَهُ ولا تَعمَلْ فِي انتِقَاضِهِ عَمَلَ الْعَدُوِّ الَّذِي لا يُبقِي عَلَى صَاحِبهِ وَإنِ اطْمَأَنَّ إلَيكَ اسْتَقْصَيتَ لَهُ عَلَى نفْسِكَ وَعَلِمْتَ أَنَّ غَبْنَ الْمُسْتَرْسِلِ رِِبًا. ولا قُوَّةَ إلا باللهِ.

"mkarın haqqı səninlə budur ki, onu aldadmayasan, ona yalan deyib hiylə lməyəsən, onu qəflətdə saxlamayasan və düşmən kimi öz qarşı tərəfini diqqətə alıb, onun işlərini pozmayasan. Əgər sənə e`timad edərsə, nə qədər imkanın var onu doğrult. Bilki, sənə e`tibar edəni aldadmaq sələm əməli kimi bir şeydir. Allahdan başqa h bir güc-qüvvət yoxdur!”

İmam Səccad (əleyhissalam) buyurur: Hər kim səninlə hər növ yodaşlıq və həmkarlıq edərsə, sənə qarşı haqqı vardır. O da budur ki, onu aldadmayasan və ona qarşı hər cür hiylə və kələkdən çəkinəsən. Onunla düşmən kimi rəftar etməyəsən. Sənə e`timad edən halda ona zərbə vurmayasan!

Keçən bəhslərdə yoldaşın vədostun hüquqları barəsində çoxlu ayə və rəvayətlər zikr etdik. Onların həmkarlıqla bağlılığı çoxda az deyildi. Onları təzədən təkrarlamırıq. Ancaq, həmkarlığa aid bir neçə rəvayətə işarə edəcəyik.


HƏMKARLIQ BARƏSİNDƏ RƏVAYƏTLƏR


İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

"İnsanların ən xoşbəxti o kəsdir ki, əhali ilə dahisinə mkarlıq etsin! 1

Bu hədisdə, insanın səadətinin amillrindən birinin yaxşı həmkar və səmimi dostları olması qeyd edilir. Yenə də həmin mövzuda,İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

"Alimlərdən soruşun, ariflərlə əlaqəniz olsun və fəqirlərlə oturub-durun! “2

Bu hədisdə də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) cəmiyyətin üzvlərinə tövsiyə edir ki, öz rabitələrini arif və hikmətli şəxslərdən kəsməsinlər.


YAXŞI DOSTUN XÜSUSİYYƏTLƏRİ


İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

"Allah-taala, r kimə bir xeyir yetirmək istəsə, ona saleh bir dost yetirər. Əgər Onu unutsa, xatırladar, əgər xatırlasa, ona kömək edər.”1

İnsanın seçdiyi dostu sağlam əqlli və təcrübəli olmalıdır. Keçən bəhslərdə qeydetdik ki, əvvəla,nadan və ağıldankəm dostlardan çəkinmək lazımdır. İkinci, dost, dindar olub niyyəti xeyir olsun. Üçüncü, dostunyaxşı bəyənilmiş əxlaqi xüsusiyyələri olsun. Çünki, pis dost, insanı şər və xətaya çəkəcək. Dördüncü, dostluğa meyli olsun və insanla həqiqi dost olsun.

İmam Səccad (əleyhissalam) insanı dostluqda, hiylə və məkrdən çəkindirir. Hiyləgər insan aqil deyildir. Məkr və hiylə o şeyə deyilir ki, insanın batini ilə əməli fərqli olsun.İmam Sadiq (əleyhissalam) buyurur:

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Hiyləgər, mənim ümmətimdən deyildir2

Əmirəl-mö`minin Əli (əleyhissalam) yalançılığa mübtəla olan şəxs barəsində buyurur:

"Yaxşı olar ki, insan, yalançılığa mübtəla olmuş şəxslə, dostluq və qardaşlıq etməsin!. Çünki, belə xasiyyətə mübtəla olmuş şəxs, doğru da danışsa, yalan kimi qələmə veriləcək.“3

Bu qismətdə bəyan olan haqqın qısası budur ki, yaxşı dost və yoldaş, Allah-taalanın böyük ne`mətlərindən biridir və insanın boynunda haqqı vardır. Onun haqqını hiylə və kələklə zay etmək olmaz. Əksinə, hər bir dost öz dostunun haqqını gözləməlidir.



38. İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNMUŞUN HAQQI


وَأمّا حَقُّ الخَصْمِ المُدَّعِي عَلَيْكَ، فَإنْ كَانَ مَا يَدَّعِي عَلَيكَ حَقّاً لَمْ تنفَسِخ فِي حُجَّتِهِ وَلَمْ تَعمَلْ فِي إبطَالِ دَعْوَتِهِوَكُنْتَ خَصْمَ نفْسِكَ لَهُ والحَاكِمَ عَلَيْهَا والشَّاهِدَ لَهُ بحَقِّهِ دُونَ شَهَادَةِ الشُّهُودِ، فَإنَّ ذلِكَ حَقُّ اللَّهِ عَلَيْكَ، وَإنْ كَانَ مَا يَدَّعِيهِ بَاطِلاً رَفَقْتَ بهِ وَرَوَّعْتَهُ وناشَدتهُ بدِينِه وَكَسَرْتَ حِدَّتهُ عَنكَ بذِكْرِ اللهِ وَأَلْقَيْتَ حَشْوَ الْكَلامِ وَلَغَطَه الَّذِي لا يَرُدُّ عَنْكَ عَاديَةَ عَدُوِّكَ بَلْ تبُوءُ بإثمِهِ وَبهِ يَشْحَذ عَلَيْكَ سَيفَ عَدَاوَتِهِ لأَنَّ لَفْظَةَ السُّوءِ تَبعَثُ الشَّرَّ. وَالخَيْرُ مُقْمِعَةٌ لِلشَّرِّ. وَلا قُوَّةَ إلا باللهِ.

"Sənə qarşı iddiaçının haqqı budur ki, əgər iddiasında doğrudursa, dəlilini sındırma və iddiasını batil etmə. Özün onun xeyrinə və öz əleyhinə km et. Şahid olmayan halda, ona şahid ol. Çünki, bu, Allahın sənin boynuna qoyduğu haqqdır. Əgər öz iddiasında batildirsə, onunla yumuşaq rəftar et və onu qorxuzub dininə and içdir. Allahı ona xatırlatmaqla batil yolunun qarşısını al. Onunla çoxda pisləşmə, çünki, bu işin düşməninin sənə qarşı təcavüzünün qarşsını almaz. Bəlkədə, onun nahına giriftar olub, onun düşmənçilik şəmşiri sənə qarşı daha da itilənər. Çünki, pis söz şər tirər və yaxşı söz şərri aradan türər. Allahdan başqa h bir güc-qüvvət yoxdur! ”

Sözün qısası budur ki, sənə qarşı iddiası olan şəxs, iki haldan xaric deyildir. Ya iddiasında doğrudur. Bu vaxt haqq onunladır. Bu anda onun haqqı sənin boynunda budur ki, iddiasını qəbul edib öz əleyhinə hökm verəsən. Çünki, burada haqq, Allahdır. Əgər iddiasında batildirsə, onun haqqı sənin boynunda budur ki, onunla yumuşaq rəftar edib, həddini aşmağın qarşısını alasan. Acı sözlərinlə onun acılığını çoxaltma ki, acı şəmşir sənə qarşı, daha da acılansın. Bəlkədə, səbr və aramlıqla öz səhvini ona başa salmağa çalış!

وَأمّا حَقُّ الخَصْمِ الْمُدَّعَى عَلَيهِ فَإنْ كَانَ مَا تدَّعِيهِ حَقًّا أَجْمَلْتَ فِي مُقَاوَلَتِهِ بمَخرَجِ الدَّعْوَى، فَإنّ لِلدَّعْوَى غِلْظَةً فِي سَمْعِ الْمُدَّعَى عَلَيهِ. وَقَصَدْتَ قَصْدَ حُجَّتِكَ بالرِّفْقِ وَأَمْهَلِ الْمُهْلَةِ وَأبْينِ الْبَيَانِ وَألطَفِ اللُّطْفِ ولَمْ تَتشَاغَلْ عَنْ حُجَّتِكَ بمُنازَعَتِهِ بالقِيلِ وَالقَالِ فَتَذهَبْ عَنْكَ حُجَّتُكَ ولا يَكُونَ لَكَ فِي ذَلِكَ دَرْكٌ. ولا قُوَّةَ إلا باللهِ.

Əleyhinə iddia etdiyin şəxsin sənin boynunda haqqı budur ki, əgər ona qarşı iddianda haqqlısansa, davadan xaric olmaqdan ötrü onunla yumuşaq rəftar et. Çünki, qarşı tərəfin qulağında sənin iddianın çox tə`siredici əsəri vardır. Tam aramlıq və aydınlıqla öz dəlilini ona başa sal və onunla deyişməyə rə öz dəlilindən əl türmə. Çünki, dəlil əlindən çıxandan sonra ələ tirmək çətindir. Allahdan başqa h bir güc-qüvvət yoxdur! ”

Qısası,əgər haqq səninlədirsə, onun haqqı sənin boynunda odur ki, rahatçılıqla öz dəlilini ona bəyan edəsən və öz iddianı sübuta yetirəsən. Öz dəlilini bir elə bəyan et ki, haqqın aradan getməsin!


Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin