Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə


kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz qapı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   2   3   4   5   6   7   8   9   ...   54
-kitabyurdu.org--KY0000244

kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz qapı 

qonşularıdan ulduzlar qədər uzaqdırlar. Telefonlar artıq məftilsizdir və istənilən yerdən 

danışmaq olur. Amma danışılan yenə də qiybət, yalan və yaltaqlıqdır. 

 

Azadın fikirləri mənim fikirlərimlə üst-üstə düşürdü. 



Bir gün soruşdum: 

- Sən bu fikirləri hardan deyirsən? Sənə bunları kim danışır? 

Azad cavab verdi: 

-Mən tək deyiləm. Mənə bunları “A” danışıb. A Başqalarına da maraqlı həqiqətlər açırdı. Sonra 

biz hamımız birləşdik. İndi biz birlikdə bütün bu sualların cavabını, bütün bu tələlərdən çıxış 

yolunu axtarırıq. Əgər istəsən burdan çıxan kimi səni A ilə tanış edərəm. Özün onunla 

danışarsan. O mənim dostumdur. 

- İstəyərdim. Amma deyəsən burda hələ çox qalacağıq. 

- Yox, bu günlərdə buradan çıxırıq. A artıq hər şeyi fikirləşib.Bax, o biri kameradakı namaz 

qılan oğlanı görürsən? 

- Hə, nədir ki? 

- O da bizim qrupdandır. Aslan. Biz onunla eyni vaxtda bura düşdük. Mən sərxoşu vuranda o da 

yanımda idi. Həmin gün A adamlarını göndərdi. Onlar da Aslana səccadə verdilər ki, 

namazlarını rahat qılsın. O gündən Aslan namaz qılır. 

Mən başa düşmədim: 

- Nə olsun ki  namaz qılır? Burdan çıxmağa nə dəxli var? 

- Aslan mənim uşaqlıq dostumdur.Mən hələ onun namaz qılmağını görməmişəm. İndi isə özün 

görürsən bütün günü səccadənin üstündən qalxmır. Məncə burda nə isə bir iş var. Yüz faiz nə 

isə bir iş var. 

Mən Azadın bu şübhələrinə o qədər fikir vermədim. Hər halda Aslan namaz qılmaqla nə 

edəcəkdi? Mələkləri bölməyə tökən deyil ki. Amma Azada dedim ki, çıxanda onlarla getmək 

istəyərəm. 

Yenə Dünyanın haqsızlıqlarından danışırdıq.O da hər dəfə danışanda misal gətiridi. A belə 

deyir, A elə deyir, A deyir ki əslində, A-nın dediyinə görə... bu mənə çox qəribə gəlirdi. Nə 

demək idi A? Niyə A? Bu sualları içimdə düşünürdüm. 



Son söhbətimiz mənəvi inkişafın təzadlarından idi.Azad deyirdi ki  

- İzahlı lüğətlərdə bir dəfə sifətlər, insani keyfiyyətlər bölməsinə bax. Bütün sifətləri bir yerə 

yaz. Sonra köhnə bir lüğətə bax, paxıl , utancaq, yazıq, pis, acgöz sözlərini keçmiş lüğətlərdə 

axtar. Görəcəksən ki, bu sözlər 5 əsr əvvəl də olub, 5000 il əvvəl də olub. Deməli bu 

xüsusiyyətlər insanlarda hər zaman olub. Keçmiş lüğətlərdə elə bir insan xasiyyəti yoxdur ki

sonradan arxaikləşsin. Yəni ki gündəlik həyatda işlənməyib köhnəlsin. Əgər bütün o sözlər 

işlənirsə deməli hələ də insanlarda o xüsusiyyətlər, pis xasiyyətlər var. Köhnələn sözlər isə 

sadəcə alətlər, rütbələr və ölkə adlarıdır. Belə çıxır ki, əsrlər boyu dəyişən yalnız formadır. 

Mahiyyət isə dəyişmir. 21-ci əsr isə artıq boş formanı qırarağa tullayıb mahiyyəti dəyişmək 

əsridir. Biz bunu etmək istəyirik. 

 

Onun danışdıqları mənə çox maraqlı gəlirdi. Söhbətimizin ən şirin yerində dedilər ki, 



yanıma gələn var. Həmin klip çəkən rejissor idi, yanında da paqonlu bir yekəpər durmuşdu. 

Rejissor barmağı ilə məni göstərib dedi: 

-De budu xanımınızı qaçıran. 

Paqonlu pəzəvəng mənə baxdı: 

- Gədə, çox böyük zibilə düşmüsən. Səni sabahdan aparırıq öz bölməmizə. Başına oyun açacam 

sənin. 


Sonra Pəzəvəng gözətçilərə nə isə dedi, onlar cəsarət eləyib kişinin üzünə də baxa bilmirdilər. 

Deyəsən çox samballı adam idi. Paqonlardan da başım çıxmır ki, bilim kimdi, nəçidi. 

Onlar gedəndən sonra bir müddət özümə gələ bilmədim. Sabah məni aparıb nə istəsələr edə 

bilərdilər. Təzəcə həyata həvəsim yaranan vaxt ölmək istəmirdim. Bilirəm bu alçaqların işini 

adamı döyüb döyüb öldürərlər, adını da qoyarlar ki, yemək yeməyə gedəndə pilləkəndən yıxılıb. 

Çox təəssüf ki, paqonlar nə dövlətin qanunlarına əməl edir, nə də ki Allahın. Çox qorxmuşdum. 

Azad da məni sakitləşdirirdi ki, başını qoy yat, hər şey düzələr. Elə xəyalımda məni necə 

çırpacaqlarını təsəvvür edə-edə yuxuya getdim. 

 

Gecə saat dörd olardı. Birdən qapı açıldı. Azad da, mən də yerimizdən dik atıldıq. Aslan 



idi, əlində səccadəsi, qapının ağzında durmuşdu. Bizə sakitcə yaxınlaşıb dedi: 

- Durun, qaçmaq vaxtıdır. 

Biz də yarı ayıq yarı yuxulu onunla getdik. 

Gözətçilər daş kimi yatırdı. Aslan onların açarını götürüb dəhlizlə sağ tərəfə getdi. Oradan da  

pilləkənlə aşağı endik. Zirzəmidə xüsusi bir çıxış yolu vardı. Aslan ora kecib bizi də çağırdı. 

İçəridə polis paltarları hazır qoyulmuşdu. Biz geyindik. Sonra yenidən dəhlizə çıxıb başqa bir 

yolla getdik. Beşcə dəqiqəyə polis maşınında türmənin hasarlarını adlamışdıq. Bir az sonra 

maşını qaranlıq küçələrdən birində saxlayıb piyada getdik. Bakının mərkəzindəki binaların 

birində bizi artıq gözləyirdilər. Mənzilə daxil olduq. İçəridə iki oğlan vardı. Azad bizi tanış etdi: 

- Tanış olun – bu, Anardı. Biz onunla türmədə bir yerdə qalırdıq. O da bizdən biridir. Anar, 

bunlar isə Araz və Aydındır - bizim yaxın dostlarımız. 

Sonra Azad üzünü Aslana tutub dedi: 

- İndi isə danış görəy. Bunu necə etdin? Vallah nə qədər fikirləşirəmsə ağlıma gəlmir. Bütün 

günü səccadədə oturmaqla belə plan qurmaq olar? Tez danış. 

Aslan gülümsəyib dedi: 

- Bəs bir həftədir mən səccadəyə baxıram. Heç fikirləşmədin ki, A niyə mənə səccadə göndərib? 

Onun naxışlarına diqqətlə bax. 

Biz səccadəyə baxdıq, qeyri-adi heç nə yox idi. Naxışlar, xəttlər .. 

Duruxduğumuzu görən Aslan dedi: 

- Baxın burada sağdan sola əksinə yazılar yazılıb. İlk baxışdan naxışa bənzəyir. Diqqətlə baxın. 

Sağdan sola, aşağıdan yuxarı. 



“ Sabah sənə su gətirəcəklər, onu içmə. Gözətçilərdən gizli qıfılın üstünə tök. Bu kimyəvi 

məhlul 3 günə qıfılı çürüdəcək. Cümə günü gözətçilərin yeməyinə dərman qatırıq 

oyanmayacaqlar.Onda qıfılı qır. Bu xətlər türmənin sxemidir. Arasındakı çiçəklər isə doğru 

yoldur. İlk yaşıl çiçəkdə paltarlar qoymuşuq. İkinci yaşıl çiçəkdə maşın var. Qalanı da 

aydındır”. 

Bizə isə bu səccadəyə heyrətlə baxmaqdan başqa heç nə qalmırdı. Aslan dedi: 

- Gördünüz, həyatda belə şeylər də olur. He-he. 

Azad dedi: 

- Hə.. Bəs bizə niyə demədin? Ürəyimiz partlayırdı. Axırıncı gün o yekəpərin hədələrindən 

sonra  Anar lap dəli olmuşdu. 

-Yox , sizə deyə bilməzdim. Eşidə bilərdilər. Nəzəri cəlb etmək olmazdı. Amma qulağım sizdə 

idi. Danışdıqlarınızı eşidirdim. Anar, sən çox cəsarətlisən. Qız günahkar olmasın deyə hər şeyi 

öz üzərinə götürdün. 

Mən başımla yavaşca təşəkkürümü bildirdim. Sonra Azad dedi: 

- Hə, Anar yaxşı oğlandı. Uşaqlar siz danışın görək. Bir həftədə təzə nə isə olub?  

Bayaqdan sakitcə qulaq asan Aydın dedi: 

- Hə qardaşlar. Biz Qərargahı ala bilmişik. 

Bunu eşidən Aslan da, Azad da sevinclərini saxlaya bilmədilər. 

“Əla!” , “Ola bilməz?!” , “Əla!”, ”Şükür Allaha!” 

Mən nədən söhbət getdiyini bilmirdim amma haranısa almışdılar. Sonra Aydın nə isə 

danışmağa başladı. Belə məlum oldu ki, səhəri gün biz hamımız ora gedə biləcəyik. 

 

 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin