İtaliya. İtaliyada ilk lizinq şirkəti 1963-cü ildə yaranmışdır. Hazırda İtaliya lizinq assosiasiyasında 50 şirkət vardır.
Ən iri italyan (şirkəti) lizinq qrupu “Lokafit” lizinqə işçi alətlərini, yerqazan maşınları, ofislər üçün avadanlığl, kompüterləri, daşınmaz əmlakı, nəqliyyat (avtomobillər, təyyarələr, gəmilər və s.) verirlər.
Təsisçilərdən biri də “Bank Nasional de Lavoro”dır. Bu qrup, Almaniyada, Fransada, ABŞ-da, İspaniyada, Çində müştərək firmalar yaratmış, Macarıstan və bir sıra keçmiş Yuqoslaviya ölkələri ilə əməliyyatları həyata keçirir.
Beləliklə, göründüyü kimi, lizinq, dünyada kreditləşdirmənin ən yayılmış formalarından biridir.
Lizinq çox qısa bir müddət ərzində investisiya fəaliyyətinin əsas və rahat alətlərindən birinə çevrilmişdir, baxmayaraq ki, ABŞ və Almaniya kimi aparıcı kapitalist ölkələrində lizinq münasibətlərini nizamlayan xüsusi qanunlar və qanunvericilik aktları yoxdur.
Hazırda inkişaf etmiş ölkələrdə investisiyaların 25-30%-i lizinq əməliyyatlarının payına düşür. Yeni məhsulların təxminən 80%-i lizinqə götürülmüş avadanlıqda istehsal olunur.
Müasir dünya lizinq bazarı əsas iqtisadi mərkəzlərdə - ABŞ, Qərbi Avropada, Yaponiyada cəmləşmişdir. Beynəlxalq lizinq xidmətləri bazarı ən dinamik inkişafda olan bazarlardandır.
Məsələn, ABŞ-da lizinq əməliyyatlarının investisiyaların ümumi həcmində xüsusi çəkisi 35%-dən çoxdur. Yaponiyada, öz növbəsində, lizinq əməliyyatlarının illik artımı 25%-40% təşkil edir.
Qərbi Avropa ölkələrində lizinq investisiyalarını İrlandiya (ümumi həcmin 46%-i) və İngiltərə (35.8%), Şərqi Azropa ölkələrində isə - Çexiya həyata keçirirlər.
Hər bir halda əməliyyatların miqyası belədir ki, məsələn, Avropanın investisiyasının 15%-dən çoxu Avropa Birliyinin “Avrolizinq”inə daxil olan оlizinq şirkətləri tərəfindən maliyyələşdirilir. Bu təşkilatın məlumatlarına əsasən onun tərkibində 1200-dən çox lizinq şirkəti vardır.
Avropanın lizinq bazarında aparıcı rolu Böyük BritaniyaŞ Almaniya, Fransa, İtaliya oynayır. Bu ölkələrin lizinq əməliyyatlarının həcmi Avropanın daşınan əmlak bazarında payı 73% , daşinmaz əmlak bazarında isə - 80% təşkil edir.
Daşınan əmlak bazarında lizinqin əsas obyektləri avtomobillər (37,2%); maşınlar, avadanlıq, qurğular (23,9%); yol nəqliyyatı vasitələri (15,4%); kompüterlər və təşkilat texnikası (11,8%); təyyarələr, gəmilər, yük və dəmir yol nəqliyyatı (5,6%), sair obyektlər (6,1%) təşkil edirlər.
Şərti işarələr:
1-maşınlar, sənaye avadanlığı;
2- kompüterlər və təşkilat texnikası;
3-yol-nəqliyyat vasitələri;
4-avtomobillər;
5- təyyarələr, gəmilər, yük və dəmir yol nəqliyyatı;
6-sairlər.
Avropada daşınan əmlakın əsas istehlakçıları (lizinq alanlar) xalq təsərrüfatının aşağıdakı sahələrinə məxsusdur: özəl istehsal sahələri – 47,6%; sənətkarlıq, sənaye, tikinti sənayesi – 34,7%; özəl istehlakçı -7,6%; ictimai xidmət müəssisələrinə - 3,7%; kənd təsərrüfatı, meşəçilik, balıqçılıq - 2,6%; sairlər - 3,8% [10].
Daşınan əmlaka kontraktlar əsasən 5 ilədək – 74,5%; 2 ildək- 11,0%, 10 ildək – 9,4% və 10 ildən yuxarı – 5,1%, bağlanılır [15].
Beləliklə, dünya lizinq bazarının əlli ildən çox inkişafının təhlili göstərir ki, lizinqin təşkilinin dörd əsas variantları mövcuddur:
bank strukturlarlında yaradılan lizinq xidmətləri;
banklar tərəfindən yaradılan universal lizinq şirkətləri;
maşın və avadanlığın iri istehsalçıları tərəfindən yaradılan ixtisaslaşmış və öz məhsulunun bir hissəsnini lizinqə verən lizinq şirkətləri;
texnikanın göndərilməsi və ona xidmət göstərilməsi ilə ixtisaslaşan iri firmalar tərəfindən yaradılan lizinq şirkətləri.
Dostları ilə paylaş: |