Əlyazması hüququnda t ağızadə Elçibəy Kamandar oğlu (magistrantin a. S. A.) «Fond birjalarinin əsas iqtisadi göstəriciləri və onlarin təhlili yollari»



Yüklə 1,46 Mb.
səhifə14/23
tarix01.01.2022
ölçüsü1,46 Mb.
#104989
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
Birinci qrup indikatorlar:

1. Sürüşkən orta - moving average (ing.) - sonradan МA.

Bu, qiymətləri ortalayan indikatordur. Qiymətin qrafiki olduğu pəncərəyə qrafiki (indikatoru) əlavə etmək lazımdır.

МА qiymətin bir neçəmüddətlər ərzində orta ölçüsünü göstərir.

МА bir neçə növü mövcuddur:



SMA - sadə МА;

ЕМА - eksponensial МА;



VMA - həcmli МА;

SMMA - hamarlanmış МА.

МА öz aralarında hesablaşma metodlarına görə fərqlənirlər.


  • Sadə МА üçün bütün qiymətlər bərabərdirlər.

  • ЕМА üçün bir-birinə yaxın qiymətlərə daha böyük çəki (yəni əmsal əlavə olunur), bir-birindən uzaqlara isə - az çəki verilir.

  • VMA- hesablaşmalarda həcm nəzərə alınır.

  • SMMA - bu hamarlanmışın ilk ölçüsü sadə orta sürüşkən (SMA) kimi hesablanır: Bu indikatorların verdiyi siqnalların çox böyük əhəmiyyəti vardır, çünki bunların vasitəsilə bazarda baş verən hallara qabaqcadan hazır olmaq mümkündür. Bir МА tərəfindən verilən siqnallar aşağıdakı kimidirlər:

  • yuxarıya doğru dönmə - almaq;

  • aşağıya doğru - satmaq;

  • qiymət MA-nı aşağıdan yuxarıya doğru kəsib keçirsə - almaq;

  • yuxarıdan aşağıya doğru - satmaq.

Bütün МА-dan olan mənfilər - gecikmələri göstərirlər.

2. МАСD indikatoru (sürüşkən orta konvergensiya (uyğunlaşma) - divergensiya (uzaqlaşma) indikatoru).

Bu indikator iki sürüşkən orta arasında olan nisbəti göstərir.

МАСD indikatorunun siqnalları:

İndikator siqnal xəttini aşağıdan yuxarıya doğru kəsib keçərkən - alışı, yuxarıdan aşağı olanda isə - satışı həyata keçiririk.

3. «Moment» indikatorunun siqnalları:

Əgər indikator sıfır xəttini yuxarıdan aşağı doğru kəsib keçərkən - alış, aşağıdan yuxarıya olanda isə - satış yerinə yetirilir. Bu indikatordan hazırki dövrdə daha az-az istifadə olunur.

Bundan əlavə, bu indikatorlardan istifadə edərkən divergensiya effektini (yəni, indikatorun göstəriciləri ilə qiymətin davranışı arasında olan kənarlaşmaları) nəzərə almaq lazımdır. Divergensiyanı aşkar olunması zamanı indikatora diqqət vermək lazımdır.




Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin