ƏMƏk müqaviLƏSİ Əmək müqaviləsini bağlayan tərəflər haqqında məlumatlar



Yüklə 0,54 Mb.
səhifə5/12
tarix17.02.2022
ölçüsü0,54 Mb.
#114513
1   2   3   4   5   6   7   8   9   ...   12
Əməyin mühafizəsi üzrə
4.8. Vəkil köməkçisinin sağlamlığının, əməyinin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır;

4.9. Vəkil köməkçisi əməyin mühafizəsi normaları ilə _______________ bir dəfədən az olmayaraq təlimatlandırılır;

4.10. Vəkil köməkçisi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;

4.11. Vəkil qurumunun rəhbəri/fərdi qaydada fəaliyyət göstərən vəkil vəkil köməkçisini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır;

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində vəkil köməkçisinin həyatına və sağlamlığına dəyən zərərlə bağlı onun peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə sığorta ödənişi verilir;

4.12. Vəkil qurumunun rəhbərinin/fərdi qaydada fəaliyyət göstərən vəkilin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə vəkil köməkçisi həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında vəkil qurumunun rəhbəri/fərdi qaydada fəaliyyət göstərən vəkil qanunvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin