Tədqiqatın predmeti və obyekti.Dissertasiya işinin tədqiqatının obyekti müasir üsul və vasitələrlə hazırlanan yeniyetmə qızlar üçün paltolardır.
Tədqiqatın əsas məqsədi və vəzifələri. Bu magistr dissertasiya işində tikiş müəssisələrində istehsal olunan yeniyetmə qızlar üçün paltoların müasir ölçü və baza konstruksiyasının qurulması ilə düzgün bədii layihələndirilməsidir.
Tədqiqatın informasiya bazası və işlənməsi metodu.Magistr dissertasiya işimdə nəzəri və eksperimental metodlardan,yerli və xarici ədəbiyyat və internet portallardan istifadə edilmişdir.