Əmək məcəlləsi təlimi


İşçinin “şəxsi işi”nin tərtibi



Yüklə 3,73 Mb.
səhifə6/9
tarix13.11.2023
ölçüsü3,73 Mb.
#132427
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
Təlim 1ci dərs son (2)

İntizam tənbehi əmək kitabçasına qeyd edilməlidirmi?

İşçinin “şəxsi işi”nin tərtibi


Kadrların şəxsi uçot vərəqəsi
Tərcümeyi-hal
Şəxsiyyəti təsdiq edən sənədin surəti Hərbi biletin surəti
Təhsil barədə diplomların surəti
İştirak etdiyi təlim, seminar və kurslardakı sertifikatların surəti
Əmək müqaviləsi, əmək müqaviləsinə əlavələr
Əmək müqaviləsi bildirişi Vəzifə təlimatı
İşçi ilə bağlı müvafiq əmrlər, attestasiya vərəqəsi

Kadr inzibatçılığı zamanı istifadə edilən sənədlər


Əmrlər
  • Kargüzarlıq işini təkmilləşdirmək və ya işçilərlə bağlı əməliyyatları rəsmiləşdirmək məqsədilə həyata keçirilir
  • Şərh və sərəncam hissələrindən ibarət olur. Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır
  • Əmrin sərəncam hissəsi mətn dayandırılmadan «əmr edirəm» sözləri ilə başlanır
  • Əmrin mətni əlaqədar struktur bölmələri ilə razılaşdırılır
  • Bəzi halların rəsmiləşdirilməsi zamanı əmrlər mütləqdir (məzuniyyət, intizam tənbehi, əmək müqaviləsinə xitam verilməsi və s.)

Protokollar
  • Təşkilatların kollegial orqanlarının iclaslarının, habelə təşkilat rəhbərinin göstərişi ilə digər iclas və müşavirələrin protokolu yazılmalıdır
  • Protokolun mətni giriş hissəsindən və əsas hissədən ibarət olur
  • Protokollarda protokolun giriş hissəsində iclası aparan sədrin və katibin adları və soyadları, dəvət edilənlərin siyahısı, məruzəçinin (məruzəçilərin) adları və soyadları, müzakirə ediləcək məsələnin (məsələlərin) adları verilir
  • Protokolda əvvəlcə məruzələrin və çıxışların qısa mətni, sonra isə qərar hissəsi verilir. Protokol təşkilat rəhbəri və iclasın katibi tərəfindən imzalanır və təqvim ili çərçivəsində nömrələnir

Aktlar
  • Aktın mətni giriş və şərh hissələrindən ibarət olur
  • Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur
  • Aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməlidir
  • Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir
  • Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır

Arayışlar
  • İşçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayışlar verilir
  • Arayışın kimə və nə üçün verildiyi göstərilir
  • Arayışın hansı məqsədlə tərtib

  • edildiyi qeyd edilir
  • Arayışlar xüsusi blankda yazılır

Xasiyyətnamələr
  • İşçinin müraciəti əsasında onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verilir
  • İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər
  • İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən

tərəfindən başqa
işəgötürən
yerə
göndərilməsi yolverilməzdir
  • Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin