Tədqiqatın elmi yeniliyi. Magistr dissertasiya işinin elmi yeniliyi,yeniyetmə qızlar üçün xəz yaxalıqlı paltonun bədii layihələndirilməsində texnoloji ardıcıllığın tərtibinin müasir üsul və vasitələrlə təkmilləşdirilməsidir.
İşin strukturu və həcmi. Dissertasiya işi giriş,4 fəsil,nəticə və təklifdən və istifadə olunmuş 27 ədəbiyyat sihayısından ibarətdir.
Dissertasiya işinin I fəslində Tikiş məmulatlarının keyfiyyət göstəriciləri,tikiş sənayesində baş verən nöqsanlar haqqında ümumi məlumat verilir. Bundan başqa Yeniyetmə qız geyimlərinin bədii tərtibatının analizi haqqında izahatlar verilmişdir.Habelə modanın dəyişməsindən asılı olaraq dizayn elementlərinin analizinin məsələsi də nəzərdən qaçmamışdır.