Əntiqə Camalqızı



Yüklə 1,4 Mb.
səhifə1/42
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#38458
  1   2   3   4   5   6   7   8   9   ...   42


AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ


Prof.Dr Sədnik Paşa Pirsultanlı

Azərbaycan yazarlar
aləmində əfsanə inciləri

Gəncə Dövlət Universitetinin Nəşriyyat

şöbəsinin 11 iyul 2010-cu il tarixli

qərarı ilə çap olunur


Gəncə-2010

Rəyçi: Rəfael Hüseynov,

Azərbaycan Milli Elmlər Akademiyasının

müxbir üzvü, professor

Elmi rедактор: Seyfəddin Rzasoy,

filologiya elmləri namizədi

Toplayanı və tərtib edəni:

Sədnik Paşa Pirsultanlı
Azərbaycan yazarlar aləmində

əfsanə inciləri”
Azərbaycan xalq əfsanələrini bir küll halında Sədnik Paşa Pirsultanlı ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixində toplamış, nəşr etdirmiş və tədqiqata cəlb etmişdir. “Yaşayan əfsanələr”(1973), “Yurdumuzun əfsa-nələri”(1976), “Yanardağ əfsanələri”(1978) və “Azərbaycan xalq əfsanələri” (1985) Azərbaycan Yazıçı Nəşriyyatı tərəfindən 50 min tirajla çapdan çıxmışdir. Sədnik Paşa Pirsultanlı bu əfsanə kitablarını nəşr etdirməklə yanaşı, əsatir və əfsanələrə dair mükəmməl tədqiqat əsərləri yazmışdır. Əfsanə və eposla, yazıçıların bədii yaradıcılıqları ilə əlaqəli “Nizami və xalq əfsanələri” (1983), “Azərbaycan eposunun əfsanə qaynaqları” (1969) nəhayət, ən monumental dünyaşöhrətli monoqrafiyası olan “Azərbaycan xalq əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” adli iri həcmli monoqrafiyasını tamam-layıb nəşr etdirmişdir. Bu elmi monoqrafiya çapdan çıxan kimi, Türk dilinə tərcümə olunmuş və hazırda Türkiyənin universitetlərində seçmə fənn kimi tədris olunur. Burada Nizami yaradıcılığında əfsanənin necə qiymətləndirildiyi, onların Nizami poemalarına necə daxil olduğu müşahidə olunur. Azərbaycan əfsanə-lərinin Azərbaycan ədəbiyyatı kontekstində öz yaradıcılıq həllini tam başa çatdırmaq üçün XX əsr Azərbaycan yazıçı və şairlərinin yazılı ədəbiyyat və əfsanə probleminə toxunmağı da məqsədəuyğun hesab edən alim imkan daxilində müasir Azərbaycan ədəbiyyatında əfsanələrin poemalarda və hekayələrdə öz yerini almasına da diqqət yetirmişdir. Əlbəttə, burada bütün şair və yazıçıların folklor əsərləri tam əhatə oluna bilməz. Qısmən əldə olunan da faydalıdır və yazıçı və şairlərin əsərlərinə diqqəti cəlb etməkdədir

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin