Dissertasiya işinin ilkin planı
Giriş
I Fəsil. Debitor və kreditorlarla hesablaşmaların uçotunun nəzəri metodiki əsasları.
II Fəsil. Debitor və kreditorlarla hesablaşmaların uçotu və onun müasir bazar iqtisadiyyatı şəraitində vəziyyəti.
III Fəsil. Debitor və kreditorlarla hesablaşmaların uçotunun təkmilləşmə yollarını araşdırılması.
Nəticə və təkliflər
Ədəbiyyat
Əlavələr
Ədəbiyyat icmalı
Müasir iqtisadi şəraitdə müəssisələr arasında daimi olaraq ticarət əlaqələri baş verir, məhsulların və xidmətlərin alış - satış əməliyyatları baş verir. Söatılmış məhsullar və yerinə yetirilmiş xidmətlərlə əlaqədar olaraq debitor və kreditorlarla ilə hesablaşma münasibətləri həyata keçirilir. Bununla yanaşı digər başqa əlaqələr alıcılarla, müxtəlif ictimai təşkilatlarla, işçi heyətilə,sifarişçilərlə, və s. digər müəssisə və təşkilatlarla hesablaşma əməliyyatı aparılır ki, bu da debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılmasının vacibliyinə gətirib çıxarır.Buna görə müəssisə fəaliyyətinin davamlı fəaliyyətində debitor və kreditorlarla hesablaşmaların uçotu mühüm rol oynayır. Müəssisələr arasında aparılan maliyyə əlaqələrinə əsaslanan hesablaşmalar iki formada aparılır:
Nağd hesablaşmalarla
Nağdsız hesablaşmalarla
Müəssisələr və təşkilatlar arasında nağd olmayan hesablaşmaların aparılmasının əsasını hər bir müəssisənin özünə uyğun müvafiq bankda müxtəlif hesabların açılması təşkil edir.Müasir hesablaşma sistemində bank və ya digər pul-kredit təşkilatı ilə aparılan əməliyyatlar müəssisələr arasında vacib olan təminatlı münasibət forması kimi çıxış edir. Bu hesablaşma növünə əsasən müəssisələr arasında bağlanan müqavilələrə uyğun aparılan bir sıra əməliyyatlar və ümumilikdə baş verən maliyyə-təsərrüfat əlaqələri ilə hesablaşmalar həyata keçirilir ki, bunun nəticəsi olaraq debitor və kreditorlarla uçotunun aparılmasının təşkilinə zəmin yaranır. Hal-hazırda mövcud olan qanunlara uyğun olaraq bütün növ təşkilatlar dövlət, kooperativ,o cümlədən,xüsusi mülkiyyətli və digər müəssisə və təşkilatlar onlara məxsus olan pul vəsaitlərini banklarda mühafizə olunmasını təşkil edir.
Dostları ilə paylaş: |