Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə


bilmir ki, eybəcər ördəklər bir gün durnaya çevrilib hini birdəfəlik tərk edirlər



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix31.12.2021
ölçüsü1,07 Mb.
#112757
1   ...   12   13   14   15   16   17   18   19   ...   54
-kitabyurdu.org--KY0000244

bilmir ki, eybəcər ördəklər bir gün durnaya çevrilib hini birdəfəlik tərk edirlər. Əslində biz hamımız 

eybəcər ördəklərik. Bizi birləşdirən də elə budur. Mən özüm əvvəl hüquq fakültəsində oxuyurdum. 3-cü kursa 

kimi bir təhər oxudum. Amma bir gün başa düşdüm ki, mən hüquqçu olmaq istəmirəm. Evdəkilər dəlı oldular -  

“Ondan yaxşı sənət var ki? Həmişə çörəyin olacaq”. Dedim, əgər iştah yoxdursa çörək nəyimə gərək? Dedim 

rəssam olmaq istəyirəm. Amma evdə bu fikir onlara gülünc gəldi. Məni çox danladılar. Bütün yaxşılıqları 

başıma vurdular. Universitetin illik ödənişlərini yadıma saldılar. Anam dedi, iki il də dözüm sonra rəssamlıq da 

eləyərəm. Atam dedi ki, yaxşı çəkmək istəyirsən çək, amma dərsdən  sonra. Amma mən dərsə getmək 

istəmirdim. Zəhləm gedirdi quru-quru qaydalardan. 

 Mən dedim: 

- Aslan, səni çox yaxşı başa düşürəm. Bəs sən nə etdin? 

- Nə etdim? Heç nə, gizlicə dekanlığa gedib ərizə yazdım ki, çıxıram universitetdən. Ondan sonra özümü axır 

ki, azad hiss elədim. Hər gün rəsmlər çəkirdim. Mən xoşbəxt idim. Valideynlərim şoka düşmüşdü. Əslində 

istəmədiyin gözəl fakültədə oxumaq sevmədiyin gözəl qızla evlənmək kimidir. Amma indi çirkin də olsa öz 

sevgilimin yanında idim - mənim sevimli fırçamın. Cəmiyyət hələ 100 il də böyüməlidir ki, mənim əslində düz 

etdiyimi başa düşsün. Mən arzuma çatmışdım. 

Günlərin bir günü məni əsgərliyə çağırdılar. Mənim tamam yadımdan çıxmışdı ki, dövlət adlı qəribə bir 

qurumun əsgərlik adlı mənasız bir orqanı var. Onlar məni aparmağa gəlmişdilər. İnsanı heç kəs rahat buraxmır. 

Bəlkə mən getmək istəmirdim? Bəlkə mən əsgər olmaq istəmirdim? Amma bu fikirlər çox təhlükəli idi. Mənə 

vətən xaini deyərdilər. Çünki belə bir söz var ki, bu torpaqda böyümüsənsə bu torpağa borcunu qaytarmalısan. 

Ana vətən əsgərliyə çağırır. Amma mən heç vaxt görməmişəm ki, torpaq ağzını açıb desin ki “Oğul, sən mənim 

üstümdə gəzirsən, get mənə borcunu qaytar”. Deyən dövlətdi. Dövlət isə Vətən deyil. Malı mala qatmaq olmaz. 

Nə isə, getdim əsgərliyə. Bütün rəssamlıq həvəsimi də orda öldürdülər. Yadıma gəlir ki, əsgərlikdən əvvəl 

ancaq işıqlı rəsmlər çəkərdim. Günəş, uşaqlar, kəpənəklər. Amma əsgərlikdən sonra elə bil bütün nifrətimi 

kağızlara köçürürdüm. Ancaq qoca eybəcər qırışlı üzlər, çürümüş meyvələr, xarabalıqlar çəkirdim. Əslində 

bununla ürəyimi boşaldırdım. Sonra sərgi keçirdim. Sərgidən sonra mənə zəng gəldi  - bu, A idi. Mənim bütün 

həyatım o zənglə dəyişdi. A mənim rəsmlərimi görmüşdü. Elə bil içimdəki bütün sıxıntıları rəsmlərdən 

oxuyubmuş kimi mənimlə danışırdı. İndi də gördüyün kimi mən buradayam. 

Mən axır məni ən çox maraqlandıran sualı verdim: 

- A kimdi ki? 

Aslan özünü eşitməməzliyə vurdu: 

- Abbas da çox qəribə həyat yolu keçib. Atası ilə Rusiyaya getmişdi. Amma millətçilər atasını öldürmüşdülər. 

Abbas isə bir təhər canın qurtara bilmişdi. Bakıya qayıdanda dayısı onu saxlamağa başlayıb. Bir müddət MTN-

də işləyib. Ona görə indi demək olar ki, hər şeydən xəbəri var. Onun maraqlı bir sözü var. Deyir ki, Bakıda 

gözəl bir varlanmaq üsulu var. Əgər kiminsə pullarını hər kəsin gözünün qabağında oğurlasan, tutaq ki 100000 

dollar pul oğurlasan. Məhkəməyə 50000 dollar rüşvət verib işi tər təmiz uda bilərsən. 50000 dollar da özünə 

qalar. Amma deyirdi ki, əvvəlcə xırda bizneslə başlayın. 3000 dollar oğurlayıb məhkəməyə 2000 dollar verin 

1000 dollar qabaq düşün. Eləcə də o bir çox qeyri qanuni, amma cəzası olmayan üsullar bilir. Bir kredit 

kartından eyni pulu iki dəfə çıxartmaqdan tutmuş Bakıda heç bir vergi düşməyən nöqtələrə qədər. 

Mən yenə soruşdum : 

- Bəs A kimdi? 

Aslan susdu. Sonra dedi: 

- Elə suallar var ki, onların cavabı yoxdu... 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin