Elmin məqaminin əHƏMİYYƏTİ


MƏHƏBBƏTDƏ İFRATA YOL VERMƏK



Yüklə 10,72 Mb.
səhifə24/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

MƏHƏBBƏTDƏ İFRATA YOL VERMƏK


Müqəddəs İslam dini, valideynləri övladlarına qarşı məhəbbət izah etmələrinə göstəriş vermələri ilə bərabər onları ifrat dərəcədə olan məhəbbətdən çəkindirmiş və ifrat məhəbbətin nəticələrini onların qulaqlarına çatdırmışdır. İmam Baqir (əleyhissalam) bu barədə buyurur:

"Ən pis atalar onlardır ki, övladlarına məhəbbət göstərməkdə həddi aşıb ifrata varırlar! Ən pis övlad onlardır ki, vəzifələrini yerinə yetirməkdə səhlənkarlıqları ilə atanı özlərindən narazı salırlar."1

Bu hədisdə, ifrat məhəbbətin törətdiyi bədbəxtliklərə işarə olunur. Məhəbbətdə ifrat, övladın təkəbbürünə səbəb olur və onu öz sözünü yetirməyə cəhd edən şəxsə çevirir. Əli (əleyhissalam) bu barədə buyurur:



"Ən pis ruhi halət, özünü bəyənmək və özündən razı olmaqdır."2

QIZLAR ƏN YAXŞI ÖVLADLARDIR


Allah-taalanın valideynə verdiyi övladların qədrini bilmək lazımdır. Bilmək lazımdır ki, onlar İlahi əmanətlərdir. Valideynlər, onların müqabilində öz məs`uliyyətlərini bilməlidir. Onların tərbiyəsində çox çalışmalıdırlar. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nəzərində qız uşaqları oğlanlardan daha çox məhəbbət və nəvaziş tələb edir. Ona görə də görürük ki, Mə`sumların (əleyhimussalam) rəvayətlərində qız uşaqlarına daha çox məhəbbət göstərilməsinə tə`kid olunub. Aşağıdakı misallara diqqət edək:

Həzifə Yəməni, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur: "Ən yaxşı övladlarınız qızlarınızdır. 3

Yenə də Həzrətdən nəql olunur, buyurur:"Qızlar ehsan, oğlanlar isə ne`mətdirlər. Ehsana mükafat və savab veriləcək. Ne`mət barəsindəinsandan sorğu-sual olunacaq."4

İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) müjdə verilir ki, Allah sizə qız uşaqı bağışlayıb. Əshab bu xəbəri eşitməklə üz gözlərini turşudaraq narazılıq haləti alırlar. Həzrət buyurur: Sizə nə oldu? Bu nə haldır baş verib? Qız uşaqı bir ldür ki, onu iyləyərəm. Ruzisi də Allahladır."

Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Ən yaxşı övladlar özlərini qoruyan qız uşaqlarıdır. r kimin bir qızı olsa, Allah onun ata-anasını atəşdən hifz edər. r kimin iki qızı olsa, Allah onlarla valideynlərini behiştə salar. r kimin üç qızı və ya üç bacısı olsa, Allah ondan cihad və sədəqə əmrini türər."

İbni Abbas, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:



"Hər kim bazara girib əhli-əyalına töhfə alsa, ehtiyaclı şəxslərə sədəqə verən hökmündədir! Qızlar, oğlanlardan üstün tutulmalıdır. Çünki, hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir köləni azad etmişdir."

ÖVLADI ELƏ BÖYÜDÜN Kİ, İZZƏTİNİZ SAYILSIN


İmam Səccad (əleyhissalam) övladların haqqı barəsində bə`zi yerdə belə buyurur:

"Övladlarınızla elə rəftar edin ki, sənin tərbiyənin yaxşı tə`siri onların ictimai gözəllik camallarına səbəb olsun. Onu elə yetişdir ki, dünyasının müxtəlif yollarında abırlı və izzətlə yaşayış edib, sənin camalının qaynağı hesab olunsun! "

Əvvəlcədən işarə etdik ki, məhəbbətdə ifrat, övladda təkəbbür əmələ gətirir. Bu işin nəticələrindən biri də uşaqın ictimaiyyətdə tüfeyli böyüyüb, özünə e`timad edə bilməməsidir. Atalar uşaq yaşlarından öz övladlarında müstəqillik və özlərinə e`timad etmək xüsusiyyətini yetişdirməlidirlər. Bununla da, onlar müxtəlif müşküllər müqabilində möhkəm dayanıb sinə gələrlər.

Bu mövzunu İmam Sadiq (əleyhissalam)-dan nəql olunan, Loğmanın öz oğluna etdiyi tövsiyədə müşahidə edirik ki, buyurur:

"Loğman öz oğluna belə dedi: Ey oğlum! Əgər uşaqlıqda ədəb öyrənsən, böyüyəndə ondan bəhrələnərsən. Hər kim ədəb öyrənmək istəsə, ona ciddi yanaşar. Hər kim ədəb öyrənməkdə ciddi olsa, əxlaq və tərbiyə elmlərini öyrənmək zəhmətinə düşər. Hər kim tələb yolunda ciddi olsa, nəhayət, məqsədinə yetişər və ondan fayda götürər! "

Əziz oğlum! mişə öz nəfsini, vəzifələrini və vacib işlərini yerinə yetirməyə məcbur et! Öz canını insanlar tərəfindən sənə lə biləcək əzab-əziyyətlərin müqabilində səbrli və dözümlü olmaqa hazırla. Əgər dünyada böyük izzət və məqama yetişmək istəyirsənsə, əhalidən tamahını ğışdır və onlara ümüdvar olma. Peyğəmbərlər və Allah adamları əhalidən öz mənfəət zünü çəkməklə böyük və ali məqamlara nail olublar."1

Bu göstərişdə görürük ki, Loğman-həkim, öz övladına özünə e`timad ruhiyyəsi verib, əhalinin əlində olanlardan gözünü çəkməsini tövsiyə edir. Bu həmin halətdir ki, övladların müstəqil və tərbiyəli böyüməsinə səbəb olur. Atalar övlad tərbiyəsində bu göstərişlərə diqqət etməlidirlər.




  1. Yüklə 10,72 Mb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin