Enerji effektivliyi və yet



Yüklə 1,2 Mb.
səhifə1/3
tarix03.05.2023
ölçüsü1,2 Mb.
#126277
  1   2   3
İstilik tex Lab2


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ.
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ.
ELEKTROTEXNİKA VƏ ENERGETİKA
"Enerji effektivliyi və YET" kafedrası

Laboratoriya işi N__2_


Fənn İSTİLİK TEXNİKASI


Qrup _____________562a1 _____________________
Tələbə___SƏRRAF ABBASOV ______________________________
Müəllim____RƏNA HƏMİDOVA_____________________________

BAKI 2023




Laboratoriya işi № 2
Havanın politrop göstəricisinin təyini.
İşin məqsədi:
Havanın genişlənməsi zamanı politrop göstəricisinin təyin olunması:
Politropik proses haqqında ümumi məlumat
Elementar termodinamik proseslər dörddür: izoxorik, izobarik, adiabatik, izotermik. Bu proselərin hər birində parametrlərdən biri sabit qalır.
Sabit həcmdə gedən prosesə izoxorik proses deyilir. Prosesdə ν=const, dν=0 olur.
Sabit təzyiqdə gedən prosesə izobarik proses deyilir. Yəni p=const, dp=0 olur.
İstilik verilmədən və ya alınmadan gedən prosesə adiabatik proses deyilir. Bu prosesdə q=0, dq=0 olur.
Sabit temperaturda gedən prosesə izotermik proses deyilir. Prosesdə T=const, dT=0 olur.
Politrop proses ümumiləşmiş proses olub, yuxarıda qeyd olunan dörd termodinamik prosesin ümumi halı hesab olunur. Onun tənliyini xüsusi hallar üçün həll etməklə əsas termodinamik proseslərin almaq olur.
Politrop proses xüsusi istilik miqdarı dəyişməz qalan termodinamik prosesə deyilir. İdeal qaz üçün bu düsturla yazılır:


n = const (1)

Politrop prosesin (1) tənliyini prosesin başlanğic və son halına əsasən aşağıdakı kimi yazmaq olar:


= const (2)
Buradan belə qənaətə gəlmək olar ki, havanın başlanğıc və son hallarında təzyiq və həcminibilməklə politrop göstəricisini təyin etmək olar.



Şəkil 1. Havanın genişlənməsi zamanı politrop prosesin termodinamik sxemi.

(2) tənliyini loqarifmləsək aşağıdakı tənliyi alırıq:


(3)
Buradan
(4)
Havanın genişlənməsi zamanı politrop göstəricisinin təyin olunması üçün bu tənliyin istifadəsi zamanı xüsusi həcmlərin məlum olması vacib hal kimi meydana çıxır. Bu isə bu laboratoriya işində mümkün deyil. Ona görə də (4) tənliyini başqa formaya çevirmək lazım gəlir. Prosesə nəzər salsaq görərik ki, 1-2 politrop genişlənmə, 2-3 izoxor qızma, 3-1 isə izotermik sıxılmadır. Onda 1-3 izotermi üçün


(5)
Burada eyni zamanda olduğundan (5) tənliyini
(6)
kimi yazmaq olar. Bu halda (4) tənliyi
(7)
şəklini alır.
(7) tənliyini təcrübə metodunun işçi tənliyi kimi qəbul etmək olar. Bu tənlikdən belə çıxır ki, politrop genişlənmə zamanı təzyiqlərin ( və izoxor prosesin sonundakı və başlanğıc temperatura çatma anındakı p3 təzyiqinin ölçülməsi ilə havanın genişlənməsi zamanı politrop göstəricisini təyin etmək mümkündür.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin